Dubai

Dubayın Çimərlik Mədəniyyətinə Bələdçi

Dubayın Çimərlik Mədəniyyətinə Bələdçi http://www.visitdubai.com/az/articles/a-guide-to-dubai-beach-culture 20161120T115535 20161120T135039:636152466390796488 Günəş, qum və sörfinq Dubay çimərlikləri fərqli-fərqlidir, onların hər birinin özünəməxsus mühiti var Onlar həm dəbdəbə, həm idman, həm də günəşlənmə ehtiyaclarına uyğun mühit təklif edirlər.

Dəbdəbə, ailə, sörfinq və tək qalmaq üçün ən yaxşı Dubay çimərlikləri

Dubayda qum sevərlər üçün ciddi çimərlik mühiti var


Dubayın sahil xətti gözəl çimərliklər ilə doludur, onların heç biri digərinə bənzəmir Hər bir məkanın öz xüsusiyyəti var və Dubayın çoxçeşidli çimərlik mədəniyyəti bu cənnət şəhərdə şübhəsiz ən bənzərsiz məqamdır. Çimərliklərdəki mühitlər fərqlidir, sörfinq üçün Sunset Beach, lüks lounge standartları üçün isə Palm Jumeirah yaxşıdır. Kite Beach-dəki qızğın, fəaliyyətlə dolu mənzərədən ailəvi Black Palace çimərliyinə qədər, bütün zövqlərə cavab verə biləcək qumluq var. Burada, biz ən sevimli beş məkanı tədqiq edəcəyik.




Kite Beach - qızğın əyləncə üçün


Dubayın qızğın fəaliyyət sevən ailələri və əyləncəpərəst kütlələri Jumeirahdakı bu qızğın ictimai çimərliyə gəlirlər. Geniş əraziyə malik, təmiz saxlanılan bu çimərlikdə xilasedicilər var və çərpələng sörfinq, çimərlik futbolu, çimərlik tennisi və volleybol, skeytpark və uşaq əyləncə məkanları kimi idman növləri təklif edilir. Burada vaxtın necə ötdüyünü unudacaqsınız. Burada fəaliyyət göstərən avto-mətbəx Salt isə şeyk içkilər və kiçik hamburqerlər ilə günəşdə qaralan qonaqlara xidmət göstərir.




Sunset Beach - dalğa üstü idman üçün


Yaxınlıqdakı Surf House Dubai-dan sörfbord və ya SUP sifariş edin və şəhərin ən yaxşı sörfçüləri ilə yarışın. Dubayda qış fəslində ən böyük qələbələyin olduğu Umm Suqeim sörf çimərliyinin Burj Al Araba gözəl mənzərəsi var, sörfçülər isə maraqlı görüntü yaradır. Çılğın bordrayderlər icması bu qumluğun ətrafında formalaşıb və Surf House Dubay isə (əcnəbi təsisçilər Skot Çeymbers və Daniel Van Dooren buradakı dalğalarda sörflə məşğul olaraq yetişiblər) bütün bunların mərkəzində yer alır. Onlar ekoloji təmiz toxumlardan hazırlanan qəhvə, yoqa, seminarlar, kirayə bordlar və hətta SUP meditasiya dərsləri təklif edən bu rahat yerdə əvvəllər yalnız dünyanın ən məşhur sakit çimərlik şəhərlərində rast gəlinən bir atmosfer yaratmağa nail olublar.


dubai-beach-surfer

Black Palace Beach – gənc ailələr üçün


Al Sufouh küçəsində ictimai çimərliyin məhrəm qismi nisbətən az tanınır, odur ki, bu yer gənc ailələr və kütlədən uzaq gəzmək istəyənlər üçün yaxşı seçimdir. Media City və kral ailəsinin yay sarayları arsında yerləşən bu çimərlik Palm Jumeirah ilə üzbəüzdür və onun incə sahilləri su sıçratmaq və paddlbordinq üçün əladır. Büdcəsi dar olanlar alış-veriş məkanlarının olmamasını yüksək qiymətləndirəcəklər.


beach-culture_blackpalace

Palm Jumeirah - lüks lounge həvəskarları üçün


Bu insan əli ilə düzəldilmmiş ada Dubaydakı ən sevilən ünvanlardan biridir və burada oynamaq üçün pul ödəmək lazımdır. Yerlilərin adlandırdığı kimi The Palm, pullu çimərliyi olan beş ulduzlu otellərlə zəngindir. Tənha qalmaq, romantika, musiqi və ya burqerlər arzulamağınızdan asılı olmayaraq, tam dincəlmək istəyənlər üçün seçimlər sonsuzdur. Ciddi bir uşaqsız giriş siyasəti tətbiq edilən, əyləncə gecələrinə meylli Nasimi Çimərliyi yerləşən Atlantisdən Jumeirah Zabeel Sarayda sevilən atmosferə və ya Palmada yerləşən Riva Beach Club-dakı Aralıq dəniz ərazisinə xas asta üsluba qədər olan əyləncə sanki bir incəsənətdir.


atlantis-the-palm

JBR Beach - geniş ərazi üçün


Bahalı əyləncə və alış-veriş rayonu olan The Beach bu Dubai Marina ərazisinə yeni bir həyat verib. Dubayın ictimaiyyətə açıq ən dəbli çimərliyi uşaqlar üçün oyun meydançaları, dünya səviyyəli xidmət imkanları və kafeləri olan dəniz, qum, alış-veriş və qəlyanaltılardan asan istifadə imkanı təklif edən yerə çevrilib. Quma bulanmaq istəməyənlər üçün çimərlik kotejləri ilə yanaşı dəvələrə minmək və sehrli formaya malik sahildə yerləşən bir çox su parkı əyləncələri var, axı siz Dubaydasınız.


the-beach-jbr

Mükəmməl bir çimərlik tətili planlaşdırırsınız? Ən yaxşı çimərlik klubları-na nəzər salın

503
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing

Booking Widget Title

Hotel Title

Flight Title

Bunlar da xoşunuza gələ bilər
Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim Sövdələr
Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim
24-48-72 saat müddətində Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim
Tədbirlər
Elton Con canlı ifa
Milyonlarla albomu satılmış, piano musiqisi əfsanəsi Dubayın günəşli sahillərinə gəlir
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Şəhərin görməli yerlərinə Avtobus Turu və Helikopter Gəzintisində 185 dirhəmə qədər qənaət edin
Dubayda Bir Günlük Safariyə 15% endirim Sövdələr
Dubayda Bir Günlük Safariyə 15% endirim
DDCR-in tam mərkəzində tam-inklüziv möhtəşəm düşərgəyə 15% endirim
Tədbirlər
Global Village 2015-2016