Dubai

Tanımalı olduğunuz butiklər

Dubayın müstəqil butikləri http://www.visitdubai.com/az/articles/boutiques-you-need-to-know 20151027T034250 20161108T190336:636142286162768087 Dubayda alış-veriş

Dubay dünyanın ən yaxşı univermaqlarını və beynəlxalq mağazalar şəbəkələrini əhatə edir, lakin unutmayın ki, burada dünya mağazaları ilə yanaşı yerli istedadlı dizaynerlərin müstəqil butikləri də vardır.

S*uce, Symphony, Etoile, Socialista və ValleyDez kimi multi-brendlərdə baş çəkin. Vintaj həvəskarları Bambah və Garderobe mağazalarında öncələr sevilən dizaynerlərin məhsullarına rast gələ bilərlər. Fərqli, analoqu olmayan həyat tərzi stilində əşyalara Zoo, Comptoir 102 və O-Concept mağazalarına rast gələ bilərsiniz. DAS və Hanayen kimi ənənəvi ərəb geyimləri butiklərimizə baş çəkməyi də unutmayın.

Yerli istedadların vitrini olan müstəqil butiklərdən alış-veriş edin.

Alexander McQueen-dən tutmuş Chanelə kimi səs-küylü şəhərimiz dünyanın ən öndə gedən moda brendlərini, habelə Saks Fifth Avenue, Bloomingdales və Harvey Nichols kimi univermaqları əhatə edir. Həmçinin Dubay müstəqil butiklərin vətənidir- və bizim ruhlandırıcı, dəbi izləyən yerli xanımlarımızın bu mağazaların əksəriyyətini təsis etdikləri üçün sevinirik. Bu mağazalar topdan satış təcrübəsini yeniləmək üçün güclü dünya brendləri ilə yanaşı yerli istedadların işlərini də vitrində nümayiş etdirir.

Şəhərimizin əsas müstəqil mağazalarını təcrübədən keçirmək üçün Jumeiraha tələsin. JBR-də "Walk"-dakı Boutique 1 bazarda yerli və beynəlxalq istedadların ən sonuncu kolleksiyalarını təklif edən iki mərtəbəli multi-brend məkandır. Burada Missoni, Carolina Herrera və Mary Katrantzou-dan Basil Soda, Maha Lozi, və By Sophie kimi yaxın şərqin dizaynerlərinin geyimlərinin çeşidlərinə rast gələ bilərsiniz.

Üç yaxın şərqdən olan qadın tərəfindən yaradılan S*uce mağazası da mütləq baş çəkməli olduğunuz yerlərdən biridir. Şirkətin altı Dubay mağazası vardır. Du jour Markus Lupfer dizaynerinin əyləncəli, sərbəst köynəklərindən S*uce şirkətinin hazır "Zayan The Label" kolleksiyasının tanınmış quş və dodaq motifləri kimi geniş seçim təkliflərinə baxın. Jumeirahda yerləşən növbəti multi-brend mağazasına Sunset Ticarət Mərkəzindəki Socialista mağazası daxildir. Ərəb-Amerika dəb bacıları Lama və Dalia Sadiq ağ divarlar, şüşə və dəmirdən ibarət minimum dekora malik Socialista mağazasına qadınlara məxsus parçalar gətirilər. Burada markalar ABŞ Açılış Mərasimi brendlərindən Dubaya əsaslanan Kage markasına kimi dəyişir.

Ekskluziv Dubay alış-veriş təcrübəsi üçün Jumeirah ərazisində yerləşən villalarda olan butiklərə baş çəkin. Dubay tərzini bilən Sarah Belhasa tərəfindən yaradılan multi-brend mağazası Studio 8-də Svarovski daşları ilə bəzədilmiş, cah-cəlallı geyimləri ilə tanınan Khulood Bin Arab kimi Əmirlik dizaynerləri ilə yanaşı hind və Pakistan markalarına da rast gələcəksiniz. Tarun Tahiliani, Gaurav Gupta, və Kavita Bhartia kimi müvafiq hind markaları ilə incə gecə geyimləri nümayiş etdirən Kimayada da ruh yüksəkliyinə rast gələcəksiniz.

Vintaj həvəskarları Jumeirah Çimərlik küçəsi boyunca yerləşən villalarda zəngin seçmə parçalara rast gələcəklər. Etnik, öncələr sevilən dizaynerlərin parçaları üçün keçmiş dəb alıcısı Micha Maatouk tərəfindən yaradılan Garderobe-a üz tutsunlar. Chanel, Balenciaga və Bottega Veneta daxil olmaqla geniş brend seçiminiz var. Başqa bir tanımış vintaj məkanı Bambah yaxınlığındadır - mükəmməl Lanvin LBD-dən nadir Dior zərifliklərinə kimi hədəfinizə çata bilərsiniz.

Nəzərinizdə unikal həyat tərzi əşyalarından birini tutmusunuzsa Jumeirah Çimərlik küçəsində yerləşən villalarda super gözəl konseptə malik mağazalara rast gələcəksiniz. Zərif hədiyyələr, geyim və aksesuarlar təklif edən xəyallar dünyasına - Zoo mağazasına gedin. Və ya O-Concept 102 kafesində və fransız butikdə həm nahar edin, həm də alış veriş edin. Siz interyer, dəb aksesuarları və hədiyyələrin şıq üçlü qarışığını- bundan əlavə faydalı kulinariya menyusunu da sevəcəksiniz (yaşıl meyvə suyunun dadına baxın).

Həmin ərazidə oxşar dəb tərzinə malik butikə yaxın şərq və beynəlxalq brendləri vitrinə qoyan O-Concept mağazası daxildir və mağazanın qəhvə və yüngül qəlyanaltılar təklif edən kafesi var. Dizayn həvəskarı Arva Hafizin əməyə sevgisindən doğan eklektik mebel və ev aksesuarları mağazası Odd Piece vardır.

Jumeirah dan aralıda Dubay Ticarət Mərkəzində multi-brend univermağı Symphony-ə rast gələ bilərsiniz. Symphony "evdən ev" lüksünü yaratmaq istəyən Əmirlikdən olan tərz yaradıcısı Salama Alabbarın təxəyyülünün məhsuludur. Marchesa, Issa, Vera Vanq, və Temperley London markaları yeni çıxmış Abeer Al Suwaidi, Razan Alazzouni və Reem Juan kimi yaxın şərq markaları ilə bir satılır. Burc Əl Xəlifə və rəqs edən fəvvarələri seyr etmək üçün mağazaların terrasına çıxın.

Moda göstəricisi Ingie Chalhoub tərəfindən yaradılan Etoile-ın Dubayda üç mağazası var - hamısı da zəngin, parıltılı mağazalardır. AlaÏa, Christian Dior, və Prabal Gurung kimi böyük markalardan zövq alın və ya Rani Zakem və Toujouri kimi regional istedadları kəşf edin.

Bununla belə, Dubayın biznes xanımı tərəfindən yaradılmış Rivaage mağazası işıqlı, geniş sahədə çoxlu stil dəb parçaları ilə doludur.

Digər bir multi-brend məkanına Ginger və Lace aiddir - WAFIİbn Battuta Ticarət Mərkəzində iki əyləncəli mağazalardan biri. Cristiano Burani, Butter by Nadia, və MLH daxil olmaqla dünyanın hər yerində meydana gələn brendlərin məhsullarını bazara gətirir.

Şeyx Zayed küçəsində geyim zinət əşyaları sevənlər üçün Sophie’s Closet mağazası mütləq gediləcək məkanlardan biridir. Siz nadir vintaj Chanel majetindən Elizabeth Cole sırğalarına kimi, habelə çanta, kəmər və digər aksesuarları buradan ala bilərsiniz.

Ənənəvi ərəb geyimləri satan butiklərimizi də unutmayın. Əmirliyin şıq bacıları Reem və Hind Beljafla tərəfindən yaradılan və böyüyən DAS moda evi ənənəvi abaya geyiminə müasir çalarların əlavə edilməsi ideyasından yaranıb. Onlar dəbdə olan müxtəlif bəzəkli, rəng çalarlı, uzunluqda və geniş çeşiddə olan parçalara gözəl kəsimlər etməklə buna nail olublar.

Öz tərzi olan şəhərimizdə çoxlu alış-verişdən əziyyət çəkməyəcəyiniz dəqiqdir.

693
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing

Booking Widget Title

Hotel Title

Flight Title

Bunlar da xoşunuza gələ bilər
Offroad Zone Dubayda Səhra Macəralarını kəşf edin
Qum təpələrini fəth edin
Offroad Zone ilə səhra məcaraları
Souk Madinat (Madinat Bazarı) Dubay bazarları
Ərəb üsulu ilə alış-veriş
Souk Madinat- (Madinat Bazarını) sınaqdan keçirin
Çərpələng Çimərliyi Dubay Möcüzələri
Dalğaları əhilləşdirin
Çərpələng Çimərliyində serfinqlə məşğul olun
LİME Spa Dubayda ixtisaslaşmış spalar
Sakitliyə səfər
LIME Spa-ya qurtulma
CƏ Atıcılıq Klubu Sport In Dubai
Hazır ol, Tuşla, Atəş
CƏ Atıcılıq Klubuna yönəl