Dubai
Dubayda elit şam yeməyi http://www.visitdubai.com/az/articles/dubai-high-end-dining 20150925T105320:635787752008138924 20161108T185616:636142281767731408 Dubayda Restoranlar Xüsusi bir gecə və ya tam bir bayram həftəsi üçün Dubayın ən yaxşı restoranlarından birində masa sifariş edin. Bilənlərin tez-tez baş çəkdikləri, şəhərin dad bilicilərinin damaq zövqünü oxşayan aşağıdakı elit restoranların hər birində yediyiniz yeməyin dadı damağınızda qalacaq. Dubayda bu ən yaxşı şam yeməyi təcrübələri üçün yer sifariş verin.

Dubayda çoxsaylı gözəl şam yeməyi təcrübələrindən birini seçə bilərsiniz - gözəl məkanları götürün, məşhur baş aşpazları əlavə edin və qarışdırın.


Xüsusi bir gecə və ya tam bir bayram həftəsi üçün Dubayın ən yaxşı restoranlarından birində masa sifariş edin. Bilənlərin tez-tez baş çəkdikləri şəhərin dad bilicilərinin damaq zövqünü oxşayan aşağıdakı elit restoranların hər birində yediyiniz yeməyin dadı damağınızda qalacaq.


La Petite Maison | yüksək keyfiyyətli fransız mətbəxi


2010-cu ildə açılan La Petite Maison bu gün də açıldığı həftə olduğu qədər dəbdədir. Masanıza yönləndirilməmişdən əvvəl restoranın aylıq gözləmə siyahısında səbirsizliklə növbələrini gözləməli olmuş müştərilərin, o cümlədən məşhurların, moda bloqqerlərinin və şəhərin bəzi böyük oyunçularının siyahısına nəzərə salmaq üçün barda ayaq saxlayın. Menyu Aralıq dənizi təmayüllü Provensal fransız mətbəxindən formalaşdırılıb, yeməklər, səxavətli porsiya ölçülərindən də göründüyü kimi, paylaşılmaq üçün nəzərdə tutulur. Favoritlərə süfrəyə ənginar və pomidorla birlikdə verilən duzda bişirilmiş lavrak, Fransa tostu və ədviyyatlı dondurmadır. 

Dubayda elit şam yeməyi

La Petite Maison

Gate Village 8, Dubai International Financial Centre

+971 4 439 0505


Clé Dubai | Orta Şərq Michelin ilə görüşür


Michelin ulduzlu Avstriya şefi Qrek Malufun təxəyyülünün məhsulu olan Clé doyurucu elit şam yeməyi təcrübəsi üçün əsrlərlə yaşı olan qədim ərəb favoritlərini müasir anlayışla dekonsturksiya edir. Alçaq tavanlı otaqlarda əyləşən qonaqlar üç məzədən birini seçə və ya a-la karte sifariş verə, boşqabdakıları bölüşməklə, xurma-əncir məzəsi ilə birlikdə qaz ciyərindən paştet (fua qra) delikatesinin, ədviyyatlı quzu qolunun və iştah açan keçi pendirindən dadına baxa bilərlər.

Dubayda elit şam yeməyi

Clé Dubai

Al Fattan Currency House, DIFC

+917 4 352 5150


The Farm | şəhər vahəsi


Kafe şəhərdən bir qədər kənardadır, lakin bu müasir şəhər daldalanacağına- gizli bağa qədər maşın sürməyə dəyər. Sıx yaşıllıqlardan və zanbaqların bitdiyi göldən ibarət vahədə yerləşən restoran quru landşaftın əhatəsində yaşıllıq çoxdan arzulanan yaşıllıq sahəsi təklif edir. Bu nüfuzlu kafe "fermadan süfrəyə" fəlsəfəsinə sadiqdir, onun sağlam və faydalı menyusuna buğda ilə bəslənmiş limonlu rozmarinli toyuq kim yeməklər daxildir. Şənbə və bazar günləri üçün masa sifariş vermək üçün azı bir həftə əvvəl zəng vurun: nahar vaxtı masalar çox vaxt tutulmuş olur, üstəlik məkanda tez-tez toy şənlikləri keçirilir.

Dubayda elit şam yeməyi

The Farm

Al Barari Villas, Emirates Road

+971 4 392 5660


Nobu | dünya səviyyəli yapon restoranı 


Gəlin realist olaq - Nobunun daimi müştəriləri arasında keçirilən qeyri-rəsmi sorğu göstərir ki, çoxumuz bura şirin yuzu miso və yapon mətbəxinin dağlanmış qara treska balığı üçün gəlirik. Ləzzətli firma yeməkləri Nobunun Michelin ulduzlu şefi Matsuhisanin mətbəxində şübhəsiz şəfəq saçsa da, məşhur brendin labne və fatuş kimi ərəb ləzzətlərinin boşqablara yol tapdığı Atlantis palmadakı məkanında gizli saxladığı başqa hiyləgərlikləri də var. Xüsusən sakit axşamlarda möcüzəli bağ sahəsində masa sifariş edin.

Dubayda elit şam yeməyi

Nobu Dubai

Atlantis The Palm, Palm Jumeirah 

+971 4 426 2626


Qbara | Ekstravaqant elit ərəb şam yeməyi


Şəhərin əsas ərəb restoranı Qbara qonaqlarına adi yemək təklif etmir. Restoranın divarlarında əks olunan mürəkkəb işıq şousunu öz gözlərinizlə görməlisiniz. Dequstasiya menyusu da yalnız adların təklif edilməsindən ibarət deyil, tam ölçülü porsiyalar bir-bir masaya qoyulur. Əsas yeməklər avakado labneli xərçəng kiftəsi, botarqo və isti ərəb çörəyi ilə ədviyyatla birgə süfrəyə verilən marinə edilmiş, qızardılmış bol ilik sümüyü boşqabıdır. Amma özünüzü tələsdirməyə hazır olun: bənzər yerlərdən fərqli olaraq burada ofisiantlar qonaqların bir saatlıq ziyafətdən sonra gedəcəklərini gözləyirlər. 

Dubayda elit şam yeməyi

Qbara

Wafi Pyramids

+971 4 709 2500


Table 9 | nəfis elit şam yeməyi


Keçmişdə Gordon Ramsey-də və hazırda bağlanmış Terre-də baş aşpaz kimi çalışmış Nik Alvis və Skot Prins qonaqlarını heyran etmək üçün öz elit şam yeməyi məkanlarını açırlar. Restoranın əsasını qoyan iki aşpaz artıq bu ideyanı davam etdirməsələr də, Daren Velvik (Ramsay-in daha bir yetirməsi) təkcə məşəli müvəffəqiyyətlə daşımağa davam etmir, həm də çeşidlərə öz ənənəvi Britaniya üslubunu əlavə edir. Menyu sirrləri ələ vermir və hər bir yeməyin yalnız bir əsas inqredienti göstərilir. Əlbəttə ki, mükəmməl işçi heyəti tərəddüd edən qonaqlara sağlamlığa yararlı ət qarışıqlarından ibarət yeməklər və mübahisəsiz ləzzətli desertlər arasından seçim etmək üçün yol göstərməyə hazırdır.

Table 9

Hilton Dubai Creek, Baniyas Road

+971 4 212 7551

631
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing

Booking Widget Title

Hotel Title

Flight Title

Bunlar da xoşunuza gələ bilər
Tədbirlər
Elton Con canlı ifa
Milyonlarla albomu satılmış, piano musiqisi əfsanəsi Dubayın günəşli sahillərinə gəlir
Dubay Alış-Veriş Festivalı 2017 Tədbirlər
Dubay Alış-Veriş Festivalı 2017
Tezliklə açılacaq
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Avtobusla "Dubay Mənzərələri" Şəhər Turunda və "Ərəb Macəraları" Səhra Safarisinə birgə kuponlar ilə 225 dirhəmə qədər qənaət edin
XVA ART HOTEL’S CAFÉ-YƏ BAŞ ÇƏKİN Kafe həyatının ləzzəti
Yeyilə bilən incəsənət əsərləri
XVA ART HOTEL’S CAFÉ-YƏ BAŞ ÇƏKİN
Dubayda Bir Günlük Safariyə 15% endirim Sövdələr
Dubayda Bir Günlük Safariyə 15% endirim
DDCR-in tam mərkəzində tam-inklüziv möhtəşəm düşərgəyə 15% endirim