Dubai

Dubayda Ən Yaxşı Ramazan Çadırları

Dubayda Ən Yaxşı Ramazan Çadırları http://www.visitdubai.com/az/articles/dubai-best-ramadan-tents 20150528T034533 20161108T185527:636142281274133328 İrs və Mədəniyyət

Müqəddəs Ramazan ayında, müsəlmanlar öz gündəlik oruclarını günəşin batımında və səhər erkəndən iftar və sahur adlanan gündəlik orucluq yeməkləri ilə açırlar. Dubayda bir çox otellər və restoranlar xüsusi qurulmuş Ramazan çadırlarında müsəlmanlar və qeyri-müsəlmanlar üçün məclislər təşkil edirlər. Burada əldən buraxılmayası beş çadırı təqdim edirik.

Bu inanılmaz Ramazan çadırları Dubayda Ramazanı çox xüsusi edəcək

Müqəddəs ayı üslubla qeyd edin


Təfəkkür və ibadət vaxtı olan müqəddəs Ramazan ayında BƏƏ-li müsəlmanlar mütəmadi ibadətlər və günlük oruc tutma ilə məşğul olurlar. Günəş batanda öz oruçlarını açmaq üçün iftar (günəş batan zaman yeyilən yemək) və sahur (səhər tezdən yemək) ilə bəzədilmiş Ramazan çadırlarına insanlar öz ailələri və dostları ilə birgə üz tutanda Dubay canlanır. Və siz də dəvətlisiniz. Dubayda bir çox otellər və restoranlar müsəlmanlar və qeyri-müsəlmanlar üçün Ramazan çadırları qururlar. Orada siz ənənəvi Ramazan yeməklərini dadına baxa bilər və ailəniz və dostlarınız ilə birgə vaxt keçirməyi qeyd edə bilərsiniz. Dubayda bu mövsüm ən yaxşı beş yeri təqdim edirik.



Downtown by Emaar


Ramazan gecələri Dubay canlanır və bunu ən əyani şəkildə həmişə qızğın Dubayın mərkəzində hiss etmək olar. Deməliyik ki, Müqəddəs Ramazan ayında ailə və dostları toplamaq üçün Burc Xəlifənin yaxınlığında qurulan Downtown Ramazan çadırından daha ideal tapmaq çətindir. Yaxınlıqdakı Address Downtown otelinin keyterinq qrupunun təklif etdiyi ləzzətli və əsl ərəb mətbəxi ilə bu nəhəng çadır, orucunuzu gözəl şəkildə açmaq üçün mükəmməl yerdir. Dubayın mərkəzinə panorama görüntüsü olan çoxnövlü oturma yerləri və şüşə örtüklü bağlar, yorğunluğu çıxaran və heyrətamiz bir iftar üçün əhval-ruhiyyəyə kökləyir.

Şeyx Məhmməd Bin Rəşid Bulvarı, Mərkəz Bulvar

+971 4 423 8883


Dubai-best-Ramadan-tents


Asateer


Atlantis the Palmda ilkin bədəvi çadırlarından çox-çox fərqli olan bu məkanın hər oturumda 1000 nəfərə qədər insanı qəbul edə biləcək pərdəli interyeri kifayət qədər genişdir. Təkcə geniş çeşiddə Ramazan yeməkləri ilə məşhur olmayan bu çadırda ənənəvi ud musiqisi, özəl ibadət otaqları və daha böyük məclislər və korporativ qruplar üçün tam bir Ramazan təcrübəsi təklif edir.

Atlantis The Palm, Palm Jumeirah

+971 4 426 0800


Best Ramadan Tents Asateer


Al Bahou


Texniki cəhətdən çadır olmasa da Mövenpick Hotel Ibn Battuta Gate-də əsas restoran olan Al Bahou, Müqəddəs Ayda tam olaraq dəyişən gözəl bir məkandır. Bütün klassik ərəb yeməklərini, eləcə də geniş çeşiddə xurmaları və Ramazan şirələrini təqdim edən yüksək zövqlü təamları yüksək tavandan asılmış 88 ərəb çilçırağının fonunda və udun müşaiyəti ilə təqdim edilir.

Mövenpick Hotel Ibn Battuta Gate

Rezerv edin: +971 4 440 9300


Dubai-best-Ramadan-tents


Al Majlis


Madinat Jumeirahdakı hər zaman məşhur çadır Madinat Arenanı tavandan asılmış 25 metrlik çilçırağın altınd arabesk dizaynına malik bənzərsiz bir mühitə çevirir. Ərəb və xarici mətbəx nümunələrini bufet və ya diri bişirmə məntəqələrində tapmaq olar. Burada bir dəfəyə 1000 qonağı qəbul etmək üçün nəzərdə tutulmuş böyük nahar yeri və kiçik qruplar və korporativ yığıncaqlar üçün çoxlu özəl məclislər (ənənəvi oturma yerləri) vardır.

Madinat Jumeirah - Jumeirah Çimərlik yolu- Dubay

+971 4 366 6730


Dubai-best-Ramadan-tents


Khaymat Al Bahar


Şeyxin yay iqamətgahı üslubunda dizayn olunmuş Al Qasr ənənəvi kral arxitekturasını, lüks müasirlik çalarları ilə birgə təqdim edir. Onun Khaymat Al Bahar restoranı çadır olmasa da, bu yeni istifadəyə verilmiş restoran, Dubaydakı ən böyük istirahət hovuzlarının yaxınlığında yerləşir. Orada siz meyvə və ərəb delikatesləri ilə yanaşı möhtəşəm süfrəyə qonaq ola bilərsiniz. Yeməkdən sonra Madinat Jumeirahın kanal sisteminin ətrafında ailənizi abra qayıqlarında gəzintiyə çıxarın və ya qızğın gecə atmosferinə qərq olmaq üçün su kənarında gəzişin.

Əl Qəsr, Madinat Jumeirah

+971 366 6730

486
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing
Bunlar da xoşunuza gələ bilər
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Avtobusla "Dubay Mənzərələri" Şəhər Turunda və "Ərəb Macəraları" Səhra Safarisinə birgə kuponlar ilə 225 dirhəmə qədər qənaət edin
Naif Souq Dubay bazarları
Souk-da (bazarda) pula qənaət edin
Naif Souk-da sərfəli təkliflərdən istifadə edin
Souk Madinat (Madinat Bazarı) Dubay bazarları
Ərəb üsulu ilə alış-veriş
Souk Madinat- (Madinat Bazarını) sınaqdan keçirin
JBR-də Walk ticarət mərkəzi Alış-veriş həvəskarları birləşin
Dəbli gəzin
JBR-də Walk ticarət mərkəzində alış-veriş edin
Valleydez, Sunset Mall Ticarət Mərkəzi Dubayda butikləri kəşf edin
Moda Macərasına Yollanın
Valleydez-də Eklektik Zəriflik