Dubai
Dubayda ən yaxşı 10 yemək http://www.visitdubai.com/az/articles/best-plates-dubai 20150925T105133:635787750938258621 20161115T095428:636148004685148959 Yeni qida tendensiyası

On Dubay yeməyi - dadmadan şəhəri tərk edə bilmərsiniz

Dubay - müxtəlif mədəniyyətlərə aid misilsiz mətbəxi ilə böyüyən şəhər, nahar etmək üçün dünyanın ən möhtəşəm yerlərindən biridir. Qeyri-adi dadları təqdim edən Dubay dünyanın hər yerindən Michelin ulduzu ilə təltif olunmuş çoxlu aşpazları qəbul edir, lakin indi hara baxsanız belə, kiçik ucuz Siçuan restoranları və Pakistan bufetləri kimi gizli imiqrant yeməkxanalarına rast gələcəksiniz. Ucuz kəndli Ravi restoranından Qbarada yüksək səviyyəli mətbəxə kimi 2015-ci ildə Dubayın ən yaxşı yeməklərinə qurman bələdçiniz buradadır…  


Ravi restoranında - Mutton achar handi, 22 dirhəm

Miqrant mədəniyyətinə Dubayın ürəkdən qucaq açmasına bariz nümunədir, odur ki, bu kiçik yeməkxanadan evlərə yeməyin verilməsi xidmətini gözləməyin. Ravinin "mutton achar handi" yeməyi tamamilə Pakistan xörəyidir. Ədviyyatların və təzə yaşıl çili istiotu nəfəsinizi tutacaq və ikinci dəfə yemək üçün sizi bura yenidən gətirəcəkdir.

10 ən yaxşı xörək

Al Dhiyafa küçəsi, Satva

+971 4 331 5353


Tavada qızardılmış molyusklar, 95 dirhəm, Traiteur - Park Hyatt Dubayda

Səthi çəhrayı rəngə kimi qızardılmış molyuskanı nəfis təqdim edən Traiteur restoranının klassik təlim almış aşpazları mükəmməl balıqqulağı hazırlayırlar -  zahiri karamelli və bir qədər xırıldayan, içərisi isə dolu və şirəlidir. Onu yeyən kimi boşqabınızın bu ləziz təamlar ilə yenidən doldurulmasını istəyənlər Traiteur restoranında yüksək səviyyəli mətbəxi dadmaq üçün cümə günü qəlyanaltısına əvvəlcədən rezerv edəcəklər.

10 ən yaxşı xörək

Şeyx Rəşid küç.

+971 4 317 2221 



Süd və bal, qiymət sorğu üzrə bildirilir, Qbarada


Müasir Livan restoranında rezervasiya edə bilən bəxtəvərlər yeməklərini Süd və Bal deserti ilə tamamlaya bilərlər. Sözdə sadə kombinasiyadır - bir tərəfində bal və zəfəran pişmaniyəsi ilə yunan yoqurtu və Panna-kota sumağı - amma bir dəfə dadına baxdıqdan sonra bu dad hər şeydən üstün olur - Panna-kota həm turş, həm də zərifdir, səthində isə desert qabını bəzəyən türk pişmaniyəsi.

10 ən yaxşı xörək

Ud Meta küç., Wafi City

+971 4 709 2500


Düyülü cheong fun, 28 dirhəm - Homeydə

Yaxınlıqdakı Marinanın işıltısından uzaqda bu kiçik Siçuan yeməkxanası etnik Çin menyusu ilə insanları cəlb edir. Nəzərə çarpmayan bu yeməkxananın Dubayın hər yerində olan Amerikansayağı Çin yeməkxanaları ilə rəqabətdə uğurlu olmasının səbəbi bəlkə bu dadlı yeməklərdir? "Cheong fun" parlaq qırmızı rəngə boyanmış və düyü unundan hazırlanan yaxşı bükülmüş rulonlardır. Bu cəlbedici qəlyanaltı içərisində dolu və dadlı krivetkalar olmaqla xırçıldayan bir dişlək üçün hazırlanır.

10 ən yaxşı xörək

Goldcrest View 1, Cluster V, Jumeirah Lakes Towers

+971 4 431 7106


Çəhrayı romb şəkilli dəniz ilbizləri, biri 34 dirhəm, BiCE

Ofisiantımız deyir ki, nahar edənlər adətən yeməkdən bir xatirə kimi BiCE-in dəniz ilbizi təamının təmizlənmiş qabığını büküb götürürlər. Təəccüblü deyil - çəhrayı çalarlı gözəl qabıqlar restorana xasdır. Onların sadəcə gözəl görünüşləri yoxdur, həmçinin bunlar körfəzin bu hissəsində ən iri ilbiz qabıqlarıdır.


10 ən yaxşı xörək

Hilton Dubai Jumeirah Resort, Dubay Marina

+971 4 399 1111


Ryoog yerana, 37 dirhəm, Klayya 


Səhərinizi şirin və iştahlı açmaq üçün Əmirliyin bu unikal səhər yeməyini seçin. Yumşaq omlet dilimlənmiş yerli xurmaların səthinə bükülüb və ayrıca çörəklə süfrəyə verirlir ki, bu da zərif kombinasiya yaradır. Şirin, duzlu və bir üst səviyyə. Bir fincan "haleed kastar" (Dhs7) ilə yeməyin üzərinə içmək üçün ən yaxşı içki - qırmızı toxumlar ilə bəzədilmiş zəngin və yumurtalı şirin kremli desert içkisi.

10 ən yaxşı xörək

Al Barsha Ticarət Mərkəzi, Barsha 2

+971 4 325 5335


Koşari, 12 dirhəm, Al Ammor 


Ən çox əriştə-çubuqları olan ənənəvi ləziz yemək - Əl Amorda Misirin sevimli yeməyinə qiymət verilir. Bişmiş əriştə, noxud və mərciməkli yeməyin vegeterian növü öz ağız dadınıza uyğunlaşdırmağınız üçün bir sini ilə ədviyyat təqdim edilir - az miqdarda çili istiotu, cüzi miqdarda sirkə və kiçik miqdarda ərinmiş yağda qızardılmış xırtıldayan soğan dad qatır. Bol karbohidratlı qida üçün bir qaşıq dolusu təzə düzülmüş və fatayer pendir layları ilə bişilirmiş çörək və nuş olsun!

10 ən yaxşı xörək

Zabeel küç., Al Karama

+971 4 370 7060


Şaksuka, 59 dirhəm, Omnia Gourmet

Əlbəttə, okeanın qarşısında yer və məmulatların sırasında təqdim olunan keks piştaxtaları və vegeterian desertləri kimi tanınmış aşpaz Silvena Rousun sonuncu layihəsində sevəcəyiniz məqamlar çoxdur, lakin Rousun yumurta "Şaksuka"- sı yeməyi onu sevənləri bir daha bura gətirir. Yemək müçün şirin pomidor və bibərlər, terrakota qabında çili istioutu və qaymaqlı feta pendiri ilə qarışdırılmış mükəmməl yumurta paşotu - sadəcə isti soba çörəyinin dilimləri ilə məşğul olacaqsınız.

10 ən yaxşı xörək

Jumeirah Fishing harbour, Jumeirah 1

+917 4 3437181


Kök tortu, 30 dirhəm, Lime Tree Café

Dubaydakı ən yaxşı kök tortu uğrunda mübarizə mübahisə doğura bilər, amma bizim üçün qalib bəllidir. Şəhərdə ən yaxşı (və yalnız) südlü qəhvənin yanında verilən mükəmməl təam - Lime Tree restoranının ev üsulu iri dilimli, ikiqatlı kök tortu paylaşa biləcəyiniz qədər böyükdür (əgər siz istəsəniz). Onun içərisi kök dilimləri və qoz ilə bol olduğu halda səthi bərk qaymaqlı pendir qlazuri ilə örtülüb.

the-lime-tree-carrot-cake

Çimərlik küç., Jumeirah 1

+971 4 349 8498


Hisə verilmiş istiotlu skrumbiya, 40 dirhəm, Fume

Axırıncı dəfə nənənizin mətbəxində rast gəldiyiniz şarnir qablarda saxsı qab dəsti - bu səthi hamar məhsul Britaniya ilə İspaniyanın qarışıq kəskin qəlyanaltılarının qaçılmaz ləzzətləri üçün əla vasitədir. Bərabər şəkildə hisə verilmiş, dəniz duzu və balıq - sözün yaxşı mənasında. Lava duzu səpilmiş və hissə verilmiş yağlı turş çörəyin bir tərəfinə səxavətlə batırın.

10 ən yaxşı xörək

Pier 7, Dubay Marina

+971 4 421 5669 
778
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing

Booking Widget Title

Hotel Title

Flight Title

Bunlar da xoşunuza gələ bilər
Tarixi Əl Fahidi Məhəlləsi Dubay Möcüzələri
Qədim ərəb küçələrini kəşf edin
Tarixi Əl Fahidi məhəlləsində köhnə Dubayın dadı
Burc Xəlifə Dubay Möcüzələri
Dubaydan canlı yayım
BURC XƏLİFƏDƏ ÖZÜNÜZ GÖRÜN
Dubay Muzeyi Dubay muzeyləri
Bilik Qalası
Dubay Muzeyində Dəfinə tap
Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim Sövdələr
Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim
24-48-72 saat müddətində Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim
Barasti Gecə uzun ikən rəqs edin
Bonanza Çimərliyi
Barasti-də Çimərlik Əyləncəsi