Dubai

Dubayda ən yaxşı əyləncə mərkəzləri

Dubayda ən yaxşı əyləncə mərkəzləri http://www.visitdubai.com/az/articles/dubai-must-see-attractions 20150925T105353:635787752330525056 20161108T190110:636142284701819267 Dubay Möcüzələri

Dubay elə bir şəhərdir ki, gözəlliyinə inanmaq üçün mütləq onu görməlisən. Ənənəvi məhəllələrilə yanaşı sahildən aralıda insan əli ilə salınmış adalardakı memarlıq abidələri ilə Dubay rekordlar qırır. Şəhərdə ikən marşrut siyahınıza əlavə etməli olduğunuz görməli yerlər aşağıdakılardır.

Dubayın 10 ən yaxşı əyləncə mərkəzləri

Burc Xəlifədən Palm Jumeiraha qədər Dubayın görməli əyləncə mərkəzləri


Dubay elə bir şəhərdir ki, gözəlliyinə inanmaq üçün mütləq onu görməlisən. Ənənəvi məhəllələrilə yanaşı sahildən aralıda insan əli ilə salınmış adalardakı memarlıq abidələri ilə Dubay rekordlar qırır. Şəhərdə ikən marşrut siyahınıza əlavə etməli olduğunuz görməli yerlər aşağıdakılardır.


Dubai Attractions Burc Xəlifə

Yerdən 828 metr hündürlükdə olan Burc Xəlifə otelini nəzərdən qaçırmaq mümkün deyil. Dünyanın ən hündür qülləsi olan bu qüllə Dubayın hər yerindən görünsədə, buranı yaxından , hətta onun içərisindən izləmək daha yaxşı olardı. Buludsuz günlərdə 124-cü mərtəbədə yerləşən müşahidə meydançasından görünən mənzərə insanı tamamilə heyran edir. Bu mənzərəni yalnız 148-ci mərtəbədə yerləşən At The Top Sky barından görünən mənzərə geridə qoya bilər. Buludların arasında yemək yeməkdən zövq almaq istəyənlər üçün 122-ci mərtəbədə yerləşən At.mosphere barı lazımi ünvandır.

Məhəmməd ibn Rəşid Bulvarı, Dubay Şəhər Mərkəzi
+971 4 888 8888


Dubai Attractions Dubay Mall

Burc Xəlifədən sağ tərəfdə Dubay Mall AVM yerləşir. Bu geniş məkanı sadəcə AVM adlandırmaq günah olardı. Hətta bütöv bir gün belə alış-veriş mərkəzini tamamilə gəzib qurtarmağa bəs etmir. Bundan əlavə burada 1200-dən artıq mağaza, 150 restoran, qapalı tematik parklar, nəhəng şəlalə, rəqs edən fəvvarə, nəhəng akvarium və sualtı zoopark vardır.

Maliyyə mərkəzi şossesi, Dubay şəhər mərkəzi
+971 800 38224 6255


Dubai Attractions Palm Jumeirah

İnsan əli ilə salınmış palmaşəkilli ada — yerli əhalinin "yalnız Dubayda" deməsinə səbəb olan möcüzədir. Dünyanın ən böyük süni adalarından biri olan Palm Jumeirah bəşər zəkasının zirvəsidir. Yerli sakinlər və turistlər Palmanın Waldorf Astoria, Fairmont, One&Only, Jumeirah Zabeel Saray və ecazkar Atlantis, The Palm kimi elit kateqoriyalı nəhəng otellərdən zövq alırlar. Adanın tramvay sisteminə qoşulan təkrelsli xətlə ora gedib çıxmaq o qədər də asan deyil.


Dubai Attractions Dubay Körfəzi

Dubay göydələnlərinin dəbdəbəsinə və füsunkarlığına görə məşhur olsa da, əslində şəhərin ürəyi hər zaman körfəzlə döyünüb və döyünəcək. Bu duzlu su hövzəsi Bəni Yas tayfasının məskunlaşdığı ərazi olub. Onun suları vaxtilə Dubayın əsas iqtisadiyyat sahələri olan mirvari hasilatı və balıqçılıqda həyati əhəmiyyətli rol oynayıb. Bu gün həmin ərazidə əmirliyin tarixini əks edirən Dubay Muzeyi, eləcə də dolanbac yolları olan qızıl, ədviyyatparça bazarları yerləşir. Burada ənənəvi abra qayığına minməyi unutmayın. İnanılmaz dərəcədə ucuz, 1 nəfərlik biletin qiyməti 1 AED olan bu yer şəhərin ən münasib qiymətə olan görməli yeridir.


The-beach JBR-dəki Xiyaban və Çimərlik

Alış-verişi, nahar etməyi, filmə baxmağı və çimərliyə getməyi eyni məkanda yerinə yetirmək istəyənlər JBR-lə üzbə-üz yerləşən The Beach-ə baş çəksin. Xaricdən dəvət olunmuş DJlərin həftə sonu musiqi proqramları, açıq havada olan kinoteatrları, balaca uşaqların 1 və ya 2 saatlıq əyləndiyi məhşur su parkları ilə JBR hər zaman qaynar məkandır.

Jumeirah Beach Residence


Kite-beach Çərpələng Çimərliyi (Kite Beach)

Uğurla adlandırılmış Kite Beach su idmanı üzrə bacarıqlarınızı sınaqdan keçirmək üçün əla yerdir, lakin burada sudan kənarda da kifayət qədər məşğuliyyətlər var. Çimərliyin bir neçə addımlığında, açıq havada yerləşən kafe və ya restoranlardan birindən meyvə kokteyli sifariş edin, inşası yenicə başa çatmış skeyt parkında velosiped və ya skeyt sürənlərə tamaşa edin, yaxud da voleybol oynayın. Bir çox çimərlik məşğuliyyəti və Burj Al Arab otelinin ecazkar mənzərəsi ilə bütün gününüzü burada keçirməkdən darıxmayacaqsınız.

Kite Beach, Umm Suqeym


Dubai-Marina Dubay Marina

İnsan əlilə yaradılmış dünyanın ən böyük Dubai Marina marinasından gələcəyə boylanın. Dubay Marina Walk-da gəzişərək və yaxud da Dubai Marina Yacht Clubda yelkənli qayıqdan dünyanın ən hündür yaşayış binalarına heyranlıqla tamaşa edin.


Dubai-Desert Səhra

Dubayın ən müasir mərkəzi küçələrindən 20 dəqiqəlik məsafədə siz ecazkar Ərəb Səhrasını—Dubayın ən çox turist cəlb edən məkanını təcrübədən keçirə bilərsiniz. Desert Safari Dubaysayağı Səhra səyahətinə çıxaraq kabab yeməklə, xına bəzəyini və dəvə sürməyi təcrübədən keçirməklə Offroad əyləncəsini, kvadrasikli və sendbordinqi sınaqdan keçirin. Yaxud da səhranın ecazkarlığını şəxsən idarə etdiyiniz avtomobilin sükanı arxasından izləyin. Dəbdəbəli macəra axtaranlar Heritage Dinner Safari nahar həzzini əldən verməməlidir. Günboyu etdikləriniz sizi kifayət etmədi? Qum təpələrinin arasında yerləşən Al Maha Desert Resort & Spa və ya Bab Al Shams Desert Resort & Spa spa mərkəzlərində özünüzə unudulmaz gecə bəxş edin.


Al-Fahidi-Historical-Neighbourhood-4 Tarixi Əl Fahidi Məhəlləsi

Bur Dubaydakı tarixi Əl Fahidi Məhəlləsi şəhərin ən qədim məhllələrindən biridir. Gəzərək seyr etməyə dəyən bu yer, külək qüllələri və dolanbac xiyabanların labirinti ilə ötən zamanların nostalji görüntüsünü bəxş edir. Siz Şeyx Məhəmməd adına Mədəni Anlaşma Mərkəzində (SMCCU) qonaqlar öyrənir, irsi turlarda iştirak edir və yerli mədəniyyəti daha yaxşı anlamaq üçün bələdçilərlə məscidlərə baş çəkirlər. Bu tədqiqat səfərindən sonra abra qayığı ilə körfəzin digər sahilindəki bazarlara doğru yol alın.

Əl Fahidi küçəsi, Bur Dubay


Madinat-Jumeirah Madinat Jumeirah kompleksi

Ənənə ilə dəbdəbəni birgə təcrübədən keçirmək üçün Madinat Jumeirah kompleksinə gəlin. Hərfi tərcümədə "Jumeirah şəhəri" mənasını verən bu kompleks qədim istehkama əsaslanır. O, özündə dəbdəbəli otelləri, ənənəvi üslubda inşa edilmiş şəxsi mülkləri, dünya səviyyəli Talise Spa, Madinat Souk bazarını, Madinat Theatre teatrını və 44 restoran və istirahət məkanını ehtiva edir. Su yollarını və memarlıq nümunələrini dəyərləndirmək üçün ənənəvi taxta abra qayıqlarından da istifadə edə bilərsiniz.

Jumeirah Beach Şossesi
+971 4 366 8888


Dubai-Opera Dubay Operası

Dubayın mərkəzində yeni salınmış "Opera rayonunda" yerləşən Dubay Opera teatrı Londonun West End və ya Manhettenin Broadway teatrları ilə müqayisə oluna bilən başgicəlləndirici repertuar təklif edir. Dubay Fəvvarəsinə açılan mənzərəyə malik olan və Burc Xəlifənin yanında yerləşən və ərəb gəmilərinin formasında inşa edilən bina göz oxşamaqla hər kəsin diqqətini cəlb edir. Bina arkalarının foye, taksi dayanacağı və avtomobil parkı kimi istifadə olunan yuxarı hissəsi qayıq şəklində, səhnə hissəsi isə elə dizayn olunmuşdur ki, asanlıqla üç cür müxtəlif platformaya çevrilə bilər: Teatr, salon və konsert zalı.

Məhəmməd ibn Rəşid Bulvarı, Dubay Şəhər Mərkəzi
+971 4 440 8888


IMG-Park İMG Macəralar Dünyası

Əyləncə, həyəcan sürət və hətta 5D. 28 futbol meydançası qədər sahəyə malik nəhəng tematik parkda gəzdiyiniz zaman rast gəldiyiniz yalnız bunlar olacaq. Ən müasir və həyəcanlandırıcı atraksionları ilə IMG World parkı sevimli film qəhrəmanlarınızı canlandıracaq. Kiçik yaşlı ziyarətçilər üçün burada Ben 10, Qambol, Super qızlar və Tənbəl Qəsəbə cizgi filmləri qəhrəmanlarına dair tematik atraksionlarına, nisbətən böyük uşaqlar isə Marvell qəhrəmanlarının: Hörümçək adam, Halk, Dəmir adam, Tor və Qisasçıların dünyasına qərq olacaqlar. Siz həmçinin İtmiş Vadidə həqiqi ölçülərə malik hərəkət edən dinozavrlara rast gələcəksiniz. Geniş çeşidli müxtəlif növ əyləncələr, eləcə də bir çox restoran və mağazalar gün boyu bütün ailənin xoş istirahətinə təminat verir.

Məhəmməd Bin Zayed Şossesi, City of Arabia
+971 4 403 8888


City-walk City Walk Məhəlləsi

13.000 kv. mter sahəni əhatə edən və Avropa küçələrini xatırladan City Walk məhəlləsində nəqliyyatın hərəkəti qadağan olunduğundan rahat gəzmək mümkündür. Ağaclarla əhatə olunmuş və bol mağaza və restoranların olduğu prospektlər boyu gəzin. Dubayın mərkəzində yerləşən Burc Xəlifə binasını qiymətləndirmək üçün başınızı qaldırıb binaya tamaşa etməyi unutmayın. Burada həmçinin fəvvarələr, uşaqlar üçün oyun meydançaları və açıq havada əyləşmək üçün yerlər var.

39 Al Safa küç. (Al Wasl və Al Safa şossesinin kəsişməsində)
+971 4 317 3999


Dubai-Parks-and-Resorts Dubay Parkları və Kurortları

Tezliklə Dubai Parks and Resorts park və əyləncə mərkəzinin açılması ilə Dubay real əyləncə cənnətinə çevriləcək. Uşaqlar Motiongate™, Bollywood Parks™ and LEGOLAND® kimi tematik parkların nəhəng labirintlərində öz həyəcanlarını gizlədə bilməyəcklər, böyüklər isə çoxlu restoranlara və maraqlı əyləncə proqramlarına malik Riverland™ Boulevard-da istirahət edə biləcəklər. Parkın ərazisində yerləşən və polineziya üslubunda inşa edilmiş dəbdəbəli The Lapita™ oteli öz qonaqlarına bütün atraksionlara rahat girişi təmin edir.

Şeyx Zayed şossesi, Palm Jebel Ali ilə üzbəüz
+971 4 820 0820


Outlet-village Outlet Village

Orta əsrlər italyan şəhəri ab-havasını xatırladan Outlet Village 25.000 kv. metr sahəni əhatə edir. Buradakı mağazalar bütün il boyu lüks brend məhsulları endirimli qiymətlərlə təklif edir. Bu ticarət mərkəzinin memarlıq üslubu Toskana şəhərində yerləşən tarixi mərkəz olan kiçik San-Ciminano şəhərindən ilhamlanaraq yaradılıb və 1990-cı ildə UNESCO tərəfindən dünyanın mədəni irsi siyahısına daxil edilmişdir. Bu möhtəşəm memarlıq nümunələri arasında ticarət mərkəzində qüllələr, tağlar, hətta insanı orta əsrlərə aparan daş quyulara rast gəlmək olar ki, bu da ticarət mərkəzində xüsusi atmosfer yaradır. Dünyaca məhşur lüks brendlərdən əlavə siz burada idman geyimləri və idman avadamlıqları, eləcə də mebel və məişət avadanlıqları da əldə edə bilərsiniz.

Dubai Parks and Resorts, Jebel Ali-nin yaxınlığı
+971 4 317 3999


Dubayda bənzərsiz kulinariya nümunələrini dadmaq istəyirsiniz? Dubayın romantik restoranlarından birində gecənizi unudulmaz edin və ya qum təpələrinə səyahət edərək səhrada eksklüziv nahar.

1302
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing

Booking Widget Title

Hotel Title

Flight Title

Bunlar da xoşunuza gələ bilər
Dubay Alış-Veriş Festivalı 2017 Tədbirlər
Dubay Alış-Veriş Festivalı 2017
Tezliklə açılacaq
Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim Sövdələr
Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim
24-48-72 saat müddətində Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Avtobusla "Dubay Mənzərələri" Şəhər Turunda və "Ərəb Macəraları" Səhra Safarisinə birgə kuponlar ilə 225 dirhəmə qədər qənaət edin
Tədbirlər
Elton Con canlı ifa
Milyonlarla albomu satılmış, piano musiqisi əfsanəsi Dubayın günəşli sahillərinə gəlir
Dubayda Bir Günlük Safariyə 15% endirim Sövdələr
Dubayda Bir Günlük Safariyə 15% endirim
DDCR-in tam mərkəzində tam-inklüziv möhtəşəm düşərgəyə 15% endirim