Dubai

Dubay Qayıq və Bərə turları

Ən yaxşı Dubay Qayıq turları http://www.visitdubai.com/az/articles/boat-trips 20160905T162257:636086893778868508 20161108T185940:636142283804310921 Dubayda macəralı fəaliyyətləri kəşf edin

Heyrətamiz mənzərəyə və parıldayan limana malik Dubay qayıqla araşdırmaq üçün mükəmməl şəhərdir. Dəbdəbəli bir günlük kruizlərdən qısa bərə turlarına, hətta dənizin dərin sularında balıqçılıq təcrübəsinə qədər müxtəlif su fəaliyyətləri ilə siz qayığınızı yönəldəcəyiniz məşğuliyyət mütləq tapacaqsınız. Ən yaxşı seçimləri təklif edən bələdçimizi nəzərdən keçirin.

Dənizin dərin sularında balıqçılıqdan tutmuş mənzərəli bərə səfərlərinə qədər qayıq macəraları.

Ən yaxşı Dubay Qayıq turları


Ərəbistan Yarımadasında yerləşən, Ərəbistan Körfəzinin sahillərini döyəclədiyi Dubay, su sevənlər üçün mükəmməl yerdir. Şəhər hüdudlarında qalan sakit turlardan Dubayın ətrafındakı geniş əraziləri araşdıran bütün günü davam edən turlara qədər hamı üçün nə isə məşğuliyyət tapılacaq. Bunlar Dubayın qayıq gəzintiləri arasında ən yaxşılarıdır.



Dubay Bərəsi


Dubayın dünya səviyyəli nəqliyyat şəbəkəsinə bu yaxınlarda əlavə edilmiş Dubay Bərə xidmətləri şəhərin ətrafında yerləşən üç stansiyadan ibarətdir. Bərələr Al Ghubaida, Al Mamzar və Dubay Dəniz vağzalından yola düşür.

Turistlər üçün ən ideal marşrut Al Ghubaiba və Dubay Dəniz vağzalı arasındakı marşrutdur ki, bu yol sərnişinləri Burj Al Arab, Palm Jumeirah və Madinat Jumeirah kimi görməli yerlərin yanından aparır. Axşam saat 5-də yola düşən qürub səyahəti xüsusilə mənzərəlidir. Daha rahat oturacaqlar təklif edən və qızıl kabinəyə giriş verən Qızıl sinifli biletlər 75 dirhəmə alına bilər, standart Gümüş sinif isə 50 dirhəmdir.


dubai-boat-tours-trips-guide-day-harbour-Dubai-Ferry


Dubayda dhow qayığı kruizi


Dubayda keçmişdə olduğu kimi dhow qayığında səyahətə çıxmaq istəyirsinizmi? Qonaqlar qədimlərdə olduğu kimi qayıq səyahətinə çıxa bilərlər - lakin bugünkü qayıqlar sayrışan işıqların altında qonaqlıq təklif edir.

Həm Dubay Dəniz vağzalı, həm də Dubay Körfəzi ətrafında dhow qayıq kruizləri təklif edən şirkət çoxdur. Dubayın dhow cruizi hər iki məntəqədən ekskursiyalar təşkil edir və buraya Tanura rəqs şousu (bu rəqsin sonunda rəqqaslar öz əla tarazlıq və koordinasiyalarını göstərmək üçün bir neçə dəqiqə dyanmadan fırlanırlar), sərinləşdirici içkilər və manqalda hazırlanmış şved stolu yeməkləri daxildir.


dubai-boat-tours-trips-guide-day-sunset-dhow-cruise


Dubayda dərin sularda balıqçılıq turları


Dubayın ətrafındakı sular vəhşi aləmlə doludur və bu da, dünyanın hər yerindən balıqçıları buraya cəlb edir. Dubayın dərin sularda balıqçılıq turu ciddi həvəskarlar üçün nəzərdə tutulmuşdur və burada tutulan balıqlar arasında mentisirrus, kobia, xanı balığı, snepper və barrakuda var.

Umm Suqeim ərazisində yerləşən şirkət mütləq balıq tutacağınıza zəmanət verir. Bunun üçün Dubay sahillərindən ən azı 45 km şimala səfər təşkil edilir və balıq tutmağa maksimum vaxt sərf etmək üçün onların səfərləri səhər tezdən başlayaraq axşam qaranlığına qədər davam edir.


balıqçılıq
315
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing

Booking Widget Title

Hotel Title

Flight Title

Bunlar da xoşunuza gələ bilər
Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim Sövdələr
Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim
24-48-72 saat müddətində Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim
XVA ART HOTEL’S CAFÉ-YƏ BAŞ ÇƏKİN Kafe həyatının ləzzəti
Yeyilə bilən incəsənət əsərləri
XVA ART HOTEL’S CAFÉ-YƏ BAŞ ÇƏKİN
Dubay Alış-Veriş Festivalı 2017 Tədbirlər
Dubay Alış-Veriş Festivalı 2017
Tezliklə açılacaq
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Avtobusla "Dubay Mənzərələri" Şəhər Turunda və "Ərəb Macəraları" Səhra Safarisinə birgə kuponlar ilə 225 dirhəmə qədər qənaət edin
Dubayda Bir Günlük Safariyə 15% endirim Sövdələr
Dubayda Bir Günlük Safariyə 15% endirim
DDCR-in tam mərkəzində tam-inklüziv möhtəşəm düşərgəyə 15% endirim