Dubai

Əl Quozda Alserkal İncəsənət Məhəlləsi

Əl Quozda Alserkal İncəsənət Məhəlləsi http://www.visitdubai.com/az/articles/al-serkal-district-al-quoz 20160829T110748:636080656682112565 20161108T190445:636142286851836261 Dubayın incəsənət qalereyaları Əvvəllər baxımsız anbarlar məhəlləsi olmuş, sonra isə Orta Şərqin ən qaynar, yaradıcı mərkəzlərindən birinə çevrilmiş Dubayın Əl Quoz incəsənət məsəlləsi uzun inkişaf dövrü keçmişdir. Məhəllənin rəssamlardan, anbar işçilərindən, yaradıcı və idman zalı həvəskarlarından ibarət qarışıq sakinləri Dubayın həqiqətən orijinal təcrübələrindən birini təklif edir. Onun mərkəzi qovşağı olan Alserkal Prospekti avanqard incəsənət tədbirləri, sonsuz qısa müddətli küçə konsertləri, müasir qalereyalar və indi hətta kiçik teatr da təklif edir. Dubayın avanqard şəhər incəsənət məhəlləsinin təkamülü

Əvvəllər baxımsız anbarlar məhəlləsi olmuş, sonra isə Orta Şərqin ən qaynar, yaradıcı mərkəzlərindən birinə çevrilmiş Dubayın Əl Quoz incəsənət məsəlləsi uzun inkişaf dövrü keçmişdir. Məhəllənin rəssamlardan, anbar işçilərindən, yaradıcı və idman zalı həvəskarlarından ibarət qarışıq sakinləri Dubayın həqiqətən orijinal təcrübələrindən birini təklif edir. Onun mərkəzi qovşağı olan Alserkal Prospekti avanqard incəsənət tədbirləri, sonsuz qısa müddətli küçə konsertləri, müasir qalereyalar və indi hətta kiçik teatr da təklif edir.



Orta Şərqin ən qızğın, inkişaf etməkdə olan məhəlləsi


Alserkal İncəsənət Məhəlləsi Dubayın ən nüfuzlu anklavları kimi meydana gəlmişdir. 20 incəsənət qalereyasının yerləşdiyi kimi anbar məhəlləsi kimi başlamış bu ərazi 500,000 kvadrat futu əhatə edən incəsənət, ərzaq, dəb və musiqi qovşağına çevrilmişdir və burada Art Dubai (Dubay İncəsənəti) və Art Night (İncəsənət gecələri) kimi hərtərəfli mədəniyyət tədbirləri keçirilir. Başa çatdırıldıqdan sonra Alserkal İncəsənət Məhəlləsinə 94-dən artıq müasir sahələr, o cümlədən 2017-ci ilin əvvəlində açılması planlaşdırılan, dünyanın məşhur OMA Danimarka memarlarının layihələşdirildiyi çox məqsədli Rem Koolhaas-dizaynlı Beton Layihə Sahəsi də daxil olacaq. 




Qalereyalar


Məhəllənin əsas məqsədlərindən biri tək bölgədə incəsənətə dair söhbəti başlamaq deyil, həm də dünyanın incəsənət məhəllələrində, məsələn Londonun "Shoreditch" və Manhettenin "Meatpacking" məhəllələrində olduğu kimi qızğın mühiti yaratmaqdır.
2008-ci ildə Alserkal İncəsənət Məhəlləsində ilk açılmış guşə Suriyalı şəxsə məxsus Ayyam Gallery olub. Bu şəxs, bölgənin üzləşdiyi problemləri həll etməyə səy göstərən cəsur şəxs olmuşdur. Müharibə və şəxsiyyət kimi mövzuları əhatə edən Suriyalı rəssamları dəstəkləməsi ilə tanınan qalereya bu ilin əvvəllərində burada ikinci məkanını açdı.
The Third Line keçən il Nyu Yorkun Guggeinheim Muzeyində solo sərgisini açmış ilk İran rəssamı Monir Shahroudy Farmanfarmaianı təmsil edir. Bu mübadilə keçən il Dubayda ilk Nyu York qalereyası olan Leila Heller Qalereyasının açılışı ilə davam edir.
Green Art Gallery Orta Şərqdən, Türkiyədən, Cənubi Asiyadan və digər bölgələrdən olan müasir və yeni səhnəyə çıxan rəssamlar üçün məkandır. O, bölgədə rəssamları fəal şəkildə dəstəkləyir və Dubayın Orta Şərqin mədəni qəlbi olması üçün öz töhvəsini vermişdir.
İncəsənət məhəlləsinə yeni gəlmişləri və ora yeni tendensiya gətirənləri də qeyd etmək lazımdır. Dubayın yerli 'kalliqrafiti' rəssamı eL Seedin ilk studiyası Dubayın küçə incəsənətinə ehtiramı kimi açılmış və hazırda canlanma dövrünün zirvəsinə çatmışdır. Spektrin digər ucunda isə Jean Paul Najar Fondunda 60-90-cı illərin Avropa və Amerila post-minimal əsərlərinin özəl kolleksiyasını nəzərdən keçirmək olar. 


al-quoz-incəsənət-məhəlləsi

Konsepsiya sahələri


Dubayın fantastik yaradıcı nüfuz mərkəzi The Cartelin paltar rəfləri arasında incəsənət və dəbin arasında münasibəti tədqiq edən sərgiləri təklif etməklə, prospektdə incəsənəti dəb və dizaynla qovuşdurur. Prospektin digər tərəfində M.A.D. Gallery Dubay eyni dərəcədə maraqlı kinetik incəsənət və mexanika nümunələrini təklif edir.
Tezliklə onlarla kimono üslublu abayaları nümayiş etdirən Chi-KA və yanvarda açılmış Skandinaviyanın dizayn və məişət butiki Ikon House qoşulacaq. Siz vinil musiqi vallarına həsr edilmiş ilk mağazamız olan The FlipSide və sifarişlə hazırlanan bəzək zinət əşyaları mağazası The Jewel Teller üçün bir qədər gözləməli olacaqsınız; onlar tezliklə açılacaq.


al-quoz-incəsənət-məhəlləsi

Qəlyanaltı edin


İl ərzində bu ərazini dolduran bir günlük çoxsaylı restoranlar arasında A4 qalereyası onun daimi hissəsi olan kafe və yaradıcı işçi yeri təklif edir. Bu yaxınlarda daimi kafelər sırasına soyuq çəkilmiş şirə və qəlyanaltı barı Wild və The Moon qoşuldu. Onlar çiy, bitkilər əsasında hazırlanmış səhər və günorta yeməyi, o cümlədən zəncəfil qatılmış südlü qəhvə təklif edir. Həmçinin Alserkal İncəsənət Məhəlləsinin yaxın gələcəkdə əlavə ediləcək menyusuna Hapi - qidalı qəlyanaltıları və idman məşğələlərini birləşdirən həyat tərzi konsepsiyası - və "xalq mətbəxi"nin və tələblərə uyğunlaşdırılmış espresso barının, o cümlədən müntəzəm musiqi proqramının daxil olduğu Nightjar qəhvə evi əlavə ediləcək. Açıldıqdan sonra Orta Şərq mövzulu Mirzam Şokolad Fabrikası şirniyyat sevənləri sənətkarların hazırladığı şokolad məhsulları ilə hərtərəfli tanış olmağa dəvət edəcək.


al-quoz-incəsənət-məhəlləsi

Ərazidə


Bir anbar məhəlləsi üçün burada həddindən artıq çox şey baş verir. Döngədə Dubayın məşhur qəhvə sığınacaqlarından biri Tom and Serg yerləşmişdir və o, həftəsonları yerli sakinlərlə dolur. Həmçinin Alserkal Prospektinin arxasındakı küçədə siz qapalı yerdə Bounce batut mərkəzini tapa bilərsiniz. Uşaqları burada qoyun və bu ərazidə olan Rock Republic-in qapalı yerdə dağa dırmanma sahəsi, Times Square meydanında Adventure HQ , şəhərsayağı 24 Fitness idman zalı və ya The Warehouse Gym kimi nəhəng idman zallarının və idman mərkəzlərinin birinə gedin.


al-quoz-incəsənət-məhəlləsi
655
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing
Bunlar da xoşunuza gələ bilər
Qızıl bazarı (Gold Souk) Dubay Möcüzələri
Parlayın
Qızıl Bazarında alış-veriş edin
Riva Çimərlik Klubu Çimərliyin ətrafında lounge-lar
Dincəlmə üçün əla yer
Riva Çimərlik Klubunda sərinlənin
Qədim Sirrlər Aşkar Edilir Dubay muzeyləri
Qədim Sirrlər Aşkar Edilir
Muzeydə Bir Gün
Al Makan BƏƏ mətbəxi
Ənənə Zövqü
Müasir Madinat Jumeirahda real komfortlu qidalanma
BurJuman Alış-veriş həvəskarları birləşin
Yüksək səviyyəli alış-veriş cənnətini araşdırın
BurJumana yollanın