Dubai

Ənənəvi Ərəb İçkilərinin bələdçisi

Ənənəvi Ərəb İçkilərinin bələdçisi http://www.visitdubai.com/az/articles/arabic-drinks 20160905T162238:636086893587148110 20161108T185512:636142281124444630 İrs və Mədəniyyət Artıq Ərəb qəhvəsi – nəzərəçarpacaq kafein dozası olan zəngin, qatı içki – ilə tanış ola bilərsiniz, lakin diqqət tələb edən daha çox sayda Orta Şərq içkiləri mövcuddur. Çox sevəcəyiniz ənənəvi ərəb içkilərinin bələdçisi

Ərəb dadına badə qaldırın


Qəhvənin qonaqpərvərlik nişanı olduğu şəhərdə bir qədər "jellab" və ya dəvə südündən kapuçinonun dadına baxmaq yerli dadları və yerli ənənəni yoxlamanın mütləq hissəsidir. Həm unikal, həm də sərinləşdirici olan bu ərəb içkiləri çeçidləri ilə dad hissinizi həvəsləndirin.



Qəhvə


Dubayın küçələrində gəzərkən zəngin, qatı Ərəb qəhvəsinin ətri sizi müşayiət edir. Ərəb qonaqpərvərliyinin nişanı olan qəhvə adətən ədviyyatlı olur və tam bir təntənə ilə təqdim olunur. O, [dallah adlanan] klassik ərəb qəhvədanından süzülür və kiçik, tutacaqsız fincanlarda, adətən bir boşqab təzə xurma ilə təqdim edilir.

qəhvə



Karak çay


Qəhvə Ərəbistanda içkilərin şahı sayılsa da, çay da karak çay formasında xeyli məşhurlaşmışdır. Karak hind dilində güclü mənasını verən "kadak" sözündən götürülmüşdür. O, BƏƏ-nin Hindistanla uzun müddətli ticarət və mədəniyyət münasibətlərinin mirasıdır. Şəhərin demək olar ki, bütün kafelərində verilən bu zərif, ədvalı içkinin dadına baxmaq olar.

inarticle-RajuOmlette

Jellab və qamardeen


Başqa şeylərlə yanaşı, Dubay həmçinin özünün bol gün işığı ilə də məşhurdur, bu isə əksər içkilərin sərin halda xoşagələn olduğunu göstərir. Klassik Ərəb içkisi üzüm bəhməzi və gülabın qarışığından düzəldilmiş, şam qozası və kişmiş əlavə edilmiş "jellab"dır. O, qatı ərik içkisi "qamardeen" kimi, Ramazan ayının məşhur içkilərindəndir.



Tamar Hindi (Hind xurması içkisi)

İslanıb, əzilmiş hind xurmasının su, şəkər və limon şirəsi ilə qatılması ilə hazırlanan içki. Tamar Hindi, bir qədər kəskin dada malik, mükəmməl şirin içkidir və adətən səyahət edən xırdavatçılar tərəfindən bütün Ləvəntdə satılırdı.

Tamar-Hindi



Laban və ayran


Dieta planlarına daxil edilmək üçün kifayət qədər sağlam hesab edilən laban sərinləşdirici ayrandan hazırlanır, Orta Şərqin hər yerində məlumdur və istənilən supermarketdə onu asanlıqla tapmaq olar. Sərinləşdirilmiş və duz qatılmış Ayran bölgənin daha bir sadə qatıqdan hazırlanmış içkisidir.



Nanə lemonadı


Sırf Ərəb içkisi olmasa da, sərinləşdirici nanə qatılmış lemonad həzmə kömək edir və mədədə qıcqırmanı aradan qaldırır. Bütün günü günəş işığının altında keçirdikdən sonra bu, ən yaxşı sərinləşmə üsuludur.

Nanəli-Lemonad



Ərəb xüsusiyyəti əlavə edilmiş içkilər


Xurma ilə şirinləşdirilmiş süd kokteylləri, dəvə südündən kokteyl və kapuçinolar Dubay müasir menyusunda öz yerlərini tapmışlar. Al Fahidi Tarixi məhəlləsinin müxtəlif yerlərində yerləşmiş bir çox qeyri-adi kafe və çayxanalarda, məsələn Ərəb Çay EvindəXVA Gallery and Café kafesində yerlilərin bu sevimli içkilərinin dadına baxın.

345
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing

Booking Widget Title

Hotel Title

Flight Title

Bunlar da xoşunuza gələ bilər
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Şəhərin görməli yerlərinə Avtobus Turu və Helikopter Gəzintisində 185 dirhəmə qədər qənaət edin
Dubay Alış-Veriş Festivalı 2017 Tədbirlər
Dubay Alış-Veriş Festivalı 2017
Tezliklə açılacaq
Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim Sövdələr
Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim
24-48-72 saat müddətində Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim
XVA ART HOTEL’S CAFÉ-YƏ BAŞ ÇƏKİN Kafe həyatının ləzzəti
Yeyilə bilən incəsənət əsərləri
XVA ART HOTEL’S CAFÉ-YƏ BAŞ ÇƏKİN
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Avtobusla "Dubay Mənzərələri" Şəhər Turunda və "Ərəb Macəraları" Səhra Safarisinə birgə kuponlar ilə 225 dirhəmə qədər qənaət edin