Dubai
Dubayda münasib qiymətə yeməklər http://www.visitdubai.com/az/articles/affordable-eats-final-cm 20160519T104130 20161108T190119:636142284791975370

Dubay çoxlu sayda mədəniyyətlərin yaşadığı yerdir, buna görə də burada təmiz, münasib qiymətə qidalanmaq mümkündür. Küçə yeməyi azarkeşləri və kulinariya tədqiqatçıları ən yaxşı və razı qalacaqları təamları Dubayda ucuz qiymətə tapa biləcəklərindən çox məmnun qalacaqlar.

Təmiz və qiymətli təamlar üçün bizim əsas məkanımız

Dubayın restoranlarının ucuz qiymət təkliflərindən yararlanın




Dubay zəngin mədəni müxtəlifliyə malik diyar kimi sizlərə həm yüksək sinfə aid, həm də ucuz və ləzzətli olan çoxlu sayda restoran seçimləri təklif edir. Əgər günü sadə şəkildə keçirmək istəyirsinizsə, Qədim Dubaya üz tutun. Burada siz Hind yeməklərindən İndoneziya mətbəxinə qədər müxtəlif təamları birbaşa əldə edə bilərsiniz. Bu restoranlar Dubayın keçmişi haqqında hekayələrdən bəhs edəcək və sizə son dərəcə münasib qiymətlər təklif edəcəkdir.

Dhou Dəniz Səyahətləri


Dubay Marina və ya Dubay Körfəzində Dhou dəniz səyahətlərində naharı möhtəşəm qayıq ekskursiyası ilə birləşdirin. Nahar adətən bufet seçimi kimi təklif edilir və bəzi qayıqlarda uşaqlar üçün əyləncə kimi əlavə xidmətlər göstərilir ki, möhtəşəm Dubay mənzərələrinin yanından üzən zaman tam dincələ biləsiniz. Məşhur gəzintilərə Bateaux Dubay, və Rustar daxildir.

Dubay Marina və Dubay Körfəzi

Zarub


Dubay Beynəlxalq Maliyyə Mərkəzinin yanında qalırsınızsa, Fələstin yeməkxanası Zarub öz açıq havada yerləşən açıq bağçalarında dadlı Ərəb qonaqlığı təklif edir. Kəskin ədvalı falafeli, mana’oushe morseli seçin və digər klassik ərəb yeməkləri arasında fətirin dadına baxın. Bundan sonra yediyinizi DBMM-m müasir incəsənət qalereyaları arasında gəzməklə sinirin.

Dubay Beynəlxalq Maliyyə Mərkəzi
+971 4 327 6262

Bu Qtair


Düz Jumeirah Balıqçılıq Limanının ab-havalı hissəsində yerləşən bu hind kafesində ultra-adi atmosferdə təmiz dəniz təamlardan dadmaq olar. Qızardılmış balıq, BBQ krevet və karri əlavə edilmiş balıq kimi yeməkxananın klassik yeməklərini sifariş edin. Daha sonra Burj Al Arabın şəklini çəkmək üçün Sunset çimərliyinə üz tutun.

Umm Suqeim 3

Tom və Serg


Avstraliyalı kafe sahibləri Tom və Serg kafe səhnəsini yeni böyüyən sənət məhəlləsi Al Quozda anbar üslublu kafe ilə tam dəyişmişlər. Kiçik qonaqlar üçün oyun sahəsini də təklif edən bu bol havalı açıq planlı kafedə salatlardan, sadə yeməklərdən və mükəmməl ağ undan lavaşdan ləzzət alın. Səhərlər doyumlu qəlyanaltı yemək üçün buraya gəlin və sonra anqar üslublu qalereyalarda ən son sərgilərə baxmaq üçün Alserkal Prospektinə üz tutun.

Din Tai Fung


Tayvandan buraya gəlmiş, Mall of the Emirates ticarət mərkəzində yerləşən bu restoranlar zənciri dünyanın hər yerindən olan düşbərə sevənlər arasında məşhurdur. Ski Dubayda xizək sürməyə getməzdən əvvəl enerji toplamaq üçün mükəmməl yerdir. onların bol əriştə seçimi, ağız sulandıran xiao long bao və sadə tərəvəz xörəkləri onlara yerli sakinlər arasında yüksək nüfuz qazandırmışdır.

Mall of the Emirates Alış-Veriş Mərkəzi
+971 4 265 1288

Calicut Paragon


Özünün unudulmaz karrisi və münasib qiymətləri ilə bu hind restoranı hər axşam ac kütləni özünə cəlb edir. Dadlı ispanaq pakodası və içi pendirlə doldurulmuş göbələklər standart qarnirlərdir, lakin bura əsasən özünün dəniz məhsulları ilə diqqəti özünə çəkir. Ədviyyatlı tam pomfreni, krab masalanı və meyvəli manqo balıq karrisini dadın. Sonda, yeməkdən sonra bir fincan ətirli biryani çayı ən ideal variantdır.

Mattar Al Tayer Building, Karama
+971 4 335 8700

Ravi Restoranı


Satwa rayonun mədəni baxımdan qarışıq hissəsində yeləşən Pakistan kafesi cəmiyyətin müxtəlif təbəqələrindən gələn turistləri ilə məşhurdur. Menyuda olan təamların hamısını dadmağa dəyər, lakin biz qoyun ətindən ədvalı kotleti (döymə) və Mughlai mətbəxinə xas olan üslubda bişirilmiş cücə ətini (üstünə soyulmuş yumurta əlavə olunmuş yağlı karri) tövsiyə edirik. Hazır küçə yeməyi təcrübəsi əldə etmək üçün bütün bunları yağda qızardılmış paratha çörəyi ilə əla qiymətə dada bilərsiniz.

Al Dhiyafa Rd, Satwa
+971 4 331 5353

Al Ustad Special Kabab


Fars incisi Dubayın İran təamlarının süfrəyə xidmət edildiyi ən qədim məkanlarından biridir. Buradakı dekor qədim dünya füsunkarlığının ştrixlərini özündə əks etdirən qəribəliliyi ilə seçilir və kabablar insanın ağzında əriyir. Meena Bazarının həyacandolu küçələrini özünüz üçün kəşf etməzdən əvvəl bura super razı qalacağınız yeməklərdən dadmaq üçün üz tutun.

Meena Bazarı, Dubay
+971 4 3971469

Walid Mohd Bakheet Baqqaliyəsi


Dubayda bir neçə rayonda baqqaliyələrin çöl hissəsində yerləşdirilmiş stendlərdə Regag adlanan təzə çörək hazırlanır. Walid Mohd Bakheet Baqqaliyəsi Dubayda çörəkbişirmə sexləri arasında bəlkə də ən məşhurudur. Yumurta, qaymaqlı pendir, və ənənəvi ançous sousu ilə vafli kimi nazik çörək; bütün bu dadları almaq üçün "qarışıq" sifariş edin. Bu gizli cəvahirat əksər sakinlərin MakDrayv qəlyanaltı etmək üçün məşhur dayanacaqdır. Bir fincan bişmiş noxud və ya yaşıl noxud sizin qəlyanaltınızı sağlam qidaya çevirir.

Al Wasl
+971 4 3446300

643
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing
Bunlar da xoşunuza gələ bilər
Al Mamzar Parkı Görünən Mənzərə
Bir hissəsi park, bir hissəsi çimərlik
Al Mamzar Parkında ailəvi istirahət
Dubay Mall Dubay Möcüzələri
Tam ürəklə alış-veriş edin
Dubay Mall-da pərakəndə satış mağazalarında kef çəkin
Dubay Alış-Veriş Festivalı 2017 Tədbirlər
Dubay Alış-Veriş Festivalı 2017
Tezliklə açılacaq
Comptoir 102 Dubayda butikləri kəşf edin
Très Chic
Comptoir 102-də alış-veriş edin və qəhvə için
"Aquaventure" Atraksion və akvaparklar
Əyləncəyə atılın
Aquaventure su parkında yaş olun