Dubai

Dubaydakı Ən Yaxşı Qəhvə Məkanları

Dubaydakı Ən Yaxşı Qəhvə Məkanları http://www.visitdubai.com/az/articles/best-coffee-shops-dubai 20161010T150545:636117087450750911 20161108T185550:636142281501635212 Kafe həyatının ləzzəti Latte və ya ikiqat espresso istəməyinizdən asılı olmayaraq, sizin kofe arzularınızı qarşılayacaq kafelər az deyil. Kofe bilicisi, Raw Coffee kafesinin sahibi Kim Thompson ilə birlikdə kafein tələbatının ən yaxşı harada və nə vaxt ödənilməli olduğunu sizə bildirəcəyik. İnkişaf etməkdə olan qəhvə mədəniyyətinin bir hissəsi olun. Şəhərdəki ən yaxşı espressonu tapmaq üçün bələdçiniz buradadır

Latte və ya ikiqat espresso istəməyinizdən asılı olmayaraq, sizin kofe istəyinizi qarşılayacaq kafelər az deyil. Raw Coffee kafesinin sahibi Kim Thompson ilə birlikdə kafein tələbatının ən yaxşı harada və nə vaxt ödənilməli olduğunu bildirəcəyik. İnkişaf etməkdə olan qəhvə mədəniyyətinin bir hissəsi olun.


Bu məkandakı menyuda olanların hamısı: The Brass


City Walk-da sanki bir kənarda gizlənmiş bu parlaq cəvahir, şəhərdəki ən geniş qəhvə menyularından biri ilə öyünə bilər. Onlarda klassik təamların hamısı - latte, kappuççino və başqaları - Lavanda Ballı Latte, gülablı bəyaz qəhvə, südsüz Kokoslu Latte var… Həvəskarlar daha irəli gedə və kofenin hazırlanma tərzini də sifariş edə bilərlər: franız üsulu, sifon, soyuq damla və sadə şəkildə.

City Walk, Al Safa Yolu
+971 4 385 6971


in-article-the-brass



Bu kafedə yerlilərlə tanış olun: Friends Avenue Kafesi


İki gənc bir araya gələrək yüksəkmərtəbəli Jumeirah Lake Towers (JLT) yaşayış rayonunda bu qəribə kafeni açmaq qərarına gəliblər. Thompson deyir ki, bu məkanın özünəməxsus üslubu var və "long black" və "espresso con panna" - dan həzz alan yerli sadiq müştərilər ilə dolu olur. Badam və soya südü də təklif olunur.

Birinci Mərtəbə, Fortune Executive Towers, Cluster T, JLT
+971 4 554 5813

in-article-friends-avenue1



Dizayner üslublu kafelər üçün Craft Cafe-ni sınayın.


Hündür şüşəli divarlar və taxta dekor ilə bu günəşli, yaxşı havalandırılan kafe, inkişaf etməkdə olan dəb mərkəzi Dubay Dizayn Rayonunun üslubuna tam uyğun gəlir. Menyuda çoxlu ləzzətli təamlar və isti iqlimə uyğun olan Orange Twist və Vanilla Latte kimi dəbdə olan soyuq dəmləmələr var. Baş aşpaz perulu Roberto Seguradır. O The Act Dubai olmaqla şəhərdəki bir çox restoranın təsisçisidir.

Bina 10 Dubay Dizayn Rayonu
+971 4 514 9032


in-article-craft-cafe



Park House-da çimərlikdə dincəlin


Kite Beach yaxınlığında yerləşən Park House-da dənizin həzin mənzərəsini seyr etmək üçün rahat şəkildə arxaya yaslanın. Bu insanları seyr etmək və ya uşaqlarla rahat-rahat əylənmək üçün əla yerdir. Çimərlik oturacaqlarında oturaraq bu cür əylənməkdən daha yaxşı nə ola bilər? Burada popkorn və başqa şirnilər də verilir. Və ya Thompsonun dediyi kimi "özünüzlə bir fincan qəhvə götürün və çimərlikdə əyləşin.”

Kite Beach, Umm Suqeym
+971 4 2541565


in-article-parkhouse



Dubay Kofe Muzeyində tarixlə tanış olun


Ərəbistanda qəhvənin qədim kökləri olduğundan, Dubayda bu ətirli dənələrə həsr olunmuş muzeyin olması heç də təəccüblü deyil. Siz burada bu içkinin mənşəyi və onun necə təkamül etməsi ilə bağlı hər şeyi öyrəcəksiniz. Thompson deyir: “Bu məkan, qəhvənin uzun və maraqlı tarixçəsi ilə maraqlanan hər kəs üçün mütləq görülməli olan biri yerdir.” Öz səfərinizi muzeyin daxilində yerləşən kafedə ənənəvi ərəb qəhvəsinin dadına baxmaqla yekunlaşdıra bilərsiniz.

Villa No. 44 Tarixi Əl Fahidi Məhəlləsi
+971 4 353 8777


in-article-coffee-museum



Əgər qəhvə ilə bağlı ciddi fikirdəsinizsə o zaman Mokha 1450 butikinə gedin


Qismən butik, qismən də kofe dükanı olan Mokha 1450 əla bir kofe üçün məhrəm bir yerdir. Nə təklif olunur? "Original Efiopiya Geisha, Yamayka Mavi Dağ ultra premium 1 qəhvə dənələrinin və Sabree dağlarından qadın fermer kooperativi tərəfinfən istehsal olunan inanılmaz Yəmən qəhvəsinin tamına baxa bilərsiniz”, - deyə Thompson bildirir.

Bölmə 8, Aswaaq Community Mall, Al Bada’a (Al Wasl yolunun yaxınlığında)
+971 4 321 6455


in-article-mokha-1450



Yumtingz-da kofe maşınıhissini yaşayın


Yemək maşınında kofe evi? Güman etmək çətin olsa da, bu Avstraliya brendi uğurla bu məkanı çalışdırır. “Onlar gəncdirlər və əla Avstraliya üslublu qurman kafe yeməyi təklif edilər,” - deyə Thompson bildirir. Ən qızğın tədbirlər və festivallar zamanı siz isti içkilər və əla soyuq dəmləmə, eləcə də meyvəli çeşidlərin təqdim edildiyi yemək avtobusunu görə bilərsiniz.

+971 56 454 2782

in-article-yumtingz



Orijinal hipsterlər: The Sum of Us

Tom & Serg Dubayın kofe səhnəsində yaxşı tanınır və onların bu kiçik qəhvə qovurma yeri şəhərdəki ən yaxşı yerlərdən biri kimi tanınır. Melburnun müstəqil kofe evi mədəniyyətindən ilhamlanmış Şeyx Zayed yolundakı bu kafe, sadə qəhvə həvəskarları ilə yanaşı qəhvə bilicilərinə də sənaye üslublu açıq məkanda xidmət göstərir.

Burj Al Salaam, küçə 6, Ticarət Mərkəzi 1
+971 56 445 7526


in-article-the-sum-of-us



Aryaasda ənənəvi təamın dadına baxın


Burada standart kappuççinolar və ya latte-lər gözləməyə dəyməz. Əvəzində cənubi Hindistanın filtr kofesinin köpüklü dadı ilə tanış ola bilərsiniz. Burada qəhvə xüsusi metal filtr, qaynanmış süd və şəkərdən istifadə edilməklə hazırlanır. Nəticədə Hindistanın bir çox yerində məşhur olan məxməri bir içki hazırlanır.

Dükan 2, birinci mərtəbə, The Business Center, Xalid bin Valid yolu
+971 4 357 7800


in-article-aryaas



Raw Coffee Company-də ticarəti öyrənin


Evdə yetişdirilmiş kofenin veteranları olan Raw Coffee Company öz anbar qovurma yerlərində hər gün orqanik, eləcə də üzərində Ədalətli Ticarət təşkilatının təsdiqi olan dənələr bişirirlər. Qonaqlar qəhvə dəmlənməsi mövzusunda dərslər ala bilərlər və ya bu ixtisaslaşmış yerdə 15 tək-mənşəli qəhvə və beş bənzərsiz qarışımdan həzz ala bilərlər.

Anbar 10, Al Manara, Al Quoz
+971 4 339 5474


in-article-raw-roastery


İcma hissini yaşamaq üçün Arrows and Sparrows-a səfər edin


Bu yeni məkan Friends Avenue komandasının ikinci təklifidir. Greens yaxınlığında, Emaar Business Park-da daha böyük bir məkan parlaq yaşıl və qızılı rənglərlə bəzədilib. “Rahatladıcı qida və müasir kafe üslubunun qarışımını təklif edən bu geniş, müasir məkanda çox yaxşı hazırlanmış, təzə, orqanik kofe də təklif edilir” - deyə Thompson bildirir.

Bina 4, Emaar Business Park
+971 55 543 8415


in-article-arrows-and-sparrows




Dubayda bənzərsiz nahar təcrübəsi axtarırsınız? Şəhərdəki ən dəbdə olan kafelərə baş çəkin və bu qeyri-adi yerlərdə fərqli bir təcrübə yaşayın.

826
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing

Booking Widget Title

Hotel Title

Flight Title

Bunlar da xoşunuza gələ bilər
Burc Əl Ərəb Dubay Möcüzələri
Dəbdəbəyə doğru üzün
Burc Əl Ərəbi tədqiq edin
Dubayda Apple Store Dubayda Mağazalar
Dubayda Apple Store
Geek Chic
Barasti Gecə uzun ikən rəqs edin
Bonanza Çimərliyi
Barasti-də Çimərlik Əyləncəsi
Bambah and The Zoo Concept Dubayda butikləri kəşf edin
İkisi birində Butik
Bambah And The Zoo Concept-də alış-veriş edin
Parça Bazarı Dubay Möcüzələri
Rənglərin işıltısı
Parça Bazarı boyu sarmaşın