Dubai

Dubayın Ən Yaxşı Açıq Hava Ticarət Mall-ları və Bazarları

Dubayın Ən Yaxşı Açıq Hava Ticarət Mall-ları və Bazarları http://www.visitdubai.com/az/articles/dubai-best-outdoor-shopping 20161120T115619 20161120T135118:636152466784705860 Dubayda alış-veriş Souk-lardan tutmuş dəbdəbəli dənizkənarı mall-lara qədər, şəhərin ən yaxşı açıq hava alış-veriş məkanlarını tədqiq edin. Dubayda açıq havada alış-veriş üçün ən yaxşı mall-lar və bazarlar

Dubay alış-verişi sevənlərin cənnətidir, amma bunların hamısı qapalı məkanlarda baş vermir


BoxPark-ın sənaye məqsədli yüklərin daşındığı konteynerlərdən JBR-ın qarşısındakı The Beach-in sahilboyu zərifliyinə, City Walk-un qeyri-rəsmi eleqantlığına qədər bir çox AVM-də edilən islahatlar indi açıq havadakı alış-veriş mərkəzləri üçün edilir. Hava sərinləşən kimi, alıcılar açıq hava butiklərinə, açıq hava mall-larına gedir və bütün şəhər ərazisində fermer bazarları açılır. Bunları siyahınıza əlavə edin…



JBR-da The Beach


Əgər alış-veriş edərkən çimərlik boyunca gəzişməyi xoşlayırsınızsa, JBR-ın qarşısındakı yerləşən The Beach-də minimalist üslubdakı yapon həyat tərzinin markası olan MUJI, dünyada tanınan Sephora and MAC kosmetika mağazası, üstəgəl S*uce on the Sea yerli multibrend butikinin də daxil olduğu 45 kafe və mağaza tapmaq olar. Qış fəsli hər gün ev məhsullarının satıldığı The Market-də qida, ucuz bəzək əşyaları, aksesuarlar və təkrarı olmayan əşyalar satılır.

the-beach-jbr


City Walk 2


Dubayın mərkəzi ilə Jumeirah Beach arasında yerləşən bu şıq açıq hava satış sahəsində kinoteatr, London mövzulu küçə və çoxlu əla kafelər var. Ərazidəki qapalı hissədə isə Carven, Karl Lagerfeld kimi lüks sinfinə mənsub dizaynerlərin, Danimarkalı zərgərlik məmulatlarının dizayneri Corc Yensen, eləcə də Nyu-Yorkda yerləşən daha müasir Rag & Bone və 7 for All Mankind firmalarının bir çox dəbdəbəli malları təklif edilir. Burc Xalifanı görmək üçün ağaclarla əhatələnmiş gəzinti meydanlarını gəzə və City Walk-un Dubai Walls incəsənət layihəsi çərçivəsində xarici küçə rəssamlarının divar rəsmlərinə tamaşa edə bilərsiniz.

city-walk


BoxPark


City Walk yaxınlığındakı bütün Al Wasl yolu boyunca uzanan Dubayda geniş əhali kütləsinin simpatiyasını qazanmış bu açıq hava ticarət məkanları və restoranlarının olduğu ərazini kəşf edin. Həmçinin "konteyner alış-veriş mərkəzi" kimi tanınan bu rəngarəng şəhər zolağı özünün konteynerlərdə fəaliyyət göstərən pərakəndə ticarət köşkləri və kafeləri ilə seçilir. 30 sadə nahar məkanı ilə yanaşı burada Marimekko, OnePiece, və sosial məslələrə diqqətli ABŞ sadə geyim brendi TOMS yer alır.



Ripe Market (Yetişmiş Məhsul Bazarı)


Dubay bazar səhnəsinin pionerlərdindən olan Ripe şəhər boyu açıq hava məkanlarında həftədə üç gün bazarlar təşkil edir. Zabeel Park heç şübhəsiz ən böyük bazardır və hər həftənin cümə günü camaat canlı akustik musiqinin müşayiəti ilə təzə orqanik məhsullar və hazırlanmış təamlardan tutmuş yerli qurman şirniyyatları, yemək satılan avtomobillər və zinət əşyaları satan 100 yerli ticarət obyektini gəzə bilir. Dubayın Dizayn Rayonunda dəb sahəsində fəaliyyət göstərən Ripe Dizayn Marketi kimi bazarlar haqqında məlumat almaq üçün ripeme.com internet səhifəsini gözdən keçirin.



Ədviyyat Bazarı


Adətən Dubayın dəbdəbəli yerlərinə üstünlük verən qonaqlar Qədim Dubaya o qədər də diqqət yetirməsələr də, şəhərin ənənəvi qədim bazarları Dubayın keçmişi barədə yaxşı təəssürat əldə etmək və bir sıra yaxşı, köhnə dəbli alış-veriş imkanı üçün əla yerdir. Bu açıq hava ədviyyat bazarı və Deiradakı keçmiş alış-veriş habı Dubayın tarixində mirvari çıxaranların yeri kimi qalıb. Burada dar xiyabanlar darçın, zəfəran və ətirli çubuqların olduğu çantalarla doludur. QızılTekstil bazarları yaxınlıqdadır.

ədviyyat-bazarı


Dubay alıcılar üçün əsl cənnətdir: bir çox souklarda gəzişin və ya cəzbedici ticarət mall-larında vaxtınızı keçirin.

456
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing
Bunlar da xoşunuza gələ bilər
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Şəhərin görməli yerlərinə Avtobus Turu və Helikopter Gəzintisində 185 dirhəmə qədər qənaət edin
Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim Sövdələr
Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim
24-48-72 saat müddətində Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Avtobusla "Dubay Mənzərələri" Şəhər Turunda və "Ərəb Macəraları" Səhra Safarisinə birgə kuponlar ilə 225 dirhəmə qədər qənaət edin
Dubayda Bir Günlük Safariyə 15% endirim Sövdələr
Dubayda Bir Günlük Safariyə 15% endirim
DDCR-in tam mərkəzində tam-inklüziv möhtəşəm düşərgəyə 15% endirim
XVA ART HOTEL’S CAFÉ-YƏ BAŞ ÇƏKİN Kafe həyatının ləzzəti
Yeyilə bilən incəsənət əsərləri
XVA ART HOTEL’S CAFÉ-YƏ BAŞ ÇƏKİN