Dubai
Dubay Operası açılır http://www.visitdubai.com/az/articles/dubai-opera-opens 20160829T110804:636080656843988471 20161108T185651:636142282112421647 Şəhər boyunca incəsənət və əyləncə yerlərini kəşf edin Milan və Sidneydən qabağa keçməklə, biz məqsədyönlü ifaçılıq sənəti binası ilə mədəni nüfuzumuzu yuxarı qaldırdıq - və bu ay Dubay Operası öz pərdələrini açır. Dubayda mədəni tədbirlərimizə dair bələdçimizi diqqətinizə çatdırırıq. İllik Dubay Operası təqviminin mütləq görməli tamaşaları.

Dubayın son bir neçə il ərzində planlaşdırılmış mədəni təşəbbüsləri arasında Dubay Operası ən çox gözlənilən hadisədir. Manhettenin Brodveyi və Londonun Vest Endi ilə rəqabətə girəcək ifaçılıq proqramı ilə Dubay şəhərin işgüzar mərkəzindəki yeni Opera Rayonunda tikilmiş bu müasir çox formatlı bina ilə dünya səhnəsində özünə yer tapdı. "Texniki cəhətdən, bu, həqiqətən də yüksək inkişaf səviyyəsidir - işıqlarından tutmuş bir stildən digərinə keçmə qabiliyyəti və dizayna əlavə edilə biləcək avadanlığı fenomenaldır", - deyə Dubay Operasının rəhbəri Jasper Hope qeyd edir.

5

Bir vaxtlar şəhərin müxtəlif yerlərində ifaçı sənəti səhnələrində yerli və kiçik miqyaslı əsərlər üstünlük təşkil etsə də, Əmirlik indi Dubayın Orta Şərqdə yüksək keyfiyyətli incəsənət qovşağına çevrilmə arzusunu həyata keçirmək üçün daimi məkana malikdir. Dubay Operası balet, opera, teatr və myuzikl janrında dünya səviyyəli tədbirlərlə Əmirliyə yeni mədəniyyət nüfuzu gətirməyi planlaşdırır.

"İndiyə qədər Dubayda açılış gecəsində çoxlu gözəl şeylər olub, amma canlı şou olmayıb. Ən azı bizim təqdim etdiyimiz şəkildə, dünya səviyyəsinə şou olmayıb", - deyə Hope izah edir. "Opera, balet və ya musiqili tamaşa üçün onlar Nyu York, London, Vyana və digər şəhərlərə üz tutublar. İndi artıq bunlar bizdə də var."

7

Dubay Fəvvarəsinə və Bürj Xəlifəyə baxan, Ərəb qayığını xatırladan konstruksiyanın dizaynını Dubayda yaşayan holland memarı Janus Rostock hazırlamışdır. 2,000 nəfər tutan bu binanın əyri şüşə forması Dubayın dəniz tarixinə xas olan ənənəvi taxta qayıqları xatırladır.



Daxildə, dəniz mövzusu davam edir, binanın gəminin burnuna oxşar hissəsində əsas səhnə, orkestr, tamaşaçılar üçün yerlər, o cümlədən damı və açıq havada bağça yerləşir. Binanın arxa hissəsi gəminin korpusu kimi uzanır və buraya gözləmə sahəsi, taksi və dayanacaq sahələri daxildir. İnteryer üç ifa rejimi arasında ahəngdar keçidi təmin etmək üçün layihələşdirilmişdir: teatr, yastı dib və konsert, və banketləri, o cümlədən konfranslar və incəsənət sərgilərini keçirməyə imkan verir.

Opera Rayonu layihəsinin lövbəri kimi, şəhərin qəlbində yerləşən dəbdəbəli mədəniyyət və həyat tərzi məkanı Dubay Operasının müasir binaları tezliklə dünyanın yüksək səviyyəli balet, opera və teatr tamaşalarını Orta Şərqə cəlb edəcək. Və, şübhəsiz ki, kapitan öz yolunu bilir. Sükan arxasında Londonun Kral Alber Zalının keçmiş rəhbəri Jasper Hope durur. Dubay Operasının rəhbəri kimi o, operanın fəaliyyətinə görə cavabdehlik daşıyır və operanın ilk ilinə başlamaq üçün təsiredici tədbir təqvimini hazırlamışdır.

6

Dubay Operasının açılış gecəsini bir dəfə bir saat 20 dəqiqədən artıq alqışlanmış adamdan yaxşı kim keçirə bilər. İspan tenoru və dirijoru Plasido Dominqo - Vyana Dövlət Teatrında Verdinin Otellosunu ifa etdikdən sonra 101 dəfə səhnəyə alqışla çağırılmış bu şəxs bu, biletlərin artıq tam satıldığı tədbirin səhnəsində Grammy mükafatının qalibi Ana Mariya Martinezə qoşulur.

Dubay Operası

Təqvimə həmçinin ilk dəfə 1863-cü ildə ifa edilmiş və Dubayın mirvari dalğıclığı tarixinə tam uyğun gələn fransız bəstəkarı Jorj Bizenin Mirvari çıxaranlar romantik operası da daxildir. Burada həmçinin Rusiya Dövlət Baletinin ifasında Jizel baleti və orijinal xoreoqrafiya ilə ayaq döyəcləyən, barmaq şıqqıldadan Vest Sayd Hekayəsi də vardır. Eyni zamanda BƏƏ müğənnisi Hüseyn Əl Jassimi Dubay Operasının səhnəsinə dəvət edilmiş ilk ərəbdir. 1997-ci ildə Layali Dubay televiziya istedad şousunda kəşf edilmiş bəstəkər və nəğməkar şairin Youtube videosuna 500 milyondan artıq adam baxmışdır.

486
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing
Bunlar da xoşunuza gələ bilər
JBR-də Walk ticarət mərkəzi Alış-veriş həvəskarları birləşin
Dəbli gəzin
JBR-də Walk ticarət mərkəzində alış-veriş edin
Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim Sövdələr
Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim
24-48-72 saat müddətində Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim
Qarderob Dubayda Mağazalar
Raritet Çağırışı
Qarderobda Raritetlərin Sərfəli satışı
Şeyx Məhəmməd adına Mədəni Anlaşma Mərkəzi Dubay muzeyləri
Beynini və bədənini qidalandır
Şeyx Məhəmməd adına Mədəni Anlaşma Mərkəzi
Souk Al Bahar (Al Bahar Bazarı) Dubay bazarları
Mənzərəli bazar
Souk Al Bahar-ı (Al Bahar bazarını) aşkar edin