Dubai
Dubay səhrasında nahar http://www.visitdubai.com/az/articles/dubai-desert-dining 20151001T111134:635792946944839480 20161108T190158:636142285186822891 Dubayda Restoranlar

Səhra bütün təbii əzəmətilə gözünün qarşısında ikən yemək yemək Dubay təcrübəsinin ən parlaq anlarındandır. Kiçik qurtumlarla soyuq şirə içərək ecazkar təpələrin arxasında itərək qürub edən günəşi izləmək və ya sayrışan ulduzlu səhra səması altında iştah ilə əsl ərəb mətbəxinin dadına baxmaq xatirəyə çeviriləcək anlardandır. Bu tövsiyələr sizə həmin təcrübələri yaşamaq imkanı yaradır.

Səhrada unudulmaz qurman təcrübəsindən həzz alın.

Şəffaf qum təpələrinin arasında unudulmaz qurman təcrübəsi


Təsadüfi deyil ki, Dubaya səfər edən turistlər arasında səhra safariləri çox məşhurdur. Əsas özəllik mədəniyyət və off-road macərasının qarışığı, ardınca da ənənəvi məclis formasında oturmaqla səhra düşərgəsində kababdan ibarət nahar yeməyidir. Lakin siz həmçinin Ərəbistan Səhrasına mənzərəsi olan istirahət mərkəzlərinin restoranlarında nahar edə bilərsiniz. Dubayda dörd səhra yeməyi seçimi ilə açıq səma altında əsl nahardan həzz alın.


Web_use-IMG_0641-2 (1) Platinum Heritage (Platin irs)

Daha yüksək səviyyəli səhra təcrübəsi əldə etmək üçün dəbdəbəli turlar təklif edən Platinum Heritage Heritage Safari Naharı sifariş edin. Siz şəhərdən Dubay Səhra Qoruğunda (Qorunan vəhşi təbiət zonası) yerləşən, ənənəvi, lakin hələ də dəbdəbəli olan bədəvi düşərgəsinə müşayiət ediləcəksiniz. Yerli yeməklərdən birini bişirməyi öyrənin, klassik ərəb mətbəxinin dadına baxın. Gecə safari əyləncələri də təklif edilir.

Platinum Heritage, Oasis Mərkəzi, Şeyx Zayed Şossesi
+971 4 388 4044


AA-Breakfast-dubai-desert-dining Arabian Adventures (Ərəb Macəraları)

Qum təpələri arasında keçən axşam yetərli deyilsə, gecə Dubayın sakit səhrasınn mərkəzində çoxsaylı təmtəraqlı otellərin birində qala bilərsiniz. Arabian Adventures ilə Ərəb Röyaları gecə safarisi sizi yalnız müəyyən nəqliyyat vasitələrinin daxil olmasına icazə verilən Dubay Səhra Qoruğu zonasına aparacaq. Orada siz kababdan və səhra "glamping" (yüksək səviyyəli məftunedici düşərgə) gecəsindən zövq ala bilərsiniz. İsti səhər yeməyi və maşınla qum təpələri arasında yerləşən yerli vəhşi təbiəti seyr etməyə getmək gəzintinizi yekunlaşdırmağın ən mükəmməl üsuludur.

Arabian Adventures, Emirates Holidays Binası, Şeyx Zayed Şossesi
+971 4 214 4888


AlMahaDesertResortSpa Əl Maha Səhra Kurortu & Spa

Dubay Səhra Qoruğundakı istirahət mərkəzlərindən biri də Al Maha Desert Resort & Spadır. Dünyanın ən romantik istirahət mərkəzlərindən biri hesab edilən Al Maha Resort and Spa TripAdvisor 2016 Səyahətçilərin seçim siyahısında dünyanın 25 ən gözəl otelləri sırasında durur.

Al Maha Desert Resort & Spa, Dubay Səhra Qoruğu, Dubai-Al Ain Şossesi
+971 4 832 9900


Bab-al-Shams-dubai-desert-dining Bab Al Şams Səhra Spa və Kurortu

Bab Al Shams Desert Resort & Spa ənənəvi ərəb qəsri üslubunda tərtib edilən və Dubay metropolundan çox da uzaqda yerləşməyən mənzərəli oteldir. Bura Al Hadheerah açıq mətbəxi və odunla isidilən ənənəvi sobaları olan, bütövlükdə regiona aid ləzzətli və təzə yeməklər təqdim edən açıq hava restoranıdır. Məclis üslubunda düzülən oturacaqlarla yanaşı canlı musiqi, ov quşlarının nümayişi və irs muzeyi burada yaşayacağınız əsl ərəb ab-havasını tamamlayır.

Bab Al Shams Desert Resort & Spa, Əl Qudra Şossesi
+971 4 809 6498

Dubayda yemək sevənlərin seçimi böyükdür. Səxavətli cümə brançında tam doyuncaya qədər yeyin və ya öz yemək arzunuzu Dubayın dəbli kafelərinin birində həyata keçirin.



395
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing
Bunlar da xoşunuza gələ bilər
"Armani Spa" Dubay hamamları
Şıq bir spa günü
ARMANİ/SPA-da hazırlanmış istirahət
Qızıl bazarı (Gold Souk) Dubay Möcüzələri
Parlayın
Qızıl Bazarında alış-veriş edin
Deyra Şəhər Mərkəzi Alış-veriş həvəskarları birləşin
Ailə üslubunda alış-veriş et
Deyra Şəhər Mərkəzinə baş çək
Səhra Reyncerlərinin Big Red (böyük qırmızı) qumlarında sürüşmə Dubayda Səhra Macəralarını kəşf edin
Big Red təpəsindən qorxmamağa hünəriniz çatırmı
Səhra Reyncerləri ilə qumda sürüşmə
Zirvədə Dubay Möcüzələri
Tarixi hündürlüyü ölçün
Burc Xəlifənin baxış meydançası