Dubai
Dubayın Trend Kafeləri http://www.visitdubai.com/az/articles/dubais-hipster-cafes 20160225T145104 20161108T190451:636142286911993499 Ulduzlar ilə nahar

Tək mənşəli qəhvə, soyuq-damcılı, ədalətli biznes prinsipi əsasında istehsal olunmuş qəhvə...Qəhvə, Dubayın bu rahatlıq və xoş əhval-ruhiyyənin, eləcə də espressonun hər şey üstün tutulduğu çox sərin kafelərində ciddi biznesdir. Təzə avakado tostu ilə latte dadmaq üçün və ya yaşıl smuzi içmək üçün ən yaxşı məkanlarla bağlı məlumatlarımızı oxumağa davam edin.

Dubayda yaxşı kafein dozası qəbul edə biləcəyiniz kafelər.

Siz izdihamın ardınca getməklə bu şıq nöqtələrə vara bilərsiniz


Ciddi təsadüflərlə zəngin olan Dubay şəhərində siz yaxşı dəmlənmiş çay, sağlam ekoloji cəhətdən təmiz təamların olduğu çoxlu xidmət sahələrinə (qida və qəhvə içkilərinin təqdim edildiyi yerlərə) rast gələ bilərsiniz. Yüksək zövqlü qəhvə içmək üçün ən yaxşı yerlər buradadır.


dubai-best-cafes-coffee-breakfast-hip-tom-and-serg-(2) Tom & Serg

Tom & Serg - Dubayda İnstaqramda ən çox paylaşılan qəlyanaltı məkanıdır. Al Quoz-un mərkəzində Melbrundan təsirlənmiş anbar stilində kafedir. Kafe özünün yüksək keyfiyyətli qəhvəsinə, laminqtonlarına, qızardılmış çörək dilimi üzərində Vegemaytına, hisə verilmiş tuna balığına və yüksək keyfiyyətli salatlarına görə məşhurdur. Menyu təbaşir lövhəsində yazılır və burada şəhər dekorundan tutmuş gülərüz heyətə qədər hər şey olduqca əladır.

15A küç, Al Joud Center, Al Quoz
+971 56 474 6812


dubai-best-cafes-coffee-breakfast-hip-comptoir-102-(2) Comptoir 102

Fransız konsepsiyalı mağaza və ekoloji cəhətdən təmiz kafe, Comptoir 102 özünün dəbliliyi və interyer dizaynına, eləcə də sağlam qidalarına görə tanınır. Comptoir 102 xam, tərkibində zülal olmayan, veqan seçimlərini, eləcə də orqanik şirə və kokteyllər təklif edir. Bundan başqa, yediyiniz qida siz mağazanı, gözəl seçilmiş geyim, aksessuar və ev dekorunu nəzərdən keçirərkən həzm olunacaqdır.

102 Jumeirah Beach Yolu, Jumeirah 1
+971 4 385 4555


dubai-best-cafes-coffee-breakfast-hip-the-sum-of-us Hamımız

Tom & Serg kafesinin arxasından dayanan komanda öz qonaqpərvərlik təcrübəsini şəhərin digər hissəsinə Dubay Dünya Ticarət Mərkəzinə əks istiqamətdə yerləşən kafeyə gətirmişdir, attracting a hip city crowd of locals and expats. Bu un məmulatları dükanı və kafe yerli qəhvəxananı xatırladır. Burada siz Efiopiyadan Kolumbiyaya qədər ən son ətirlər haqqında mütəxəssis heyətlə məsləhətləşə bilərsiniz. Onlar eyni zamanda, davamlı olaraq, fərqli menyu, o cümlədən yaxınlıqdakı çərəz firmasından zülal tərkibi olmayan variantlar və yerli məhsullar təklif edirlər.

Birinci Mərtəbə, Burj Al Salam, Trade Centre – 6-cı küçə
+971 56 445 7526


Hamımızla görüşün



Friends_Avenue Friends’ Avenue Cafe

Friends’ Avenue Cafe isti, dostyana bir yerdir və geniş çeşiddə yemək təklif edir. Onların əsas yemək seçimləri sizi əsla məyus etməyəcək və avakadolu tostlu qayqanaq, qril edilmiş yumurta və göbələklər həftəsonuna əla bir başlanğıc ola bilər. Əgər təkcə yemək sizi cəlb etmirsə, onda usta qəhvə tərkibləri sizi məftun edər.

Birinci Mərtəbə, Fortune Executive Towers, Cluster T, JLT
+971 4 554 5813


dubai-best-cafes-hip-omnia-breakfast-omelet Omnia Gourmet

Britaniyanın məşhur aşpazı Silvena Rouvinin ilk Dubay kafesi Omnia Gourmet Jumeirah Fishing Harbour-da seçkin bir yer tutur. Dekor varlı qapalı bağa oxşayır və menyuda orqanik qurman təklifləri çoxdur. Fıstıq kremi və fıstıq qabığından hazırlanmış Emerald Sheikha tartleti dadmadan keçməyin.

Jumeirah Fish Harbour 1, Jumeirah
+971 4 343 7181


Rider-Cafe Cafe Rider Custom Motorcycles

Cafe Rider həm motosikl, həm də qəhvə entuziastlarının məskənidir. Kafenin mükafata layiq görülmüş rəhbəri Barista tərəfindən hazırlanmış yerli və beynəlxalq qəhvədən içərək digər motosikletçilərlə söhbət edin və ya mağazadakı geyim və aksesuarlardan ibarət seçimlərə nəzərə salın.

Warehouse 7, 14C Umm Suqeim yolu
+971 4 321 4411


The Surf Café

The Surf Café-ə səfər sadə bir mühitdə sörfbordlar və divar asqıları ilə eleqant ziyafət imkanı bəxş edir. "Öz balıq menyunu seç" opsiyaları ilə və super təzə içkilər çimərlik öncəsi və sonrası fərahlanmaq üçün təkrarsız seçimdir. Yaxınlıqdakı Surf House Dubay-a gedərək sörfbord və avar icarəyə götürün və günün dalğa məlumatını öyrənin.

Jumeirah Beach yolu, Umm Suqeim 2
+971 4 346 6292


One Café

Gizli bağda yerləşən One Café yoqa, Pilates və meditasiya kimi çoxsaylı sağlamlıq dərsləri təklif edən Life’n One mərkəzinin içərisində gizli sığınacaqdır. Kafenin təbii ağacdan hazırlanmış mebelləri, asılan stulları və döşəmə üstündə oturma forması xüsusilə nahar görüşmələri üçün ideal hesab olunur. Kafedə təklif olunan hər şey şəkər, zülal və süd məhsullarından uzaqdır, lakin desert və kokteyldən tutmuş əsas yeməklərə, o cümlədən bütün günlər təklif olunan səhər yeməyinə qədər çoxsaylı təamlar təklif olunur.

27B küçəsi, Jumeirah Beach yolu
+971 4 343 6676

Dubayda unikal nahar təcrübəsi axtarırsınız? Dubayın romantik restoranlarının birində unudulmaz gecə keçirin və ya qum səhralarında sığınacaq taparaq, səhrada eksklüziv nahardan ləzzət alın.

614
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing

Booking Widget Title

Hotel Title

Flight Title

Bunlar da xoşunuza gələ bilər
Parça Bazarı Dubay Möcüzələri
Rənglərin işıltısı
Parça Bazarı boyu sarmaşın
Səhra Reyncerlərinin Big Red (böyük qırmızı) qumlarında sürüşmə Dubayda Səhra Macəralarını kəşf edin
Big Red təpəsindən qorxmamağa hünəriniz çatırmı
Səhra Reyncerləri ilə qumda sürüşmə
Burc Əl Ərəb Dubay Möcüzələri
Dəbdəbəyə doğru üzün
Burc Əl Ərəbi tədqiq edin
Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim Sövdələr
Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim
24-48-72 saat müddətində Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim
Dubay Alış-Veriş Festivalı 2017 Tədbirlər
Dubay Alış-Veriş Festivalı 2017
Tezliklə açılacaq