Dubai

Dubayda ənənəvi xörəklər

Dubayda ənənəvi xörəklər http://www.visitdubai.com/az/articles/authentic-emirati-restaurants 20160814T111416 20161108T190120:636142284808694168 Əmirlik mətbəxini şəhərin hər yerində tapmaq olar. Çoxlu ənənəvi restoranlar və müasir kafelər ədvalı səhər yeməklərini, qidalandırıcı əsas xörəkləri və şirin desertləri təklif edir. Əhali arasında ən məşhur olan yerləri aşkar etmək üçün bu səhifəni oxuyun. Orijinal Əmirlik mətbəxinin dadına baxmaq üçün yerlər

Əmirliklərin orijinal dadlar təklif edən yerləri


Tez-tez qəlbin qidası kimi təsvir edilən yerli mətbəx digər ölkələrdən gətirilmiş müxtəlif inqredientlərdən - zəfərandan və quru laymdan tutmuş, gülaba və xurmaya qədər - zəngin dadlar təklif edir. Dadlar şirindən bibərli dada qədər müxtəlif zövqlərə uyğun gəlir. Əsas xörəklər keçi və ya qoyun ətindən, balıqdan, hətta dəvə ətindən hazırlanır, səhər yeməyi isə adətən şirin olaraq, müxtəlif dada malik çörəklərdən, souslar və yumurtadan ibarət olur. Əmirliklərin xörəklərini ən yaxşı təsvir etmək üçün "ətirli" sözündən istifadə etmək olar - bu söz yağlı və dadlı dəvə südü ilə dəmlənmiş çay və qəhvəni də təsvir edir.



Zaman Aval Restoranı


Şəhərdən uzaqlaşın və Dubayın qədim günlərinə səyahət edin. "Zaman Aval" restoranında nahar belə əhval-ruhiyyə yaradır. O, müasir mühitdə orijinal əhval yaradır. Ərəb dilini bilmirsinizsə, ofisiantlardan menyuda göstərilmiş xörəklərin bəzilərini sizə izah etmələrini xahiş edin. Al Boom Turist Şəhərciyində yerləşən bu özünəməxsus restoran yerli əhalinin öz xörəklərini həmişə hazırladıqları qaydada hazırlanmış ənənəvi Əmirlik mətbəxini təklif edir. Həftənin istənilən günü nahar furşetinin, yaxud "a la Carte" naharının dadına baxmaq üçün buraya gəlin və Körfəzin heyrətamiz mənzərələrinə nəzər salaraq, nahar edin.

Al Boom Turist Şəhərciyi, Umm Hurair
+971 4 324 2664


Zaman-Awal-Restaurant-550x350

Laylati Kafesi


Hər il insanlar Ramazan ayında orucluq zamanı Laylati Kafesindəki iftarları səbirsizliklə gözləyirlər. Grand Hyatt Dubay mehmanxanasında (Körfəzin yaxınlığında) yerləşən bu kafedə adətən şirkət iftarları üçün sifariş verilir və o, həmişə lazımi mühit və ac müsafirlərlə dolu olur. Bu rəngarəng, lakin müasir məkan xoşgörkəmli Əmirlik yeməkxanası qismində seçilən yerlərdəndir. Təzə inqredientlər həqiqətən hər bir xörəyi dadla doldurur. Kabablar yumşaqdır və həddindən artıq tövsiyə olunur; şirniyyata meyliniz varsa, həqiqətən ləzzətli olan kunafah bil jebn-nin dadına baxın.

Şeyx Raşid Şossesi, Oud Metha Şossesi
+971 4 317 1234


Zaman-Awal-Restaurant-550x350

Al Jalboot: Yerli dadlarla yerli görüntülər


Yüngül qəlyanaltıdan əsas xörəklərə qədər hər bir yemək dəniz küləyi və Əmirlik qonaqpərvərliyi ilə təqdim edilir. Al Jalboot Körfəzin parlaq mavi suları və limanda parıldayan yaxtalarla kəskin təzad yaradan sadə dənizkənarı interyerə malik balıqçılıq ənənəsini davam etdirir.
Sifarişlə hazırlanan şirələrdən tutmuş həmin günü tutulmuş balığa qədər hər şey burada təzədir. Yumşaq, dadlı bibərli dəniz məhsulundan hazırlanmış xörək istəyirsinizsə, menyuda Naşef Nagar kimi qeyd edilmiş mürəkkəbböcəyinin dadına baxın. Daha bir əla xörək Əmirlik üslubunda hazırlanmış düyü ilə verilən Tahta balığıdır. Bunların hamısının üstündən ərəb çayı və ya qədim vaxtlarda olduğu kimi kömür üstündən dəmlənmiş qəhvə için. Souk-un (köhnə bazar) 2-ci mərtəbəsində yerləşən bu restorana liftlə qalxa bilərsiniz.

Balıqçılıq Limanı, Jumeirah Şossesi, Umm Suqueim
+971 4 321 5177


Al-Jalboot-550x350

Al Fanar: Ənənəvi Restoran və Kafe


Al Fanar keçmişdə donub qalmış bir yerə oxşayır. Kəndsayağı interyer orijinal təfərrüatlarla ənənəvi menyunu tamamlayır. Burada qədim Dubayın necə olduğunu təsəvvür etmək asandır və yerli sakinlər həmişə buraya gəldikdə həsrət hissi duyurlar. Bu, tək böyük qruplar üçün münasib yer deyil, təklif edilən xörək porsiyaları da kifayət qədər böyükdür! Menyuda seçim böyükdür və hətta hər şeydən bir qədər dadsanız da, mədənizdə daha yer qalmayacaq - ona görə də, Al Fanar restoranına bir daha qayıtmağa dəyər.

Kanal Xiyabanı, Festival City Mall, +971 4 232 9966
Birinci mərtəbə, Şəhər Mərkəzi, Jumeirah, +971 4 344 2141


AL-Fanar-550x350

Seven Sands: Həddən artıq dəbdəbəli əmirlik xörəkləri


Krallara münasib qonaqlıq üçün hazırlanmış Seven Sands restoranına bəzənib gəlmək lazımdır. Ağız sulandıran təqdimatlar menyunun nəzərdən keçirilməsini həyəcanlı bir təcrübəyə çevirir. Təsəvvür edin xörəklərin dadı necə olacaq. Hər şeydən əlavə hər bir xörəyin tərkibi ingilis dilində də izah edilmişdir. Daxildə müasir bəzək və parlaq işıqlar günəş işığına qərq olunmuş dəniz mənzərələri ilə təzad yaradır və ümumi dəbdəbəyə öz töhfəsini verir. Yerli fermalardan gətirilmiş təzə məhsullar və yenicə tutulmuş dəniz məhsulları təklif edilir. Ouzidən tutumuş fouga-ya qədər sizi heç nə məyus etməyəcək.

Beach (Çimərlik), Dubai Marina Makani No. 1145374508
+971 4 551 6652

Seven-Sands-550x350

Əmirliklərin dadını təklif edən daha çox yer axtarırsınızsa, aşağıdakıları sihayınıza daxil edin:

Local bites Café (yerli qəlyanaltılar kafesi)

Al Hadheerah

Bayt Al Wakeel

Bait Al Mandi
620
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing
Bunlar da xoşunuza gələ bilər
XVA ART HOTEL’S CAFÉ-YƏ BAŞ ÇƏKİN Kafe həyatının ləzzəti
Yeyilə bilən incəsənət əsərləri
XVA ART HOTEL’S CAFÉ-YƏ BAŞ ÇƏKİN
Dubayda Bir Günlük Safariyə 15% endirim Sövdələr
Dubayda Bir Günlük Safariyə 15% endirim
DDCR-in tam mərkəzində tam-inklüziv möhtəşəm düşərgəyə 15% endirim
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Avtobusla "Dubay Mənzərələri" Şəhər Turunda və "Ərəb Macəraları" Səhra Safarisinə birgə kuponlar ilə 225 dirhəmə qədər qənaət edin
Dubay Alış-Veriş Festivalı 2017 Tədbirlər
Dubay Alış-Veriş Festivalı 2017
Tezliklə açılacaq
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Şəhərin görməli yerlərinə Avtobus Turu və Helikopter Gəzintisində 185 dirhəmə qədər qənaət edin