Dubai

Dubayın Qədim Şəhərini Kəşf Edin

Dubayın Qədim Şəhərini Kəşf Edin http://www.visitdubai.com/az/articles/dubai-old-town 20150925T105409:635787752496583638 20161108T190047:636142284471972579 Dubayın tarixi yerləri

Nəhəng alış-veriş mərkəzləri, sahilyanı otellər, parlaq çoxmərtəbəli binalar arasında Dubayın təvazökar və son dərəcə füsunkar qədim mahalı. Şəhərin ənənəvi məhəllələrinin dolanbac küçələrinə üstünlük verən cəsur turistlər ənənəvi bazarların, fərqli restoranların, Dubayın on illər əvvəl necə olduğuna nəzər salmağı təklif edən tarixi yerlərin səs küylü ab-havasını kəşf edəcəklər. Mütləq görməli olduğunuz yerlər:

Dubayın qədim məhəllələrinin bazar və muzeylərində Dubayın əzəmətli tarixini kəşf edin

Tarix, irs və möhtəşəm mətbəx


Dubai-old-town Bazarlar

Dubayın məşhur bazarlarını araşdırmaqla Ərəbistanın əhəmiyyətini hiss edin. Şəhərin yarandığı ilk günlərdən qonşu ölkələrdən olan tacirlər öz mallarını satmaq üçün öz gəmiləri ilə buraya yan almışlar. Bu gün bu bazarlarda qızıl, parça, ətriyyat və balıq təklif edilir, lakin dünyanın ən dəyərli ədviyyatlarının fərqli rəng və ətirləri ilə bazarı canlandıran Ədviyyat Bazarı ən çox xoş təəssürat yaradan bazardır.

Siz Dubay Krikdə Abra (qayıq) vasitəsilə bir bazardan digərinə səyahət edə bilərsiniz. Biletinin qiyməti 1 AED olan bu qayıqlar nəinki sürətli və ucuzdur, həm də əsl Dubay təəssüratı bəxş edir.

Yaxınlıqda əlverişli məkanda yerləşən Hyatt Regency otelində dincəlib özünüzə gəlin.
Və yaxud qədim Ərəbistana baş vuraraq restavrasiya edilmiş qədim binalarda yerləşən mehmanxanalardan birində qalın:

  • Şərq Mehmanxanası
  • Ahmedia Heritage Mehmanxanası
  • Barjeel Heritage Mehmanxanası
  • XVA Art Hotel mehmanxanası

Dubai-old-town Dubay Muzeyi

Dubay Muzeyi Əl Fahidi Qalasının içərisində yerləşir. Tarixi bina bədəvi ərəb tayfalarının bu ərazidə məskunlaşdığı dövrlərə aid Dubayın qədim tarixini əks etdirən təbii rəsm əsərləri, dioramalar, təsirli audio-video çarxlar və s. bu kimi ekponatlarla zəngindir.

Tarix və mədəniyyət həvəskarları Dubay Muzeyindən əlavə aşağıdakı digər muzeyləri də ziyarət edə bilərlər:

  • Crossroads of Civilizations (Sivilizasiyaların Kəsişməsi) Muzeyi
  • Qadınlar Muzeyi
  • Kofe Muzeyi
  • Dubay Bələdiyyə Muzeyi
  • Dubay Polis Muzeyi
  • Naif Muzeyi

Al-Fahidi-Historical-Neighbourhood-old-town
Əl Fahidi tarixi rayonu

Qədim Ərəbistan yarımadasına səyahət edin və o dövrün təbii tikinti materiallarından istifadə etməklə gips və mərcan daşlarından tikilmiş binaların öz əvvəlki gözəl görünüşünə qaytarılmış Əl Fahidi Tarixi Əyalətinin külək qüllələri arasında dolaşın.

Demək olar ki, hər tərəfdə şah əsər hesab edilən arabesk üslublu qədim binaların çoxluğu foto həvəskarları üçün xoş xəbərdir. Dubayın ən qədim binalarından birində yerləşən qədimdən miras qalmış Bayt Al Wakeel restoranında siz Levant və Əmirliyin mətbəxinin ləziz dadından zövq alacaqsınız.

Ərazidə xəttatlıqdan tutmuş müasir incəsənətədək hər bir şeyin nümayiş olunduğu çoxsaylı incəsənət qalereyaları vardır. Lakin siz yalnız incəsənətlə kifayətlənmirsinizsə, eyni zamanda həm otel, hə də kafe olan XVA unikal incəsənət qalereyasını ziyarət edə bilərsiniz.


Əgər əlavə vaxtınız qalsa, Dubai Heritage Village-ə baş çəkin və yaxud Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun babasının rəsmi iqamətgahı olmuş Sheikh Saeed House-u ziyarət edin.

Nəhayət Ərəblərə, Əmirliyə və İslama dair bütün suallara cavab tapa biləcəyiniz Şeyx Məhəmməd adına Qarşılıqlı Mədəni Anlaşma Mərkəzinə (SMCCU) baş çəkin.

Dubaya birinci dəfədir gəlirsiniz? Şəhərin mütləq görülməli atraksionlarından birinə baş çəkin və Dubayın ən fotogenik yerlərindən birində öz möhtəşəm selfinizi çəkin.

381
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing

Qrafik sifariş elementləri

Otelləri və uçuşları axtarın

Uçuşları axtar

Bunlar da xoşunuza gələ bilər
Valleydez, Sunset Mall Ticarət Mərkəzi Dubayda butikləri kəşf edin
Moda Macərasına Yollanın
Valleydez-də Eklektik Zəriflik
Çərpələng Çimərliyi Dubay Möcüzələri
Dalğaları əhilləşdirin
Çərpələng Çimərliyində serfinqlə məşğul olun
One&Only Spa Dubay hamamları
Dincəl. Tarazlıq əldə et. Dəyiş
One&Only Royal Mirage Spada qəlbinizi oyadın
Eataly Dubay Kafe həyatının ləzzəti
Bura elə də kiçik olmayan İtaliyadır
Eataly italiya möcüzələr aləminə baş çəkin
Platinum Heritage (Platin irs) Dubayda Səhra Macəralarını kəşf edin
Səhra həyatını yaşayın
Səhranın tədqiq edin