Dubai

Əmirlik sakinindən soruşun: Dubayda Ən Yaxşı Yay Məkanları

Ən Yaxşı Yay Məkanları http://www.visitdubai.com/az/articles/best-summer-spots 20160711T172144 20161108T190525:636142287257464641 Dubai Summer Surprises Dubayda indi yaydır. Bu, mall-larda konsertlər, əla nahar və heç bir növbənin olmaması deməkdir. Burada məşğul olmalı çoxlu fəaliyyətlər var və əla dəyər təklifi əldə edəcəksiniz. Biz, Dubayda ən yaxşı yay məkanları barədə yerlilərdən soruşduq. Restoran, kafe, park və ya çimərlik olmasından asılı olmayaraq gedəcəyiniz növbəti məkanı seçməyiniz və dostlarınız və ailənizlə birgə əla vaxt keçirmək üçün sizə əla bir bələdçi təklif edirik.

Əmirlik sakinləri Dubayda öz sevimli yay məkanları barədə danışırlar 

Dubay sakinlərinin öz vaxtlarını harada keyfiyyətlə keçirdikləri barədə oxuyun



Dubayda indi yaydır. Bu, mall-larda konsertlər, əla nahar və heç bir növbənin olmaması deməkdir. Burada məşğul olmalı çoxlu fəaliyyətlər var və siz əla dəyər təklifi əldə edəcəksiniz. Biz, Dubayda ən yaxşı yay məkanları barədə yerlilərdən soruşduq. Bax onlar bunu dedilər:



Ayeşa Abbasi (27)


“Mən qəhvəni sevirəm və Dubay Zooparkı yaxınlığında, Jumeirahda yeni maraqlı bir məkan kəşf eləmişəm. Onun adı Stomping Grounds-dır  ] və bütün qəhvə həvəskarları üçün əsl qəhvə məkanıdır. Onlar dünyanın hər yerindən, məsələn Panama, İndoneziya və Kosta Rikadan gətirilmiş müxtəlif növ qəhvələrə malikdirlər. Siz müxtəlif qızartma növləri arasından seçim edə bilərsiniz və qəhvənizin istər şirin, istər tünd, istərsə də orta dadda dəmlənməsini istəyə bilərsiniz.


"Onların muesli kimi sağlıqlı seçimləri də vardır. Porsiyalar böyükdür və işçilər çox dostyanadır. Amma yay vaxtı içəridə qalmaq çox yaxşıdır. Onların ləzzətli desertləri, eləcə də nahar və şam yeməyi təklifləri də var. O yer həqiqətən öz dostlarınla vaxt keçirmək üçün əla yerdir.”


Gastronomy-inarticle


Mohammed Theyab Alahbabi (28)


“Mənim sevimli yay məkanım Dubai Mall-dur. If you like shopping, you should take advantage of the special deals during the Dubai Summer Surprises. Əgər siz alış-verişi xoşlayırsınızsa, Dubay Yay Sürprizlər zamanı xüsusi sövdələrdən yararlanmalısınız. Həmişə belə sövdələrə baxmağa dəyər. Dubai Mall-a gedəndə səhər yeməyini Social House-da edirəm. Mən oranın bir neçə ildir daimi müştərisiyəm. Oranın işçiləri ən yaxşılardandır və mən Asiya və beynəlxalq yeməklərin qarışımını xoşlayıram. Yumurtanın qril olunmuş toyuq və pendir ilə bir yerdə verildiyi "Messy Sally" sendviçinin dadına baxın. O, əladır.

“Qəhvə üçün mən Espressamente Illy-ni tövsiyə edirəm. Bu yer əsl İtaliya qəhvə məkanıdır. Mən adətən barda bir oturacağa əyləşirəm və öz ikiqat espressomu orada içirəm. Və əgər nə isə tez və şirin bir şey istəyəndə Ben’s Cookies-əgedirəm. Orada şokoladdan tutmuş yerfındığı yağı, kişmişli yulaf kimi müxtəlif növ şirnilər olur. Dükan açılanda, səhərlər, şirnilər hələ sobadan təzə, isti-isti çıxarılan zaman ora getmək yaxşıdır.”



Saeed Al Mehairi (33)


“Günəş qürub edəndə və hava sərinləşəndə Çərpələng Çimərliyi günün yerdə qalan hissəsini keçirmək üçün əla yerdir. Siz üzə və çimərlikdə dincələ və ya hər hansı bir idmanla məşğul ola bilərsiniz, məsələn volleybol oynaya bilərsiniz. Siz həmçinin bulvar boyunca gəzişə və falafel, dönər kabab, alman sosisi, şeyk içkilər və dondurma satan çoxlu piştaxtalardan birində yemək yeyə bilərsiniz. Əgər sağlıqlı bir seçim etmək istəyirsinizsə, o zaman ‘Wanna Banana"-nın və onların dondurulmuş banan çərəzlərinin dadına baxa bilərsiniz.

“Çərpələng Çiməriliyində də mobil telefonlar üçün günəş batareyası ilə işləyən və pulsuz Wi-Fi çıxışı təmin edən doldurma məntəqəsi Smart Palm var. Bu çimərlikdə o qədər çox şey var və üstəlik əla atmosferi var. Mən müxtəlif formalarda olan rəngli  çərpələngləringöy üzünü tutmasını müşahidə etməyi xoşlayıram. O, müsbət mənada qeyri-real görünür. Bu çimərlik həmçinin Burj Xəlifə, Burj Al Arab və Atlantis oteli bir nöqtədən görə biləcəyiniz nadir yerlərdən biridir.”


Kite-Beach-inarticle


Khadija Mohamed Al Marzouqi (29)


“Bu, bir məkan olmasa da xüsusi günlərdə özünüzə xüsusi bir hədiyyə - helikopter turu hədiyyə etməyiniz üçün bir şansdır. Ucuz deyil və adam başına 1,250 dirhəmdir, amma mənim ad günüm yaxınlaşır və mən nə isə fərqli bir şey etmək istəyirdim. Və mən ona görə onlayn qeydiyyatdan keçdim və Dubayı görmək üçün bu imkanı əldə etdim. Mən səfəri Alpha Tours Dubai.] vasitəsilə rezerv etdim. Orada ancaq mən və dostum idik, amma helikopterdə altı adam üçün yer var idi. Bizim hamımız müxtəlif ölkələrdən idik və orada əla vaxt keçirdik.


“Bizim turumuz 25 dəqiqə çəkdi və biz Palm Jumeirah ətrafında dövr edərək Palm Island və Atlantis otelin möhtəşəm mənzərəsindən həzz aldıq. Biz həmçinin World Islands, Burj Xəlifə və Burj Al Arab-ın üzərində uçduq. Ən təəccüblüsü isə o idi ki, bizim pilotumuz qadın idi. O həm də çox yaxşı tur bələdçisi idi və görünən ərazi və maraqlı məkanlar barədə çox bilirdi. Bu heyrətamiz təcrübə idi və mən onu sakinlər və turistlərə çox tövsiyə edirəm.”



Salim Dahman Al Amoudi, (35)


Al-Mamzar Park hətta yay fəslində də mənim ən sevimli yerlərimdən biridir. Mən dostlarımla ora axşama yaxın vaxtda, hava sərinləşəndə gedirik və kabab çəkirik. Çimərliyin lap yaxınlığında yerləşən parkda qril, çətir və oturacaqlar olan kabab məkanları var, odur ki, sizə ancaq yemək, içki və kabab alətlərini gətirmək qalır. Əksər vaxtlarda biz gözəl dəniz mənzərəsindən və otlu piknik ərazilərindən həzz alırıq.

“Ailəmlə bir yerdə gedən zaman rahat olduğuna görə çimərlik kabinəsi icarəyə götürürük. Biz orada gətirdiklərimizi qoya bilirik. Kabinə manqal, hamam ilə təchiz olunub və uşaqların yatmaları üçün də yerlər var. Əgər kabab istəmiriksə yemək satılan yerə gedirik və çoxlu kiosklardan birindən nə isə alırıq. Çimərliyə və oyun sahələrinə çıxışı olduğu üçün park uşaqlar üçün əla yerdir. Orada həmçinin xizək parkı, basketbol və futbol meydançaları var və hər yerdə su sərinlədiciləri var.”


Mamzar-inarticle
756
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing
Bunlar da xoşunuza gələ bilər
Mənzərəli Nahar Dubay muzeyləri
Mənzərəli Nahar
Bayt Al Wakeel göyərtəsindən Dubay Creek mənzərəsi
Dubay Muzeyi Dubay muzeyləri
Bilik Qalası
Dubay Muzeyində Dəfinə tap
Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim Sövdələr
Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim
24-48-72 saat müddətində Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim
Delfin Körfəzi Atraksion və akvaparklar
Diqqət çəkin
Delfin körfəzində məcara tapın
Parça Bazarı Dubay Möcüzələri
Rənglərin işıltısı
Parça Bazarı boyu sarmaşın