Dubai

Dubayın ən yaxşı çimərlik klubları

Ən yaxşı çimərlik klubları http://www.visitdubai.com/az/articles/dubai-best-beach-clubs 20150925T105230:635787751501622206 20161207T093339:636167000199076460 Çimərliyin ətrafında lounge-lar

Gündüzlər günəş, dəniz və dəbdəbəli nahar, gecə isə canlı musiqi və enerji dolu şənlik ab-havası – bütün bunları Dubayın çimərlik klublarında tapmaq olar. Şəhərin ən yaxşı klubları arasında bizim seçimlərimiz bunlardır.

Dəbdəbə içərisində vaxt keçirmək üçün Dubayın ən yaxşı sahilyanı məkanı.

Gününü dəbdəbəli çimərlik klublarından birində əylənməklə keçir


Gündüzlər günəş, dəniz, qum və dəbdəbəli nahar yeməyi, gecələr canlı musiqi və enerji dolu dinamik mühit—Məhşur ulduzların və bu kimi səyahətçilərin əyləncə yeri olan Dubayın çimərlik klubları beynəlxalq reputasiyaya malikdir. Bu klublar şəhərin ən gözəl və görməli yerlərindən biridir.


Eden Beach Club Eden Çimərlik klubu

Vaxtınızı xüsusi cakuzi ilə təchiz olunmuş çimərlik koteclərində keçirin və yaxud gündəlik yoga proqramları və ya avarlı sörflə tarazlığınızı sınayın. Və gecə vaxtı dünya səviyyəli DJlərin gur səs sistemlərini ustalıqla tənzimləmələri qonaqların yanında görməli bir yer kimi Edenin nüfuzunu artırır.

Rixos The Palm, East Crescent, Palm Jumeirah otelləri
+971 55 277 1477


Jetty Lounge One&Only Royal Mirage Jetty Lounge restoranı

Eksklüziv One&Only Royal Mirage otelinin sıx bitkilərlə əhatə olunmuş bağlarından keçməklə daxil olduğunuz Jetty Lounge restoranı eyni dərəcədə həm gözəl, həm də sakit yerdir. Fars körfəzinin göz oxşayan ucsuz-bucaqsız ənginlikləri, Palm Jumeirah və Dubay üfüqünün möhtəşəm mənzərəsi dostlarla birlikdə günəşin qürubunu seyr etmək üçün buranı ideal məkana çevirir.

Dubai Marinada One&Only Royal Mirage oteli
+971 4 399 9999


Sofitel Dubai The Palm Resort & Spa oteli

Özünüz üçün Sofitel, The Palmda ayrıca kabinet və ya çimərlik çarpayısı sifariş edin. Siz 500 metrlik özəl çimərliyə giriş əldə edəcəksiniz və uşaqlarınız su təpəciyi olan geniş üzgüçülük hovuzlarından zövq alacaqlar. Günün istirahətini daha da artırmaq üçün içəridəki restoranların birindən nahar paketi sifariş edin.

Sofitel The Palm Resort and Spa, East Crescent, Palm Jumeirah oteli
+971 4 455 6677


Cove Beach Cove Beach (Buxta çimərliyi)

Fərqli dalğa formasına malik Jumeirah Beach otelinin ərazisində yerləşən Cove Beach əfsanəvi Aralıq dənizi mətbəxi və sakit ab-hava təklif edən yüksək səviyyəli çimərlik klubudur. Lakin, heç şübhəsiz, onun ən cəlbedici cəhəti yerləşdiyi məkandır: məşhur Burc-əl-Ərəb qülləsinin yanı.

Jumeirah Beach Oteli
800 2683


Zero Gravity Zero Gravity çimərliyi

Çimərlik, bağ, istirahət otağı və restoran - Zero Gravity-də hər kəs özünə uyğun məşğuliyyət tapacaq. Bu məkan Skydive Dubai paraşüt klubunun yaxınlığında yerləşir. Beləliklə, qonaqlar Dubay Marina və Palma adalarını seyr etməklə yanaşı, zaman-zaman yaxınlıqda paraşütlə atlananların yaratdığı maraqlı mənzərələri görə bilərlər.

Skydive Dubai paraşüt klubu, Al Sufouh şossesi, Dubai Marina
+971 4 399 0009


La Baie Lounge La Baie Lounge restoranı

JBR’s daim hay-küylü və dolub-daşan çimərliyindən xilas olmaq və sakit mühitdə nahar etmək üçün The Ritz-Carlton-un La Baie Lounge restoranı gözəl açıq məkandır. Lakin təbii ki, burada da axşamlar canlanma olur.

Ritz-Carlton, Jumeirah Beach Residence oteli
+971 4 318 6150


Barasti Barasti bar

Dubay klubu Barasti şəhərin qaynar gecələrinin ən diqqət çəkən məkanlarındandır. Le Méridien Mina Seyahi Beach Resort otelində yerləşən bu məşhur məkan bir neçə mərtəbəni əhatə edir və tez-tez canlı musiqi və idman nümayişləri təklif edir. Bura əyləncə dolu gün və ya gecə keçirmək, yoldaşlarınızla ünsiyyətdə olmaq üçün əla yerdir.

Le Méridien Mina Seyahi Beach Resort & Marina, Al Sufouh şossesi
+971 4 318 1313


Nasimi Beach Nasimi Çimərliyi

Bir tərəfdən Atlantis, The Palm otelinin, digər tərəfdən isə Dubai Marinanın valehedici mənzərəsi Nasimi Beach çimərliyinin yerləşmə baxımından bütün klublardan üstün olmasına imkan yaradır. Gündüz rahat taxtlarda istirahət etmək olar, gün batdıqdan sonra isə xaricdən dəvət olunmuş DJ-lərin canlı musiqisi axşama xoş əhval-ruhiyyət qatır.

Atlantis, The Palm oteli
+971 4 426 2626


Dubai’s Best Beach Clubs RIVA çimərlik klubu

Özünün ayrıca çimərlik girişi, havası tənzimlənən hovuzu və İtalyan mətbəxi ilə RIVA çimərlik klubu günəşdən həzz almaq üçün ideal yerdir. Günlük şezlonq icarə edərək, günorta istirahət saatlarında Burc Əl Ərəb və Burc Xəlifənin heyranedici mənzərələrini seyr edin. Sakitliyi ilə tanınmasına baxmayaraq, qürubdan sonra musiqi bu məkanda elə bir rezonans yaradır ki, onu yalnız Dubayda müşahidə etmək olar.

Bina 8, The Shoreline, Palm Jumeirah
+971 4 430 9466

Dubayda özünüzə qulluq etmək istəyirsiniz? Səhərlərin birini şəhərin hamam və spalarından birində keçirin və sonra günorta çayı içməyə yollanın.

595
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing

Booking Widget Title

Hotel Title

Flight Title

Bunlar da xoşunuza gələ bilər
Skydive Dubay Dubayda paraşütlə tullanma
Dubay üzərində uç
Skydive Dubay ilə həyəcanı hiss et
Times Square Mərkəzi Dubayda butikləri kəşf edin
Tech Chic
Times Square Mərkəzində alış-veriş edin
WAFI mall ticarət mərkəzi Alış-veriş həvəskarları birləşin
Alış-verişinizi təmtəraqlı şəkildə edin.
WAFI Mall ticarət mərkəzində həzz alın
"At.mosphere" Dubayda Restoranlar
Buludların üzərində nahar edin
"At.mosphere"-də naharın hündürlüyü
Çərpələng Çimərliyi Dubay Möcüzələri
Dalğaları əhilləşdirin
Çərpələng Çimərliyində serfinqlə məşğul olun