Dubai

Adrenalin həvəskarları üçün 3 əsas məşğuliyyət

Adrenalin həvəskarları üçün 3 əsas məşğuliyyət http://www.visitdubai.com/az/articles/dubai-activities-thrill-seekers-adrenaline-adventure 20150925T105508:635787753088739938 20161108T185854:636142283341806874 Dubayda macəralı fəaliyyətləri kəşf edin

Paraşütdən tullanma, səhra safarisi və başqaları!


Hamıya məlumdur ki Dubay - öz zəngin spaları, dəbdəbəli otelləri və yüksək səviyyəli restoranları ilə - rahatlıq axtarışında olanlar üçün cənnətdir, lakin bu şəhər həmçinin adrenalin həvəskarları üçün əhəmiyyəli təklifləri ilə də məşhurdur. Paraşütlə tullanmadan tutmuş səhra safarisinə qədər bu səhra şəhərində həyəcan çatışmazlığı hiss olunmur.



Mənzərəli paraşütlə tullanma


Xarakterinə görə paraşütlə tullanma çox möhtəşəm əyləncədir. 13 000 fut hündürlükdəki təyyarədən tullanmaq necə həyəcanlı olmaya bilər? Bununla belə, paraşütlə tullanmanı sadəcə şənləndirən deyil unudulmaz edən amil təbii ki mənzərədir. Belə ki, Skydive Dubayın tullanma zonası dünyanın ən ağla sığmayan mənzərələrindən birini - Palm Jumeirah-ı təklif edir.

Təcrübəsiz və ya hətta ilk dəfə tullanan paraşütçülər dəstə ilə tullana bilərlər, bu zaman onlar, yanlarında peşəkarın olduğuna görə özlərini rahat hiss edə bilərlər. Sadəcə möhkəm dayanın və bu unudulmaz mənzərədən zövq alın.


Həyəcan sevərlər irəli

Skydive Dubay

+971 4377 8888



Akvapark əyləncəsi


Səhrada yüksək sürətlə sürmək və ya təyyarədən tullanmaq kimi həyəcanlandırıcı olmasa da, Palmın Atlantis Aquaventure Akvaparkında hətta yüksək həyəcan sevərləri də öz pullarından keçməyə vadar edəcək bir sıra atraksionlar vardır.

Sürüşmələr arasında insanları daşıyan, yavaş axan çay ilə əhatə olunmuş iki əsas qüllə sahəsində (Poseidon və Neptun) yerləşən Aquaventure, dünyanın ən həyəcanlandırıcı sürüşkənləri olan akvaparkı ilə məşhurdur. Poseidon qülləsinə edilən son dəyişikliklər həyəcanı daha da artırmışdır: həyəcanlı Poseidon Revenge çox güman ki ən qorxulusudur, belə ki, lyuk açılmazdan əvvəl şəffaf şaquli boru vardır və bu boru daha sonra sizi şaquli istiqamətdə aşağıya doğru göndərir. Parkın əsas sürüşkənlərindən biri olan inanc sıçrayışı (Leap of Faith), yalnız ən cəsarətlilərin öhdəsindən gələ biləcəkləri sərt mailliyi olan enişdir.


Həyəcan sevərlər irəli

Aquaventure, Atlantis The Palm

+971 4426 0000



Səhra safarisi


Dubayın çətin keçilən səhra ərazisi, burada səhra safarisi - güclü mühərriki olan 4WD avtomobillərində yumşaq qum təpələri boyu yuxarı-aşağı gəzinti də daxil olmaqla çoxlu həyəcanın olduğunu göstərir. Tez-tez təpələrdən yana sürüşən avtomobillərdə siz, həyəcanın sonunu səbrsizliklə gözləyəcəksiniz. 

Təpələrdə sürməkdə təcrübəsi olmayan sürücülər üçün ən yaxşı yol əvvəlcədən səhra safarisi üçün bilet sifariş etməkdir. Barbekü və ənənəvi rəqqaslar və müsiqiçilərin təqdim etdiyi axşam əyləncəsi ilə bol olan səhra düşərgəsinə qədər yolu səhra safarisindən ibarət olan bu cür gəzintini bir sıra operatorlar sizin üçün təklif edir.


Həyəcan sevərlər irəli


Ərəb Gecələri Turları

+971 4321 6565

355
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing

Qrafik sifariş elementləri

Otelləri və uçuşları axtarın

Uçuşları axtar

Bunlar da xoşunuza gələ bilər
WAFI mall ticarət mərkəzi Alış-veriş həvəskarları birləşin
Alış-verişinizi təmtəraqlı şəkildə edin.
WAFI Mall ticarət mərkəzində həzz alın
Bateaux Dubay Yeni qida tendensiyası
Dənizdə Nahar edin
Bateaux Dubayda Nahar Kruizi
Reel Cinemas (Reel Kinoteatrları), Dubay Mall Dubayda musiqi və kino
Böyük ekranı işə salın
Reel Cinemas ilə bunların hamısını görün
Emirates Kart Zone Sürət ehtiyacı
Ürəyinizin sürətlə döyünməsinə nail olun
"Emirates Kart Zone" kartinqi ətrafında sürətlə dolanın
Şeyx Məhəmməd adına Mədəni Anlaşma Mərkəzi BƏƏ mətbəxi
Beynini və bədənini qidalandır
Şeyx Məhəmməd adına Mədəni Anlaşma Mərkəzi