Dubai
Dubayda çimərlikdə nahar http://www.visitdubai.com/az/articles/beachside-cafes 20161010T150246:636117085661361684 20161116T161547:636149097476058065 Kafe həyatının ləzzəti Okeanın səhra ilə birləşdiyi bir şəhərdə bir az qum qaçılmazdır. Əla mənzərəsi, asta küləyi və barmaqlarınız ucunda qumların olacağı, nahar üçün ən yaxşı yerlərlə bağlı bizim seçimlərimizə baxın. Ən yaxşı okean (və ya səhra) mənzərələri olan Dubay restoranları

Ayaqlarınız qumda olmaqla harada nahar edə bilərsiniz


Ərəb körfəzi lap yaxında olduğundan, Dubayda siz hər zaman bir az quma yaxın olacaqsınız. Barmaqlarınızın arasında qumu hiss edərək bəzi əla yemək-içmək yerlərini təqdim edirik.


Jetty Lounge | One&Only Royal Mirage oteli


Tam sahildə, lüks otelin pirsinin (buradan One & Only The Palm Dubai otelinə qayıqlar gedir) yaxınlığında yerləşən bu bar çimərliyin bəzəyidir. Rahat divan və fərahlandıran musiqi sizi beynəlxalq yemək və içmək menyusuna hazırlayacaq. Su kənarında özəl kabanalardan birində özünüzə stul hazırlayın və Yaxın Şərq mezzesi, Meksika tortilla çipsiləri, Asiya teriyakisi, və ya Avropa börəyinin tamına baxa və ya günəşin batmasını izləyə bilərsiniz.

One & Only Royal Mirage, Dubay, Al Sufouh Yolu, Dubay

+971 4 399 9999


Jetty Lounge | One&Only Royal Mirage oteli

Bu Qtair


Bu görünüşcə o qədər də üstün olmayan dəniz yeməyi kafesinin çoxlu heyranları var. Jumeirah yolunun kənarında yerləşən bu vaqonda hər gün təzə tutulmuş dəniz məhsulu, hind üslubunda salat, düyü və ya parata (qızardılmış yuxa) ilə bir yerdə, ədviyyatlı ət suyu, ədviyyat vurulduqdan sonra qril olunur və ya qızardılır, boşqablara düzülür. Burada menyu yoxdur, qiymətlər dəyişkəndir (bir az sövdələşmə etmək olar) və demək olar ki, hər axşam növbə olur. Sadəcə öz dəniz yeməyinizi seçməlisiniz - krevetka və pomfret adətən yaxşı olur - sonra isə mətbəxdən kənarda qarmaqarışıq yerləşdirilmiş plastik masalarda oturmalı və təzə və dadlı yeməkdən zövq almasınız.

4 D küçəsi, Jumeirah



Barasti


Bu çimərlik klubu və restoran Le Meridien Mina Seyahi-də yerləşir və əsası dubaylılar tərəfindən qoyulub. Geniş, çox-mərtəbəli açıq hava məkanında rahat, dostcasına bir ab-hava var. Burada eləcə də çimərlik oturacaqları və hovuz kənarında masalar var, qonaqlara canlı musiqi və DJ mahnıları təklif olunur. Buranın balığı və çipsiləri çox məşhurdur, amma piroqlar, karrilər, pizza və qurman sendviçləri də dadlıdır. Kabab brançı əksər həftəsonları olur və Barastidə çoxlu tədbirlər və konsertlər keçirilir.

Al Sufouh Şossesi, Dubay

+971 4 318 1313


Barasti

Villa Beach


Jumeirah Beach Hotel özünün Burj al Arab yaxınlığındakı əla mövqeyini çoxlu çimərlikdə nahar məkanları ilə (La Veranda sadə italyan yeməyi təklif edir; Ocean Blue yüngül yeməklər və şişa təklif edən bir bardır; və yeni Al Marsa tapa-lar üzrə ixtisaslaşıb) daha da gücləndirib. Amma şam işığında əla qurman naharı, dalğaların ayaqlarına təmas etməsi və sehrli Burj Al Arab-ın heyrətamiz mənzərəsi üçün ən yaxşı yer Villa Beach restoranıdır. Aralıq dənizi menyusunda yüngül salatlar və dəniz yeməyi - hisə verilmiş kambala filesi, molyusk supu və kürü; və souslu, qulançarlı böyük krevetkalar var.

Jumeirah Beach Şossesi, Jumeirah 2

+971 4 366 5866


Villa Beach

Salt


Ötən il açılandan bəri burqer həvəskarları Kite Beach-də yerləşən bu məkanda növbə tutmaqdadırlar. Yemək maşını böyüyərək Beach House adlı qurama, kondisionerli terrasa çevrilmişdir. Menyu da genişlənib, amma klassik vaqyu buterbrodları olduğu kimi qalıb. Əvəzində çəhrayı lemonad kimi fərahlandıran içkilər və dondurma əlavə olunub.

Kite Çimərliyi, Jumeirah


Salt
449
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing

Booking Widget Title

Hotel Title

Flight Title

Bunlar da xoşunuza gələ bilər
XVA ART HOTEL’S CAFÉ-YƏ BAŞ ÇƏKİN Kafe həyatının ləzzəti
Yeyilə bilən incəsənət əsərləri
XVA ART HOTEL’S CAFÉ-YƏ BAŞ ÇƏKİN
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Avtobusla "Dubay Mənzərələri" Şəhər Turunda və "Ərəb Macəraları" Səhra Safarisinə birgə kuponlar ilə 225 dirhəmə qədər qənaət edin
Dubay Alış-Veriş Festivalı 2017 Tədbirlər
Dubay Alış-Veriş Festivalı 2017
Tezliklə açılacaq
Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim Sövdələr
Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim
24-48-72 saat müddətində Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim
Tədbirlər
Elton Con canlı ifa
Milyonlarla albomu satılmış, piano musiqisi əfsanəsi Dubayın günəşli sahillərinə gəlir