Dubai
Ən yaxşı çimərliklər http://www.visitdubai.com/az/articles/best-beaches 20150925T105103:635787750635994920 20161208T162717:636168112371577526 Günəş, qum və sörfinq

Sakit dənizlərdən və gizli buxtalardan idman çimərlikləri yerlərinə kimi Dubayın dərin mavi dənizinə dalmaq üçün ən yaxşı yerlər buradadır. Lazım olanda bütün il boyu və ya yay ayları ərzində sərinləməyin ən yaxşı üsulu! Oyun meydançaları, kabab yerləri, və ya su idmanı ləvazimatları ilə gənc ailələrdən tutmuş fitnes fanatlarına kimi hər kəsi məmnun edəcək dənizkənarı çimərliklər vardır.

Dubayın ən yaxşı çimərliklərinin bələdçisi.

Ən yaxşı Dubay çimərliklərinin bələdçisi


Ərəb körfəzinin kristal kimi saf suları Dubayda diqqəti hər zaman hündür Şeyx Zayed göydələnlərindən daha çox cəlb edir. Bütün gününüzü Çərpələng çimərliyinin sularında və ya ondan kənarda keçirin, Burc Əl Ərəbin qarşısında selfi çəkdirin, yaxud da Palm Jumeirahın hüdudlarında yerləşən ən məhşur çimərlik klublarından birində əylənməkdən zövq alın. Siz çərpələng serfinqi və avarlı serfinqdən Jumeirah Corniche boyu 14 km uzanan yumşaq yaşıl qaçış cığırınadək sıx aktivlik müşahidə edəcəksiniz. Günəş, qum, mavi səma, hətta sular belə mavi - Sizə ən rahat olan çimərliyi kəşf edin.



Sunset beach Sunset Beach (Qürub çimərliyi)

Çəkdiyiniz fotonun arxa fonunda Burc Əl Ərəbin daha yaxşı görünməsini istəyirsinizsə, Dubayın ən möhtəşəm otelinin bu səmti sizin üçün ideal seçimdir. Əmirliyin ən gözəl qumsallığına mailk olan bu pulsuz çimərlik daim adamlarla dolub-daşır. Qışda hündür dalğaların olduğu yeganə çimərlik olduğu üçün yerli sörfçülər buranı seçirlər. Sörfinq lövhəsi kirayələmək üçün yaxınlıqdakı Dubay Sörf Evinə baş çəkin və qəhvə içərək sörfinqi müzakirə edin.


jbr beach JBR Çimərlik

JBR çimərliyi freşbarları, burger yerləri, dondurma piştaxtaları ilə yanaşı dəbdəbəli butiklərin və şəhərin ən dəbli avtomobillərinin olduğu The Walk sahil küçəsi boyunca uzanır. Suya baş vurmadan öncə Adventure HQ mağazasına baş çəkib hava ilə doldurulan şezlonq almağı unutmayın.


Kite-Beach-best-beaches Çərpələng Çimərliyi (Kite Beach)

Artıq adından bəlli olduğu kimi Dubayın idman yönümlü bu çimərliyi  kaytsörfinqlə məşğul olanların sevimli məkanıdır. Burada çimərlik voleybolu oynayın, yaxud müvazinətinizi ayaqüstü avarlı sörfinq və kayakinq zamanı saxlamağa çalışın. Burada həmçinin yeni açılmış Buz meydançası, batutla tullanma sahəsi və uşaq oyun meydançası da daxil olmaqla suda olmayan çox sayda əyləncəli fəaliyyətlər var. Üzdükdən sonra yolunuzu çoxsaylı çimərlik yeməkxanalarından birinə salın. Biz şəhərdəki ən yaxşı ətli sendviçlərin verildiyi, mobil fast-fud tipli məşhur Saltkafesini tövsiyə edirik.


palace beach Black Palace (Qara Saray) Çimərliyi

Həmçinin Saray Çimərliyidə adlanan və Dubay şeyxlərinin qalalarına yaxın, yol kənarında yerləşən bu yer ən sakit sulara və Palm Jumeiranın mənzərəsi olan ən gözəl qüruba malikdir.


Mamzar-Park Al Mamzar çimərlik parkı

Adambaşı kiçik bir məbləğ ödəməklə daxil ola biləcəyiniz park və çimərlik, barbekü sahələri, mənzərəli oyun meydançaları, gölməçələri və bağlı çimərliyi ilə ailəvi vaxt keçirmək üçün əvəzedilməzdir.

Əlavə ödəniş etməklə siz günəş otaqları kirayələyə, üç hovuzdan birindən istifadə edə və ya şəxsi, kondisionerli çimərlik kotecləri təxsis edə bilərsiniz.


hidden-beach Hidden Beach (Gizli çimərlik)

Çimərliyin bu kiçik hissəsi üzü okeana sarı olanda Sheraton JBR-in sol tərəfində yerləşir. Bura gəlmək üçün The Walk-u ancaq cənub hissəsində bütün yol boyu izləyin, dolanbacda yolun sağ tərəfini tutun və çimərliyə çatana kimi maşını sürün, yaxud gəzərək gedin. Bura tez dənizə girə bilmək üçün qayıqlarınızı saxlaya biləcəyiniz və dincələrək sakitcə üzə biləcəyiniz ideal yerdir.

Ailənizlə səyahət edirsiniz? Bizim Dubayın ən yaxşı çimərlik klubları haqqında təkliflərimizi nəzərdən keçirin və uşaqlarla edə biləcəyiniz ən yaxşı şeylərin siyahısını hazırlayın. Ərəbistan körfəzindən geriyə unudulmaz xatirələr gətirəcəksiniz.

448
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing

Booking Widget Title

Otelləri və uçuşları axtarın

Flight Title

Bunlar da xoşunuza gələ bilər
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Şəhərin görməli yerlərinə Avtobus Turu və Helikopter Gəzintisində 185 dirhəmə qədər qənaət edin
Ədviyyat Bazarı Dubay Möcüzələri
Xüsusi rəng qatın
Ədviyyat Bazarında dərindən nəfəs alın
Ski Dubay Dubay Möcüzələri
Səhrada xizək sürün
Ski Dubayda slalomla sürüşün.
Riva Çimərlik Klubu Çimərliyin ətrafında lounge-lar
Dincəlmə üçün əla yer
Riva Çimərlik Klubunda sərinlənin
Səhra Reyncerlərinin Big Red (böyük qırmızı) qumlarında sürüşmə Dubayda Səhra Macəralarını kəşf edin
Big Red təpəsindən qorxmamağa hünəriniz çatırmı
Səhra Reyncerləri ilə qumda sürüşmə