Dubai
Dubayda nə etmək olar? http://www.visitdubai.com/az/articles/dubai-events-highlights-things-to-do 20150925T105306:635787751868343291 20161108T190018:636142284188220241 Şəhər boyunca incəsənət və əyləncə yerlərini kəşf edin

İlin hansı vaxtı olduğundan asılı olmayaraq, Dubayda hər zaman nə isə baş verir. Hər bir ay üçün təqvimin ən yaxşı əyləncə proqramlarını seçmişik, beləliklə, Dubaya nə vaxt gəldiyinizdən asılı olmayaraq, maraqlı tədbirlərdən xəbərdar olacaqsınız.

Dubayda hər ay maraqlı bir şey etmək mümkündür.

Dubayda heç bir ay darıxdırıcı keçmir!


İlin hansı vaxtı olduğundan asılı olmayaraq, Dubayda hər zaman nə isə baş verir. Hər bir ay üçün təqvimin ən yaxşı əyləncə proqramlarını seçmişik, beləliklə, Dubaya nə vaxt gəldiyinizdən asılı olmayaraq, maraqlı tədbirlərdən xəbərdar olacaqsınız.


Jan-dubai-events-highlights-things-to-do Yanvar

İlin əvvəli bizim həyatımızın bir sıra sahələrində yeni başlanğıclar tələb edir. Bu zaman niyə bu ehtiyacları şəhərin ən böyük festivallarından biri olan Dubay Alış-Veriş Festivalında yerinə yetirməyək. Əgər siz Yeni ilinizin daha ativ olmasına qərar vermisinizsə, bunu etmək üçün iyirmi ildən artıq bir müddətdə hər il keçirilən idman tədbiri olan Standard İmtiyazlı Maratondan daha yaxşı yer yoxdur.


Feb-dubai-events-highlights-things-to-do Fevral

Bu ay hər bir konsert sevəri demək olar ki hər həftə yeni ifa ilə sevindirəcək. Jazz Fest, RedFest DXB və digərləri ilə sizin, şəhərin təqvimində digər aylarla müqayisədə daha çox sənətçilərin konsert proqramlarına qatılmaq imkanınız olacaq. Hər il keçirilən kulinariya karnavalı olan Dubai Food Festival-da ağız dadınızı dəyişməyə hazır olun. İdman həvəskarları Dubay Duty Free Tennis Çempionatında dünyanının ən yaxşı tenis çempionlarının meydanlarda mübarizəsini izləyə bilərlər.


Mar-dubai-events-highlights-things-to-do Mart

Bu ayda izləyəcəyiniz bir idman tədbiri varsa o da dünyanın ən dəbdəbəli at yarışları olan Dubay Dünya Kubokudur. Əzəmətli atları və onların istedadlı jokeylərinin titul uğrunda mübarizəsini izləyin. Kitab və ədəbiyyat sevərlər dünyanın tanınmış yazıçıları və yazıçılıq kurslarını Dubaya gətirən hər il keçirilən Ədəbiyyat Festivalından həzz ala bilərlər. Rəssamlar və yaradıcı şəxslər regionun ən çox maraqla gözlənilən incəsənət tədbirləri olan Art Dubay, Dubay Dizayn Günləri və SİKKA kimi tədbirlərdə öz yerlərini tapa bilərlər.


Apr-dubai-events-highlights-things-to-do Aprel

Dubay zombilər, super qəhrəmanlar, yaramazlar və kino ulduzları ilə dolu olsaydı necə olacağı barədə heç düşünmüsünüz? Bunun üçün hər il keçirilən Yaxın Şərq Film və Komik Kon günlərindən yaxşı vaxt ola bilməz. Bu regiondan və bütün dünyadan azarkeşləri Dubaya toplayan regionun ən böyük və yeganə pop-mədəniyyət hadisəsidir. Dubayın ən qədim idman oyunlarından biri olan Al Marmoom Heritage festivalında dəvələrin xüsusilə bu yarışlar üçün təşkil olunmuş yollarla yanlarında 4x4 avtomobillərində gedən təlimçiləri ilə yanaşı yarışmalarını izləyə biləcəksiniz. Bu bütün ailənin əylənə biləcəyi bir tədbirdir.


May-dubai-events-highlights-things-to-do May

Havalar isindikcə bütün şəhər qapalı məkanlara üz tutur, lakin qarşıda hələ də idman həvəskarları və şəhərdə yaxşı vaxt keçirmək arzusunda olanlar üçün nadir əyləncəli idman tədbiri olan Duty Free Darts çempionatının keçiriləcəyi çox maraqlı bir ay var. Musiqi sevərlər, Craig David, Robin Thicke, Kasabian və başqa məşhurların da çıxış etdiyi şəhərin ən gözəl musiqi məkanı olan Blended-də gözəl musiqi janrlarının ifasından zövq ala bilərlər.


Jun-dubai-events-highlights-things-to-do İyun

Müqəddəs Ramazan ayında insanların öz fərqliliklərini bir yana qoyaraq gün ərzində oruc tutduqları zaman mütəmadi olaraq şəhər küçələrinin iftar və sahur zamanı işıqlanmasına tamaşa edin. Ramazan bayramı günlərində atəşfəşanlıq və başqa bir çox əyləncələrdən zövq alın.


Jul-dubai-events-highlights-things-to-do İyul

Hətta yay aylarında da Dubay Dünya Ticarət Mərkəzində keçirilən çoxlu sayda tədbirlərlə şəhər həmişə maraqlı olur. Ən böyük qapalı idman məkanlarından biri, idman etmək istəyən lakin yay günəşindən gizlənən oyunçular və atletlərə öz qapılarını açır. Voleyboldan tutmuş tennis, basketbol, futbol və hətta gimnastika kimi geniş sayda idman çeşidləri təklif edən geniş sahəsi ilə Dubayda hətta yay aylarında belə evdə oturmaq üçün heç bir səbəb yoxdur.


Aug-dubai-events-highlights-things-to-do Avqust

Yorucu isti küləklər Dubayda həyatın durmasına səbəb deyil və bunu sübut etmək üçün ailəvi əyləncə və Dubay ticarət mərkəzlərində həyəcanı artırmaq üçün Dubay Yay Sürprizləri tədbirləri keçirilir. Hər kəsin əylənəcəyi əyləncəli oyunlarla şəhər, Dubay Dünya Ticarət Mərkəzindəki Modhesh World-ə uşaqların sevimli qəhrəmanlarını gətirərək onların əyləncəsini ikiqat artırır.


Sep-dubai-events-highlights-things-to-do Sentyabr

Bu ay Məkkə şəhərinə Həcc ziyarətinin başa çatdığı, Qurban bayramının keçirildiyi aydır. Dubaydakı əyləncələr Dubay Musiqi Həftəsi ilə tam gücü ilə davam edir. Bu tədbir yalnız konsert proqramları ilə kifayətlənmir və sizə ulduzlarla görüşmək və müxtəlif görüşlərdə musiqi sənayesi barədə müzakirələr aparmaq imkanı yaradacaq.


Oct-dubai-events-highlights-things-to-do Oktyabr

Şəhər sakinləri velosiped həvəskarları üçün şəhər ətrafında keçirilən Gulf Bike Week kimi tədbirlərdə iştirak etdikdə yay günəşinin sərinlədiyinin şahidi olacaqlar. Həmçinin oktyabr ayında Dubai Downtown Design və Fashion Forward kimi tədbirlərin ikinci mövsümü ilə Dubayın həyəcanlandırıcı incəsənət səhnəsi yenidən dirçəlir.


Nov-dubai-events-highlights-things-to-do Noyabr

Dubayda havalar sərinlədikcə insanlar demək olar ki bütün gecəni evlərindən çıxaraq parklarda, çimərliklərdə və küçələrdə vaxt keçirirlər. Avtomobil dünyası şəhər küçələrinin həqiqətən gözəl, unikal, dəbdəbəli və ekstravaqant avtomobil və motosikletlərlə dolu olduğu hər il keçirilən Avtomobil Festivalını səbrsizliklə gözləyir.


Dec-dubai-events-highlights-things-to-do Dekabr

Bu ay həmişə sevimli ay olmuşdur, belə ki şəhərin hər yerində çoxlu paradlar, tədbirlər və əyləncələrlə BƏƏ Dövlət Günü qeyd olunur. Reqbi yarışlarından daha maraqlı tədbir olan, ən uzun məsafəyə qaçış yarışı Rugby Sevens tədbirini qaçırmayın. Şəhər həmçinin hər il davamlı olaraq insanları heyrətləndirən atəşfəşanlıqlarla zəngin Yeni İl Ərəfəsinə hazırlaşır.


Dubaya birinci dəfədir gəlirsiniz? Şəhərin mütləq görülməli atraksionlarından birinə baş çəkin və Dubayın ən fotogenik yerlərindən birində öz möhtəşəm selfinizi çəkin.

749
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing

Booking Widget Title

Hotel Title

Flight Title

Bunlar da xoşunuza gələ bilər
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Şəhərin görməli yerlərinə Avtobus Turu və Helikopter Gəzintisində 185 dirhəmə qədər qənaət edin
WAFI mall ticarət mərkəzi Alış-veriş həvəskarları birləşin
Alış-verişinizi təmtəraqlı şəkildə edin.
WAFI Mall ticarət mərkəzində həzz alın
Valleydez, Sunset Mall Ticarət Mərkəzi Dubayda butikləri kəşf edin
Moda Macərasına Yollanın
Valleydez-də Eklektik Zəriflik
İbn Battuta Mall-a səfər Alış-veriş həvəskarları birləşin
Alış-veriş səyahətinə çıxın
İbn Battuta Mall-a səfər
Sarı Qayıqlar Diqqət çəkin
Tam Sürətlə İrəli
Sarı Qayıqlarla gəzintiyə çıxın