Dubai
Ərəb lüksü http://www.visitdubai.com/az/articles/arabian-luxury 20161013T141621:636119649817635216 20161108T185446:636142280860379892 Şəhər boyunca incəsənət və əyləncə yerlərini kəşf edin

Dubay, sizin ən qeyri-adi xəyallarınızı bəzəyəcək, unudulmaz inci timsalında bir Ələddin Mağarasıdır. Burada biz sizə dünyanın ən zəngin at yarışında iştirak və Burj Al Arab-da qalmağa qədər ən lüks, sevimli Dubay təcrübələrini təklif edirik.

Dubayda mütləq sınamalı olduğunuz altı lüks fəaliyyət

Dubayda lüks məşğuliyyətlər


Ərəb Gecələri (və ya min bir gecə) uydurma hekayələr kitabı olsa da, orada təsvir olunan zənginliklər müasir Dubayın təklif etdiyi təcrübələrdən o qədər də fərqli deyil. Bu inanılmaz dərəcədə dəbdəbəli və unudulmaz lüks təcrübələr sayəsində ən ülvi xəyallarınızdan daha üstün bir tətildən həzz ala bilərsiniz.



Özəl yaxtada Ərəb Körfəzində səyahətə çıxın


Yaraşıqlı yaxta, sərinlədici içkilər, çərəzlər və gülümsər heyət sizi sahil boyu səyahətə çıxarmağa hazırdırlar... Dubayın hər zaman məşhur olan çarter yaxtası səyahəti Hollivud üslubunda bir xəyalı reallığa çevirir. Yaxta və heyət tutun və yolunuzu Dubay Marina və sahil xətti boyunca salaraq, Burj Al Arab oteli kimi yerlərə baş çəkin və səhər yeməyi bişirilən və sizin rahat kreslonuza gətirilən zaman balıqçılıq məkanında dayanın. Mükəmməldir.


Dubayda Qolf

Dubay Dünya Kubokunda çadıra gəlin


1 milyard ABŞ dolları mükafatı fondu ilə Meydan Yarış Çığırında keçirilən Dubay Dünya Kuboku dünyanın ən yaxşı atlarını, çaparları və təlimçilərini cəlb edir. Əla xidmətdən yararlanmaq və şəhərin sosial sakinləri ilə qarışmaq üçün pavilyon çadırda özünüzə yer tutaraq bu yüksək-səviyyəli yarışdan həzz alın. Əlbəttə bu yarış təkcə at yarışı deyil, həm də dəb yarışıdır, odur ki, yaxşı geyinərək ətrafdakıları təəccübləndirin!


Dubay Dünya Kuboku

23 karatlıq dondurmadan həzz alın


Bir qaşığı 3000 dirhəm olan dünyanın ən bahalı dondurmasından Jumeirah Beach Road-da yerləşən Dubay Scoopi Parlourda həzz alın. Onların "qara mirvari" məhsulu 23 karat yeyilə bilən qızıl yarpaqlı, İran zəfəranı, Madaqaskar vanillası, İtaliya qara trüfeli qatılmış və Versace boşqabında təklif olunan bir məhsuldur. Əgər bu sizin zövqünüzə görə çox dəbdəbəli olarsa, o zaman onların konus formalı Avropa şokoladının (15 dirhəm) dadına baxa bilərsiniz.


23 karatlıq dondurma


Peşəkarlar kimi qolf oynayın


Emirates Golf Club Majlis kortunda ilk vuruşu edin və Tiger Woods, Rory McIlroy və Ernie Elsin (61 vuruşla bu kortda rekord sahibi) izi ilə gedin. Avropa turunun ən çətin və maraqlı raundlarından biri hesab olunan 18 dəliklik kort hər bir qolf həvəskarının mütləq sınamalı olduğu yerlərdən biridir. Karl Litten tərəfindən dizayn olunmuş bu məkan Yaxın Şərqdəki ilk otlu kortdur və həmçinin hər il keçirilən Omega Dubai Desert Classic yarışına da ev sahibliyi edir.


Dubayda Qolf

Kral üslubunda həyat tərzi


Ərəb Körfəzində göylərə ucalan, şəhərin heyrətamiz Burj Al Arab oteli dünyadakı ən dəbdəbəli otellərdən biri sayılır. Tam təcrübə üçün, ən gözəl xəyalları bəzəyəcək Royal Suiti tövsiyə edirik. 780 kvadrat metrlik bu suit iki mərtəbədə yerləşir və möhtəşəm mərmər və qızıl, eləcə də dəbdəbəli ərəb mövzulu mebel ilə döşənib. Bu həm də otelin ən böyük suitidir və şəxsi xidmətçi, özəl kitabxana, vertolyot zolağından öncəlikli istifadə və gecəsi 88000 dirhəmə dəyən mənzərəsi ilə təklif olunur.


Dünyanın ən dəbdəbəli mehmanxanaları
412
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing

Booking Widget Title

Hotel Title

Flight Title

Bunlar da xoşunuza gələ bilər
WAFI mall ticarət mərkəzi Alış-veriş həvəskarları birləşin
Alış-verişinizi təmtəraqlı şəkildə edin.
WAFI Mall ticarət mərkəzində həzz alın
The Meat Co Dubayda Restoranlar
Ət Sevərlər üçün
Meat Co istəyinizi təmin etməyə söz verir
Dubay Alış-Veriş Festivalı 2017 Tədbirlər
Dubay Alış-Veriş Festivalı 2017
Tezliklə açılacaq
Dubay Dizayn Rayonu Dubayda butikləri kəşf edin
Dizayner Dünyası Tikilir
Tezliklə: Dubay Dizayn Rayonu
Souk Al Bahar (Al Bahar Bazarı) Dubay bazarları
Mənzərəli bazar
Souk Al Bahar-ı (Al Bahar bazarını) aşkar edin