Dubai

Dubayda su idman növləri

Dubayda su idman növləri http://www.visitdubai.com/az/articles/dubai-water-sports 20161010T152016:636117096160980674 20161108T185729:636142282497737772 Sport In Dubai

İl boyu günəşli hava, kilometrlərlə uzanan sahil xətti və hər şeyin macəraya kökləndiyi şərait - Dubayda sudan ala biləcəyiniz həzz üçün hər hansı bir nöqsan nəzərə çarpmır. Kaytsörfinqdən tutmuş flaybordinq və su təpəciklərinə qədər ən yaxşı su idman növlərinin iştirakşısı olmaq istəyirsinizsə, bu idman növlərini izləməkdə davam edin.

Dubayın su təpəcikləri, sualtı qayıqlar və digər su əyləncələri.

Özünüzə məxsus olan sualtı qayığınızda dənizin altını kəşf etmək əyləncəlidir?


Bu, sizə Hollywood filmini xatırlada bilər, lakin bu şəhərimizin ən yeni idman növlərindən biridir. Son illərdə sörfinq və su skuterində gəzintiyə daha həyəcanlı əyləncə - flaybordinq və sualtı qayıqda gəzmək kimi yenisi əlavə edilmişdir. Bu il Atlantis The Palm kurortunda yerləşən, 17 hektar sahəsi olan Aquaventure akvaparkı Yaxın Şərqin ən yaxşı və TripAdvisor istifadəçilərinin reytinqində isə dünyanın ən yaxşı beşinci akvaparkı seçilmişdir. Lakin Dubayda ekstremal su əyləncələri bunlarla bitmir.


dubai-water-sports-adventure-Aquaventure-Underwater-Tube


Dubayın ən yaxşı su təpəcikləri


Jumeirah otelinin həyəcan dolu Wild Wadi akvaparkında və ya ən müasir atraksionlarla təchiz olunmuş Atlantis The Palm Aquaventure akvaparkınadək Dubaydakı bütün məkanlarda yerə doğru şığımaq bir incəsənət hesab olunur. Wild Wadi-nin ən əsas elementi tunelə girmədən öncə su burulğanına doğru enən, hava ilə doldurulmuş altı yerlik Burj Surj-dur. Aquaventuranın İnam Sıçrayışı, köpək balıqları ilə dolu olan akvariumun üzərindədir. Atlantis the Palmda və ya şəhərdəki Jumeyra otellərindən birində qalan qonaqlar üçün Aquaventure və Wild Wadi akvaparklarına giriş pulsuzdur.

Wild Wadi su parkına giriş haqqı 285 dirhəm; Jumeiraha gəlməyən qonaqlar üçün giriş haqqı 250 dirhəm.


dubai-water-sports-adventure-wild-wadi


Öz şəxsi sualtı qayığınızı özünüz idarə edin


"Çənələr" fiminin həvəskarları suyun altında üzən və başgicəlləndirici sürətlə - 100 km/s sürətlə suyun səthinə çıxan köpəkbalığı formasında olan bu sualtı qayığı çox sevirlər. Bu sualtı qayıq sudan sıçrayaraq havada qövs vuran delfini imitasiya edir. Burada olan ən yaxşı şey kondisionerlərin yaratdığı sərinlikdir. Bir nəfər üçün 725 dirhəm dəyərində olan Pro Surfer paketi sifariş verməklə (minimum iki nəfər) sizə Seabreacherdə bir saatlıq paddlebordinq gəzintisi ilə bərabər özəl kabinet, çeşidli içkilər və qəlyanaltı təklif olunur.

Dubay, Rixos otel The Palm, 15 dəqiqə üçün 500 dirhəm


dubai-water-sports-adventure-submarine-shark-Seabreacher-2


"Reaktiv" sürətə malik Flaybord


Ekstremal halları sevənlər bu cazibədar atraksionda özlərini superqəhrəman hesab edəcəklər. Вu bir qədər snoubordinqə bənzəyir, lakin fərq ondadır ki, siz yüksək təzyiqli fəvvarə ilə göyə qaldırılaraq havada süzəcəksiniz. Bu unudulmaz anları əbədiləşdirmək üçün özünüzlə etibarlı videokamera götürməyi unutmayın.

20 dəqiqə üçün ödəniş 300 dirhəm, Dubay Al Souq Limanı Dəniz gəzintisi



Fly Fish-də suyun üzəri ilə uçun


Hazırda əyləncəli su idmanında yüksəkliklərə qalxmaq çox sevilir. Sehirli xalçadan fərqlənməyən hava ilə doldurulmuş çoxadamlıq atraksion sürətlə gedən qayığın arxasına bağlanmış halda havada süzür. Sürət azaldıqda isə suya düşərək tərkindəki sərnişinləri suya qərq edir. Xəbərdarlıq: İslanacaqsınız. Su idmanından bundan başqa nə gözləmək olar ki?

15 dəqiqə üçün ödəniş 150 dirhəm, Le Méridien Mina Seyahi otelinin yanında yerləşən Sewake atraksionu


dubai-water-sports-adventure-inflatable-Fly-Fish


Veykbordda öz ustalığınızı nümayiş etdirin


Bu su idmanı növü sörf, snoubord və ya skateborddan daha çox məharət tələb edir. Yaxşı olar ki, bunların hər birindən bir qədər anlayışınız olsun. Veykbordinq üçün hər iki ayağın möhkəm bərkidildiyi xüsusi lövhədən istifadə olunur. Qayıq hərəkət etdikdə onunla bərabər veykbordun üzərindəki idmançı da hərəkət edir. Qayıq kəskin şəkildə dönərkən hadisələr daha maraqlı hal alır. İdmançı fənd göstərdikdə, havada akrobatik hərəkət etdikdə xallar ikiqat hesablanır.

20 dəqiqə üçün ödəniş 250 dirhəm, Palma Jumeirah, Riva Çimərlik Klubu, Wake Evolution


dubai-water-sports-adventure-Wakeboarding


Yerli sakinlərlə kaytsörfinq


Dubayda kaytsörfinqin sevilməsinə şübhəniz varsa, Kaytsörfinq Beach çimərliyinə baş çəkin. Məhz burada həvəskar və peşəkar idmançılar paraşütə bərkidilmiş dəstəkdən yapışaraq sürətlərini azaltmaq və ya istiqamətlərini dəyişməklə idmanın bu növü üzrə öz bacarıqlarını nümayiş etdirir. Bu yalnız əyləncəli idman növü deyil, həm də bütün bədəninizi məşq etdirmək üçün əla imkandır.

Fərdi məşğələlər üçün 1 saatlıq ödəniş haqqı 350 dirhəm, Dukite, Jumeirah Beach yolu


dubai-water-sports-adventure-Kitesurfing-(2)
540
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing
Bunlar da xoşunuza gələ bilər
Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim Sövdələr
Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim
24-48-72 saat müddətində Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim
Tədbirlər
Global Village 2015-2016
Dubay Alış-Veriş Festivalı 2017 Tədbirlər
Dubay Alış-Veriş Festivalı 2017
Tezliklə açılacaq
XVA ART HOTEL’S CAFÉ-YƏ BAŞ ÇƏKİN Kafe həyatının ləzzəti
Yeyilə bilən incəsənət əsərləri
XVA ART HOTEL’S CAFÉ-YƏ BAŞ ÇƏKİN
Tədbirlər
Elton Con canlı ifa
Milyonlarla albomu satılmış, piano musiqisi əfsanəsi Dubayın günəşli sahillərinə gəlir