Dubai

Qəlbən cavan olanlar üçün Dubay Əyləncəsi

Qəlbən cavan olanlar üçün Dubay Əyləncəsi http://www.visitdubai.com/az/articles/adventure-dates-in-dubai 20161010T145802:636117082826806239 20161108T185704:636142282246016420 Dubayda macəralı fəaliyyətləri kəşf edin Dubayda böyük uşaqlar üçün həyəcanlı karusellərdən tutmuş interaktiv oyunlara, sendbordinq və kartinqədək geniş çeşidli müxtəlif attraksionlar mövcuddur. Burada yeniyetmələrə uşaqlıq əyləncəsi yaşadacaq real əyləncə var! Dubayda sendbordinqdən tutmuş kanatla səyahətədək qəlbən cavan olanlar üçün əylncə.

Yeniyetmələr üçün Dubaydan gözəl yer yoxdur.


Dubayda əylənə bilməyiniz üçün həyəcanlı karusellərdən tutmuş sendbordinq, kartinq və yenicə açılmış bir çox dünya şöhrətli tematik parkların siyahısını təqdim edirik.


Həyəcan və çılğınlıq


Dünyanın ən böyük qapalı tematik parkı olaraq rekordları qıran IMG Worlds of Adventure qonaqların əyləncədən həzz almaları üçün həyəcan, dəhşət və əyləncə dolu 22 attraksion təqdim edir.

Əsas attraksionu 3 saniyə ərzində 96 km/s sürət yığan səkkiz halqadan ibarət Velociraptor karuseli olan yeni əyləncə parkı sürət həvəskarı olan gənclər üçün əsl əyləncə məkanıdır.

City of Arabia
+971 4 403 8888

in-article-IMG-worlds-of-adventure-exterior

Legodan Bollywoodadək


Tezliklə açılışı gözlənilən Dubay Parklar və İstirahət Mərkəzləri adlı tematik meqa park 3 iri əyləncə parkını özündə birləşdirən nəhəng bir məkandır. Əraziyə sevimli kubiklərə və məhşur film obrazlarına həsr edilmiş Legoland Dubay və Legoland Akvaparkı da daxildir. Dünyada Bollywood temalı ilk park olan Bollywood Parkı qonaqların öz sevimli kinofilmlərinin çəkiliş meydançalarını kəşf etməsinə, Mumbayda gəzməsinə, hind kəndlərinə baş çəkmələrinə və böyük Rajmahal Teatrında mahnı və rəqsləri izləməsinə imkan yaradır.

Motiongate Parkında siz Sony Pictures, Lionsgate və DreamWorks kinostudiyalarında çəkilmiş Ac oyunlar, Xəyalət ovçuları, Yaşıl eşşəkarısı, Kunq Fu Panda, Şrek və Əjdahanı necə əhilləşdirməli kimi məhşur film və cizgi filmlərinin qəhrəmanlarına rast gələ bilərsiniz. Şirinlər temalı atraksionların mövcud olduğu Şirinlər kəndinə baş çəkərək Şirin babanın qonağı olun. Studio Central studiyasının səhnə arxasında olmaq və filmin necə çəkildiyini əvvəldən axıradək izləmək də sizin üçün maraqlı olar.

Şeyx Zayed Şossesi
+971 4 820 0000

in-article-dubai-parks-and-resorts-motiongate-hero-desktop

Arkada əyləncəsi


Arkada oyunları üzrə ixtisaslaşmış mərkəz olan Hub Zero yeni brendi bütün dünyadan olan fantaziya, atıcılıq və döyüş idman oyunları həvəskarı olan qonaqların görüşdüyü məkandır. Dragon Age: Flight of the Wardens atraksionunda Final Fantasy simulyatorunda Midqar əsirliyindən azad olmaqdan, tərk edilmiş Resident Evil: Bio Terror laboratoriyasında lazer silahlardan atəş açmaqla zombiləri məhv etməkdən vəcdə gəlin və Hyper Drive ötüş simulyatorunun sükanı arxasında nəyə qadir olduğunuzu göstərin. Fiziki əyləncələrə üstünlük verən həvəskarlar üçün Hub Zero oyun mərkəzində alpinist divarları, kəndirdən sallanma, maneə zolaqları və lazer labirintlərinin mövcud olduğu idman meydançaları da vardır. Bir sözlə, tərləmək üçün ideal məkandır.

City Walk Dubay
+971 80 063 7227

in-article-hubzeroverticaladventurezone


Səmadan quşların gözü ilə baxmaq


Adrenalin dolu ekstremal hal yaşamaq istəyirsinizsə, W1 Tower-dən başlayaraq yerdən 90 metr hündürlükdə olan Dubay Fəvvarələri və Dubay Mall meydançasının üzərindən keçməklə 558 metr məsafəni kanatla qət edərək həm yüksək sürətlə hərəkət etmək, həm də Downtown Dubay-ın heyrətamiz mənzərəsini yüksəklikdən izləmək imkanı əldə etmiş olursunuz. Əvvəllər bu atraksiondan yalnız dəvətnamə ilə istifadə etmək olardı. Lakin indi biletləri Dubay Mall Ticarət Mərkəzinin XLine stendindən əldə etmək olur. Lakin yorucu növbələrdən canınızı qurtarmaq istəyirsinizsə, bileti əvvəlcədən sifariş edin.

Ən alçaq səviyyə (Social House-un yaxınlığında), Dubay Mall



Dubayın ən hündür qum təpələri


Uşaqlıqda çimərlikdə dincələrkən qum təpəciklərindən aşağı doğru diyirlənməyinizi xatırlayırsınız? BƏƏ-nin möhtəşəm Rub-əl-Xali səhrasının qum təpəciklərindən üzü aşağı doğru 50 km/s sürətlə hərəkət etmək imkanı yaradan sendbordinq əs xəyal etdiyinizdir. İxtisaslı və reputasiyalı təlimatçı və paket (əlavə adrenalin üçün 4 çarxlı səhra maşını əlavə edilmiş) seçərək öz qırmızı qum dənələrinə görə Big Red adını almış nəhəng qum təpələrinə doğru istiqamət alın.

Desert Rangers
+971 4 456 99 44

in-article-empty-quarter-sand-dunes


Şirniyyat sevənlər üçün nağıllar diyarı


Dubayın ən gözəl desert məkanlarından biri olan Fume kafesində şirniyyat hitinə qoşulun. Nahar edən qonaqlar Pier 7 restoranında günün istənilən vaxtı sensasion Monster Shakes menyusunu sifariş edə bilərlər. Braunidən tutmuş, kökə, meyvə, krem və şirəyə qədər inqrediyentlər piramidası olan hədsiz köpüklü kokteyllər yalnız içki deyil, həm də qaşıqla yeyilən və geniş dəlikli çöplərlə içilən desertdir.

Pier 7, Dubay Marina
+971 4 421 5669

in-article-fume-milkshake


Sürət coşqusu


Dubay Autodromunun yanında yerləşən Kartdomda növbəti mərhələyə adlamaq üçün ayağını qaza bas. 1.2 km uzunluğunda trekdə sürət 70 km/s-dək yüksəlir. Siz çempionatda iştirak edə, yaxud da sadəcə məmnunluq xatirinə sürə bilərsiniz. Sürücülərin sükan bacarıqlarını test etmək üçün tunel və körpülərin salındığı yol 17 döngədən ibarətdir. Əgər "böyüklər üçün" yarışlara qatılmaq istəyirsinizsə, V6 Lotus Evora 400, yaxud da Mc Laren təcrübəsi istəyirsinizsə, Audi TT 2.0 Turbo-ya əyləşə bilərsiniz.

Dubay Avtodromu, Motor City Dubailand, Şeyx Məhəmməd Bin Zayed Şossesi
+971 4 367 8700

in-article-autodrome-kartdrome


Şahinlə yaxından tanış olun


Ülgüc kimi iti caynaqlara və iti gözlərə malik şahin quşları ilə ov etmək ənənəsi uzaq əsrlərdən günümüzə qədər ərəb ailələrinə gəlib çatan Bədəvi mirasıdır. 225 kv.km əraziyə mailk Dubay Səhra Konservasiya Qoruğunda siz şahin, qırğı və digər yırtıcı quşları təlimatçıların onları yemlədiyi və onların səhra sakinləri üçün nə qədər əhəmiyyətli olduğunu başa saldığı vaxt yaxından izləyə bilərsiniz.

Dubay Səhra Konservasiya Qoruğu
+971 4 832 8840

in-article-dubai-creek



719
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing
Bunlar da xoşunuza gələ bilər
Dubayda Bir Günlük Safariyə 15% endirim Sövdələr
Dubayda Bir Günlük Safariyə 15% endirim
DDCR-in tam mərkəzində tam-inklüziv möhtəşəm düşərgəyə 15% endirim
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Avtobusla "Dubay Mənzərələri" Şəhər Turunda və "Ərəb Macəraları" Səhra Safarisinə birgə kuponlar ilə 225 dirhəmə qədər qənaət edin
XVA ART HOTEL’S CAFÉ-YƏ BAŞ ÇƏKİN Kafe həyatının ləzzəti
Yeyilə bilən incəsənət əsərləri
XVA ART HOTEL’S CAFÉ-YƏ BAŞ ÇƏKİN
Dubay Alış-Veriş Festivalı 2017 Tədbirlər
Dubay Alış-Veriş Festivalı 2017
Tezliklə açılacaq
Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim Sövdələr
Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim
24-48-72 saat müddətində Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim