Dubai
Vegetarianlar üçün Dubay http://www.visitdubai.com/az/articles/dubai-for-vegetarians 20160905T162316:636086893963245426 20161108T190520:636142287209964280 Dubayda Restoranlar Cənubi Asiya mətbəxi hələ də Dubayın vegetarian yeməklərinin əsas hissəsini təşkil edir, lakin bitkilərdən ibarət səhnə asta sürətlə, lakin dayanmadan inkişaf edir. Sizin vegetarian, veqan, təbii və ekoloji təmiz yemək tələblərinizə cavab verən xörəkləri tapmaq üçün bizim sevimli restoran və kafelərimiz haqqında oxuyun. Sağlam, ətsiz xörəklər üçün ən yaxşı restoran və kafelər

Ətsiz xörəklər təklif edən yeddi ən yaxşı restoran


Dubayda külli miqdarda eksklüziv vegetarian və ya veqan restoranları var, o cümlədən onlayn mağazalar və bazarlar təzə, yerli şəkildə becərilən təbii məhsullar təklif edir. Məzuniyyətiniz zamanı yoxlaya biləcəyiniz altı restoranı diqqətinizə çatdırırıq.



Tidjoori


Özünü Dubayın ilk bio-təbii və veqan kafesi kimi təqdim etmiş, Dubay Marinada yerləşən bu kiçik restoranın menyusu tərəvəz burqerləri, pizza və şokolad tortu da daxil olmaqla, çətin tapılan, doyumcul veqan xörəklərinə meyllidir. Xörəkdə olduğu kimi, bəzək də təbii mövzuda işlənmişdir və yaşıl yarpaqlar çəkilmiş divarlardan və sadə taxta mebeldən ibarətdir. Yağdan (tofu) tutmuş mayonez və ketçupa qədər hər şey veqa növlüdür. İtaliya ağ çörəyi çiabattanın üstünə qalaqlanmış badam burqerinə günəbaxan tumları və badamdan hazırlanmış dadlı tofu kotleti, avokado və çiy soğan əlavə edilir.

Trident Grand Residence, Dubay Marina

+971 4 553 1370


dubai-vegetarian-vegan-guide-food-dining-burger-Tidjoori


Rangoli Vegetarian Restoranı


Bur Dubayın Meena Bazarında yerləşən (yerlilər arasında Kiçik Hindistan adlanır) bu cibə münasib Hind restoranı adambaşına cəmi 25 dirhəmə saysız-hesabsız vegetarian thali təklif edir. Hər thali tabağında daha kiçik ölçülü gümüş qablar yerləşdirilmişdir və ofisiantlar davamlı olaraq onları rəngarəng karilərlə, o cümlədən sarı dahl, noxud və kartofla doldurur. Bu souslara batırmaq üçün müxtəlif növ pappadum və çapatilər də təklif edilir.

Kosmos Döngəsi, Meena Bazarı, Dubay

+971 4 351 5873


dubai-vegetarian-vegan-guide-food-RANGOLI-dining-thali-indian


Beach-də Sukh Sagar


JBR-də bu vegetarian hind yeməkxanalar silsiləsi The Beach çimərlik kompleksindən bir neçə dəqiqə aralıdadır və bu, yer baxımından onu ən yaxşı vegetarian seçimlərindən birinə çevirir. Onlar Yapon və Çin xörəklərindən tutmuş Puncab yeməklərinə qədər hər şeydən bir az təklif edirlər. Gavalı, kartof və yunan yoncası əlavə edilmiş aloo buxara kiftəsi ənənəvi vegetarian mətbəxinə gözlənilməz tam verir. Yeməkdən sonra Dubayın piyadalar üçün ən münasib olan zolağı ilə gəzişməklə, yediyinizi həzm edin.

Rimal Binası, JBR

+971 4 437 0188


dubai-vegetarian-vegan-guide-food-sukh-sagar-dining-indian


77 Veggie Butik


Əsas diqqəti kilocoulların sayılmasına və az miqdarda karbohidratların olmasına verən, Jumeirah Lake Towers binasında yerləşən bu vegetarian restoranı işdən sonra nahar üçün canlanır. Salatlar və şorbalar sağlam dadlı ərzaqla doldurulmuşdur; yüngül xörək istəyirsinizsə, karri yarpaqları və keşniş qatılmış mərcimək şorbasının dadına baxın. Sağlam qəlyanaltılar və soyuq çərəzlər də məşhurdur; biz noxud batata, mərciməkdən hazırlanmış vada kürəciklərinin, alçaq karbohidratlı, lemon şirəsi və ədva ilə doldurulmuş kartofdan yan keçə bilmərik.

Tiffany Qülləsi, W Bloku, JLT

+971 4 422 4116



Omnia Gourmet


Britaniyanın məşhur aşpazı Silvena Rowe-nin dəbdəbəli Osman imperiyası mövzulu kafe və restoranı digərlərindən daha çox tələbkar zövqə malik vegetarianlar üçün ən münasib yerə çevrilmişdir. Qurman Orta Şərqdən ilhamlanmış qəlyanaltılara bir sıra vegetarian və veqa yeməkləri, o cümlədən təbii yaşıl soya lobyası ilə kvinoa, limon-zirə vineqreti ilə qızardılmış soğan və avokado pesto ilə yunan balqabağından linquini daxildir.

Jumeirah Balıqçılıq Limanı, Mağaza n1-15

+971 4 343 7181


dubai-vegetarian-vegan-guide-food-dining-omnia-gourmet


Comptoir 102


Bu, incə zövqlü Fransız sahibi olan butikdə geniş çeşiddə vegetarian yeməkləri, şəkərsiz şirələr və südsüz kokteyllər vardır. Səhər yeməyi həvəskarları badam südü ilə çia toxumundan pudinq, hind qozu suyu, xurma və portağal çiçəyi üçün stul çəkib əyləşirlər. Eyni zamanda burada sizə görməli yerlərə səfər üçün bütün günə enerji verəcək günorta yeməkləri, o cümlədən şüyüd, avokado, cəfəri, qoz, günəbaxan və balqabaq tumundan hazırlanmış və arqan yağı ilə qarışdırılmış yaşıl salad təklif edilir. Həmçinin hər şənbə burada Greenheart Təbii məhsul Fermaları da tər məhsullar bazarı təşkil edir.

102 Jumeirah Beach Yolu Jumeirah 1

+971 4 385 4555

comptoir-102-(4)

529
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing

Booking Widget Title

Hotel Title

Flight Title

Bunlar da xoşunuza gələ bilər
Dubayda Bir Günlük Safariyə 15% endirim Sövdələr
Dubayda Bir Günlük Safariyə 15% endirim
DDCR-in tam mərkəzində tam-inklüziv möhtəşəm düşərgəyə 15% endirim
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Avtobusla "Dubay Mənzərələri" Şəhər Turunda və "Ərəb Macəraları" Səhra Safarisinə birgə kuponlar ilə 225 dirhəmə qədər qənaət edin
Tədbirlər
Global Village 2015-2016
Tədbirlər
Elton Con canlı ifa
Milyonlarla albomu satılmış, piano musiqisi əfsanəsi Dubayın günəşli sahillərinə gəlir
XVA ART HOTEL’S CAFÉ-YƏ BAŞ ÇƏKİN Kafe həyatının ləzzəti
Yeyilə bilən incəsənət əsərləri
XVA ART HOTEL’S CAFÉ-YƏ BAŞ ÇƏKİN