Dubai

Dubayın Qədim Ticarət Tarixi Aşkar Edildi

Dubayın Qədim Ticarət Tarixi Aşkar Edildi http://www.visitdubai.com/az/articles/dubai-ancient-history-of-great-trade-economy 20161024T154649:636129208098555741 20161108T190220:636142285404792918 İrs və Mədəniyyət Dubaydakı əsas arxeoloji kəşf, minlərlə il tarixi olan zəngin mədəniyyətin və inkişaf etmiş sivilizasiyanın mövcudluğunu aşkar edəndən sonra şəhərin tarixini yenidən yazmağa kömək edir. "Boş Məhəllə"nin kənarında, Dubayın təqribən 70 km cənubunda yerləşən Saruq Al Hadiddəki Dəmir Dövrünə aid ərazi 2002-ci ildə kəşf edilib. Dünyanın böyük ticarət marşrutunda Dubayın payı ilə bağlı tarix aşkar edildi.

Dubay 21-ci əsrdə qlobal iqtisadiyyat üçün bir mərkəzdir. Yeni arxeoloji sübut bunu göstərir


Dubaydakı əsas arxeoloji kəşf minlərlə il tarixi olan zəngin mədəniyyətin və inkişaf etmiş sivilizasiyanın mövcudluğunu aşkar edəndən sonra şəhərin tarixini yenidən yazmağa kömək edir.




Xülasə


1. Dubayda Dəmir Dövrü artefaktlarının aşkarlanması şəhərin tarixini yenidən yazır

2. Tapılan tarixi qalıqlar Dubayın Mesopotamiya, İran və Hind Sivilizasiyası kimi böyük qədim sivilizasiyaların bəziləri ilə ticarət əlaqələrinin olduğunu göstərir.

3. Ticarətin kəşfi sivilizasiyada dönüş nöqtəsi olmuşdur.

"Boş Məhəllə"nin kənarında, Dubayın təqribən 70 km cənubunda yerləşən Saruq Al Hadiddəki Dəmir Dövrünə aid ərazi 2002-ci ildə kəşf edilib.

in-article-sarouq-al-hadeed-exterior

Nəhayət, on ildən artıq bir dövrü əhatə edən diqqətli siyahıyaalma prosesinin ardından ortaya çıxan abidələrin çoxu Dubaydakı yeni Saruq Al Hadid Arxeologiya Muzeyində saxlanılır.

Ərazidəki qazıntılar, Dubayın Mesopotamiya, İran və Hind Sivilizasiyası kimi böyük qədim sivilizasiyaların bəziləri ilə ticarət əlaqələrinin olduğunu göstərən artefaktları aşkara çıxarmışdır.

in-article-sarouq-al-hadeed-pottery-artefacts2

Tapılan abidələrə kifayət qədər inkişaf etmiş elmi sənaye və dini etiqad səviyyəsini göstərən ustalıqla işlənib hazırlanmış qızıl zərgərlik məmulatları və metal obyektlər daxildir.

Əsas kəşflərdən biri Yarımadanın köçəri xalqları arasında mövcud olan ilana etiqadı əks etdirir. İlanlar məhsuldarlıq və su rəmzi, bəlkə həyatın özü, hətta güc mənbəyi hesab olunurmuş. Bu ərazinin tarixi Dubayın səhra landşaftı hələ vəhşi heyvanların yaşadığı və suya daha əlçatan olduğu kolluq ərazilər və ya savannaların olduğu 4000 ildən də qədim bir dövrə gedib çıxır.

Saruq Al Hadid mis əritmə mərkəzi və səyyahlar üçün mövsümi məskunlaşma sahəsi, eləcə də tranzit ərazisi olmuşdur.

Bir çox tarixi dövrləri əhatə edən bu qədim ərazi min illərlə metal əritmə prosesləri nəticəsində atılan tullantı metal qalıqları, qaysaq bağlamış fraqmentlər nəticəsində çürümə və küləkdən qorunmuşdur.

Metal tullantılarının altında mis və bürünc əşyalar, habelə dəmir və hətta bəzi polad alətlər, taxtadan düzəldilmiş əşyalar, keramika, muncuq, balıqqulağı və sümüklər kimi tarixi əşyalar aşkar edilir.

in-article-sarouq-al-hadeed-metalworking-exhibition

Bu tapıntıların forması fərqli-fərqlidir. Ümumilikdə qızıl zərgərlik və satış stendlərinin də daxil olduğu əşyaların yalnız kiçik bir hissəsini təşkil edən balta başlıqları, ox ucluqları, bıçaqlar, qılınclar, balıq qarmaqları, bilərziklər, qab və xəncərlər aşkar edilmişdir.

Arxeoloqlar üçün bu əşyalar Ərəbistanda e.ə.1200-500-cü illərə təsadüf edən sivilizasiya - Dəmir Dövrü cəmiyyəti ilə bağlı fikrin formalaşmasına yardım edir.

Bu dövr insan cəmiyyətində inqilabi hadisələrin yaşanmasına, yəni daha yaxşı kəsici alətlər və silahlar düzəlmək üçün yeni metallurgiya üsullarının yaranmasına səbəb oldu. Lakin Dəmir Dövrü mədəniyyətləri bütün dünyada kənd təsərrüfatında yeni təcrübələr, müxtəlif dini inanclar və yeni bədii üslublar ilə xarakterizə olundu.

Bu, Qədim Yunanıstanın çiçəkləndiyi, İranda Zərdüşt dininin təşəkkül tapmağa başladığı və Hindistanda Vedanta və Upanişad kimi dinlə bağlı böyük əsərlərin yarandığı dövr idi. Bu, həmçinin bir çox mədəniyyətlərdə Tunc Dövrü Mixi və Heroqlif yazılarının Finikiya əlifbası ilə əvəz edildiyi dövrdən sonra qeydə alınmış tarixinin başlanğıcı idi.

Arxeoloqlar e.ə. 1000-ci ildən sonra ərəb dünyasında sivilizasiyada dönüş nöqtəsinin yaşandığına inanırlar. Əhali artmağa başladı; dəvələrin əhilləşdirilməsi və yeni suvarma suyu kanalları və ya fələclərin istifadəsi kənd təsərrüfatı istehsalını yaxşılaşdırmağa başladı. Saruq Al Hadid ərazisindəki arxeoloji tapıntılar regionda Dəmir Dövrü haqqında bir neçə ip ucu verir.

Onlardan biri su, yanacaq və filizin əritmə ərazisinə necə gətirilməsidir. Metal tullantıların atıldığı ərazi 1.5 hektar sahəni əhatə edir, lakin ən yaxın ləvazimatlardan təxminən 50 - 100 kilometr məsafədə yerləşir.

Çadır və komaların istifadə edilməsi əlamətlərindən başqa insanların yaşayışı və ya saxlama yerlərini əks etdirən hələ də ayaqda qalan tikililərlə bağlı heç bir əlamət yoxdur.

Bununla belə ərazidə kəşf olunan qədim quyular su təchiz etmək üçün istifadə oluna bilərdi və Dubay Arxeologiya İdarəsinin sabiq direktoru Doktor Hüseyin Qandil kimi arxeoloqların belə bir şübhəsi var ki, səhranın ən dözümlü ağacı olan həmişəyaşıl Qaf ağacı yanacaq mənbəyi ola bilərdi.

Digər əsas mübahisə isə Ərəbistan yarımadasında mövcud ola bilən ilan inancının xarakterinə aiddir. Bu inancı dəstəkləyən "ilahiyyat" və ya dini etiqadlar heç vaxt öyrənilməyə də bilər. Məlum olan isə odur ki, yarımadadakı bir neçə ərazidə ortaq ilan motivləri öz əksini tapır.

in-article-sarouq-al-hadeed-distant-lands-exhibition

Saruq Al Hadidda tapılan bürüncdən düzəldilmiş ilan təsvirli arxeoloji tapıntılar və ilan təsvirləri olan saxsılar, Qusais və Masah kimi ərazilərdəki tapıntılar Dubayda Dəmir Dövrünə aid digər əraziləri barədə məlumatlara əlavə töhfə verir.

"Saruq Al Hadiddə aşkar olunan artefakta oxşayan heykəl şəklindəki bədii ilan illüstrasiyasına Misir, Mesopotamiya, Elam və cənubi Ləvəntdə də rast gəlinmişdi", - deyə Doktor Qandil bildirib.

İlanlar quraq bir mühitdə həyatın məğzini - məhsuldarlıq və su, torpaq və yeraltı sular və hətta müdafiə rəmzi hesab edilir. Onların ritual əhəmiyyəti daha geniş mədəni qüvvələri ortaya çıxarır.

Dubay Bələdiyyəsində Arxeoloji İrs Departamentinin direktoru Raşad Bukhaş belə iddia edir ki, "Bəlkə də onlar ilana ibadət etmişlər və ya ilanı özlərini qoruyacaq şey kimi qəbul etmişlər".

Dubay və BƏƏ-də olan Dəmir Dövrünə aid müxtəlif ərazilərin bir-biri ilə bağlılığı barədə suallar da Mesopotamiya (müasir İraq), İran və ya Hindistan kimi daha böyük sivilizasiyalar ilə torpaq və ya dəniz vasitəsilə ticarət əlaqələrinin həcmi ilə bağlı suallar kimi cavablandırılmamış qalır.

Məsələn, ərazidə Şərqi Aralıq dənizi sahillərindən ola biləcəyi ehtimal edilən taxta əşyalar aşkar edilmişdir. Lakin ən mühüm olan isə odur ki, Qədim Misir də daxil olmaqla, müxtəlif xalqlara aid 45-dən artıq damğa mövcuddur.

Nəhayət, bir çox qiymətli əşyanın niyə burada qumluq bir ərazidə olması əsas sual olaraq qalır. Görəsən bu yaşayış məskənində buna hər hansı ekoloji və ya başqa bir bədbəxt hadisə səbəb olub? Nə üçün ərazidə metaləritmə işi ilk iş olaraq başlanmışdır?

Saruq Al Hadid, ərazidə vertolyot uçuşu zamanı BƏƏ-nin Baş naziri və vitse-prezidenti, Dubayın Hakimi Əlahəzrət Şeyx Məhəmməd bin Raşid Al Maktum tərəfindən kəşf edilmişdir.

Ərazi ilə bağlı əsas arxeoloji tapıntı boyunbağının bir hissəsi ola biləcək qızıl tozundan düzəldilən kiçik bir “üzükdür”. İndi o, (2020-ci ilin oktyabrından 2021-ci ilin aprelinə qədər 180-dən artıq xalqın ən yaxşı düşüncə, texnologiya və bədii təşəbbüslərini bir araya gətirən) Dubay Expo 2020-nin rəsmi loqosudur və Saruq Al Hadidin əsl məğzini əks etdirən rəmzdir.

Cənab Bukhaşın bildirdiyinə görə müxtəlif qızıl üzüklər Dubaydakı Dəmir Dövr mədəniyyəti barədə çox vacib məlumatları çatdırır.

"Bunlar bilikli insanlar idilər, elmin nə olduğunu bilirdilər - qızıldan necə istifadə etməyi [bilirdilər], qızılı necə əritməyi bilirdilər", - deyə o bildirib.

"Bu, sadə bir mədəniyyətdən inkişaf etmiş mədəniyyətə keçid etmiş bir civilizasiya idi."

971
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing
Bunlar da xoşunuza gələ bilər
Dubay Alış-Veriş Festivalı 2017 Tədbirlər
Dubay Alış-Veriş Festivalı 2017
Tezliklə açılacaq
Dubayda Bir Günlük Safariyə 15% endirim Sövdələr
Dubayda Bir Günlük Safariyə 15% endirim
DDCR-in tam mərkəzində tam-inklüziv möhtəşəm düşərgəyə 15% endirim
XVA ART HOTEL’S CAFÉ-YƏ BAŞ ÇƏKİN Kafe həyatının ləzzəti
Yeyilə bilən incəsənət əsərləri
XVA ART HOTEL’S CAFÉ-YƏ BAŞ ÇƏKİN
Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim Sövdələr
Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim
24-48-72 saat müddətində Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Şəhərin görməli yerlərinə Avtobus Turu və Helikopter Gəzintisində 185 dirhəmə qədər qənaət edin