Dubai
Dubayda ən yaxşı hamam spa mərkəzləri http://www.visitdubai.com/az/articles/best-hammams-spas-dubai 20150925T105121:635787750814225240 20161108T185807:636142282877271732 Dubay hamamları

14- əsrdən etibarən məşhur olan hamamlar ibadətdən öncə kütləvi şəkildə dərindən təmizlənmək üçün olan ictimai yerlər idi. Səhra sakinləri gözəlləşmə prosedurlarında hamamın heyranedici və səmərəli potensialını gördükdə Dubaydakı spa mərkəzləri və salonlar dərini toksinlərdən təmizləmək və hamarlaşdırmaq üçün onu yenidən kəşf etdilər.

Dubayın çox sayda hamam və spalarında dincəlmək üçün vaxt ayırın

Buxar və yuyunmaqla qayğılardan uzaq durun


Dubayda qadınlar və kişilər müntəzəm surətdə spalara baş çəkirlər. Orada qaldığınız müddətdə bir qədər vaxt tapıb dünyanın ən gözəl hamam və spalarında dincəlin.


Hummam Talise Ottoman Spa

Sizi yenidən canlandıracaq məkan Talise Ottoman Spa Yaxın Şərqin ən böyük və şübhəsiz ki, həm də ən gözəl hamamıdır. Baramaşəkilli spa çox sayda müalicə və istirahət otaqlarından təşkil olunmuşdur ki, bunların da mərkəzində Türk hamamı yerləşir. Bu duyğu səyahəti üçün sizə ən azı yarım gün vaxt lazım olacaq. Daha sonra Dubayın ən gözəl Livan restoranı olan Al Nafrooh-un terrasında nanəli çay için.

Jumeirah Zabeel Saray, Palm Jumeirah
+971 4 453 0456


royal_mirage_dubai_spa_people_09_02_2012_765hr One&Only Spa

One&Only Royal Mirage otelinin heyrətamiz bağçasına düşdüyünüz andan etibarən dincələcəksiniz. One&Only Royal Mirage's oteli ərazisinin uzaq bir guşəsində yerli və əcnəbi məşhurların sevimli məxfi məkanına çevrilən, fərdi və qrup şəklində terapiyaların aparıldığı və gözəl mozaikalı vitraj tavanı olan hamam spa vardır.

One&Only Royal Mirage, Al Sufouh Şossesi
+971 4 315 2140


Saray-Spa_-USE Saray Spa

Mərkəzində ənənəvi üslubda tərtib edilmiş hamam olan, gözəl şəkildə təcrid edilmiş və dərhal rahatlıq bəxş edən spa dünyanın ən hündür otelinin arxasında gizlənmişdir. Saray Spada bir çox seçimlə yanaşı dəbdəbəli terapiyalar üçün Saray Golden Hammam mövcuddur. Qızılı ərəb balı ilə üz maskası və 24 əyarlı qızılla qarışdırılmış yağlardan istifadə etməklə olunan massajlarla yanaşı zərif şəkildə kisələnən müştərilər rahatlığın ən yüksək zirvəsinə yüksələcəklər.

JW Marriott Marquis Dubay, Üçüncü mərtəbə
+971 4 414 6754


Rixos_Royal_Spa Anjana Spa

Stimullaşdırıcı buz fəvvarələri, oxu zalları, üzgüçülük hovuzları və məşhur Türk hamamı prosedurlarının mövcud olduğu Anjana Spa ilə spa təcrübənizi bir qədər də irəliyə aparın. Rahat mühit və gülərüz işçi heyəti rahatlanmaqda və massaj terapiyasından həzz almaqda sizə yardım edəcək.

Anjana Spa The Palm Dubay, East Crescent, The Palm Jumeirah
+971 4 457 5415


Tips-and-toes Tips & Toes

Baha qiymətə altı müxtəlif hamam seçimi ilə Tips & Toes spa menyusu nəzərəçarpacaq Mərakeş Hamamından dəbdəbəli "İmperial Ritual"adək seçim imkanı təklif edir. Nəzakətli personal və kafel və metlax ilə nəfis şəkildə bəzədilmiş hamam otaqları ilk dəfə burada olan və məşhur terapiyanın mümkün ləzzətini hiss etmək istəyənlər üçün əla məkandır.

Villa #2, Umm Suqeim Şossesi, Əl Barşa 2
+971 4 341 2020


Al-Asalla Əl Asalla Spa

Ehtiyaclarınıza müvafiq fərdi istəyiniz əsasında təqdim olunan geniş çeşiddə terapiya ilə bütün gününüzü Mərakeş ruhlu Al Asalla Spada keçirməkdən zövq alın. Siz axrıncı dəfə nə zaman dərinizin belə təravətli olduğunu və əzələlərinizin belə dincəldiyini xatırlaya bilməyəcəksiniz.

Dubay Qadınlar Klubu, Jumeirah Beach Şossesi
+971 4 344 9445


Abeer Abeer Al Yaseen Gözəllik Spası

Abeer Beauty Spada dincələn qadın qonaqlar fərdi mərmər "yuyunma masasından" və buxar, təmizlik və skrab ritualının ənənəvi ardıcıllığından, ölü dəri hüceyrələrin yuyulması üçün terapevtlərin bürünc kuzələrdən tökdüyü isti sudan zövq alacaqlar.

Al Wasl Şossesi
+971 4 380 8703



Dubaya birinci dəfədir gəlirsiniz? Şəhərin mütləq görülməli atraksionlarından birinə baş çəkin və Dubayın ən fotogenik yerlərindən birində öz möhtəşəm selfinizi çəkin.

469
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing

Booking Widget Title

Hotel Title

Flight Title

Bunlar da xoşunuza gələ bilər
Dubay Avtodromu Sürət ehtiyacı
Mühərriki işə salın
Dubay Avtodromunda həyəcanlı anlar yaşayın
Times Square Mərkəzi Dubayda butikləri kəşf edin
Tech Chic
Times Square Mərkəzində alış-veriş edin
Tom & Serg Kafe həyatının ləzzəti
Şəhərdə Ən Sərin Qəhvə
Tom & Serg-də yemək dadı kimi fotogenikdir
Souk Madinat (Madinat Bazarı) Dubay bazarları
Ərəb üsulu ilə alış-veriş
Souk Madinat- (Madinat Bazarını) sınaqdan keçirin
Dubayda Bir Günlük Safariyə 15% endirim Sövdələr
Dubayda Bir Günlük Safariyə 15% endirim
DDCR-in tam mərkəzində tam-inklüziv möhtəşəm düşərgəyə 15% endirim