Dubai
Dubayda tematik parklar http://www.visitdubai.com/az/articles/dubais-theme-parks 20150925T105606:635787753663804365 20161108T190352:636142286322613080 Atraksion və akvaparklar

Macəraya gəldikdə Dubay şübhəsiz ki əvəzolunmazdır. Holivuddan ilham almış yeni Motiongate tematik parkından tutmuş ən çox tanınan Leqolanda qədər parklar haqqında lazımi təlimatlar bunlardır.

Dubayın yeni tematik parklarına dair bilməli olduğunuz bütün məlumatlar

Dubayda ən yaxşı karusellər və atraksionlara dair məsləhətlər


Onların ərsəyə gətirilməsinə illər həsr olundu, lakin gözləməyə dəyərdi. Dünyanın ən böyük bağlı yerdə yerləşən tematik parkı İMG Macəralar Dünyası (IMG Worlds of Adventure) 31 avqust 2016-cı ildə Dubayda açılır və oktyabrda Dubay parkları və kurortları kompleksinin daha bir hissəsi olan digər tematik park açılacaq. Hətta ən dəlisov xəyalları reallığa çevirmək üçün ambisiya və təcrübəsi ilə Dubay dünyada ən həyəcanlı oyun meydançasına çevrilmək məqsədini qarşısına qoymuşdur. Bütün ailəniz üçün əyləncə, yaxud tüklərinizi ipərdən həyəcan axtarmanızdan asılı olmayaraq, burada hamı üçün qəhqəhə planlaşdırılmışdır. 



İMG Macəralar Dünyası

Yura Dünyası yazıçılarının sözü ilə desək, “Park açıqdır”. Dubayın ən son rekord qoymuş parkı 
28 futbol meydançası ölçüsündədir və biri tam olaraq dinozavrlara həsr edilməklə, dörd zonaya bölünmüşdür. Temperaturuna nəzarət edilən qapalı yerdə yerləşən parkda 20-dən çox karusel və atraksionlar var və onların çoxu Marvel comic və Cartoon Network personajları haqqındadır.

Kimin üçün nəzərdə tutulmuşdur: Dəlibaşlar.

Xüsusi karusellər: "Velociprator" Amerikan təpəcikləri Dubayda ən hündür və ən sürətli Amerikan təpəcikləri olub, qonaqları 2.5 saniyə ərzində 100 km məsafəyə - qədim dövrlərin cəngəlliklərindən səhraya daşıyacaq.

Həyəcan səviyyəsi: Dırnaqları çeynəmək dərəcəsində.

İMG-Macəralar-Dünyası-Xarici-görünüşü-Parkın-tam-təsviri

Dubay Parkları və Kurortlarında "Motiongate"

Öz-özlüyündə bir blokbaster olan Holivuddan ilham almış bu macəra adasında Ruhla mübarizə aparanlar (Ghostbusters) və "Küftə mümkünlüyü ilə buludlu" (Cloudy With A Chance Of Meatballs) da daxil olmaqla 13 yadda qalan macəra və animasiya filmləri əsasında yaradılmış 27 karusel vardır. Beş zonadan üçü Holivudun ən əfsanəvi film studiyalarına, o cümlədən Dreamworks, Sony Pictures və Lionsgate studiyalarına həsr edilmişdir, Smörf Şəhərciyi (Smurfs Village) isə tamamilə ailələr üçün nəzərdə tutulmuşdur. 

Kimin üçün nəzərdə tutulmuşdur: Təhrikçilər. 

Xüsusi karusel: Dünyanın ilk Aclıq Oyunları (Hunger Games) françayzinqi əsasında hazırlanmış tematik parkındakı Kapitol həddindən artıq sürətli qatarı sizi arxaya, qapağa və başı aşağı şəkildə fırlayır. 

Həyəcan səviyyəsi: Qorxudan əsmə.

Kapitol-Həddindən-artıq-sürətli-Qatar---Aclıq-Oyunları

Dubay Parkları və Kurortlarında Leqoland Dubay


Bu ailəvi tematik park cəmi 60 milyon plastmas Leqo kərpicindən tikilmişdir və park Leqo Şəhəri və Orta Şərq mövzulu Miniland da daxil olmaqla altı zonadan ibarətdir. 2-12 yaşlı uşaqları olan ailələr üçün ideal olan bu parkda 40-dan artıq karusel və 15,000 Leqo modeli var, atraksionların əksəriyyəti uşaqlardan komanda kimi çıxış edərək, qayığı və ya avtomobili idarə etmək üçün bütün bacarıqlarından istifadə etməyi tələb edir. 

Kimin üçün nəzərdə tutulmuşdur: Minyonlar. 

Xüsusi karusel: Əjdaha (Dragon) Amerikan təpəcikləri saatda 60 km-ə bərabər daha yavaş sürətlə Leqoland Qalasından keçir və açıq havadakı yola çıxır. 

Həyəcan səviyyəsi: Asandan da asan. 

LEQOLAND-Dubay---Avtomobil-sürmə-Məktəbi

Leqoland Akvaparkı

Leqoland Dubayın sulu qolu 20-dən artıq uşaqlar üçün nəzərdə tutulmuş su təpəciyi və atraksionları, o cümlədən dalğa hovuzu, nəhəng su tökən vedrələr, körpələr üçün DUPLO su sıçratma safari sahəsi və öz Leqo salınızı tikə biləcəyiniz yavaş sürətlə axan çay. 

Kimin üçün nəzərdə tutulmuşdur: Kiçik su pəriləri. 

Xüsusi atraksion: Joker Soaker vedrələri hər bir neçə dəqiqədən bir qonaqların üstünə 300 qalon su tökür.  

Həyəcan səviyyəsi: Asandan da asan. 

LEQOLAND-Akvapark-(2)

Dubay Park və Kurortlarında Bolivud Parkları Dubay

Dubay Hindistanın canlı Bolivud film sənayesinə həsr edilmiş bu tematik parkla ilk olaraq daha başqa dünyanı açır. Parkda 16-dan artıq kinofilmlərə həsr edilmiş karusel, yeddi müxtəlif səhnədə verilən 30 canlı şou, Hindistan yeməkxanaları və Bolivud Bulvarı və Mumbai Çouk da daxil olmaqla beş zona vardır.

Kimin üçün nəzərdə tutulmuşdur: Qurular. 

Xüsusi atraksion: Parkın flaqmanı Racmahal Teatrı Brodvey üslublu Bolivud myuzikllərini nümayiş etdirir və 850-ə yaxın tamaşaçı tutur. 

Həyəcan səviyyəsi: Asandan asan. 


Gələcəkdə nələr olacaq...

Six Flags Dubayland (Altı bayraq)

Dubay Parkları və Kurortları 2019-cu ilin sonunda açılacaq dördüncü tematik park və ABŞ-dan kənarda ən böyük "Six Flags" parkının tikintisinə artıq başlamışdır. Başa çatdırıldıqda buraya 27 karusel və atraksion, o cümlədən altı tematik zona olacaq: Həyəcan axtaranlar meydançası (Thrillseeker Plaza), Sehrli dağ (Magic Mountain), Texas bayramı (Fiesta Texas), Əla sığınacaq (Great Escape), Möhtəşəm macəra (Great Adventure) və Möhtəşəm Amerika (Great America). Özünüzə qeyd edin!
609
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing

Booking Widget Title

Hotel Title

Flight Title

Bunlar da xoşunuza gələ bilər
Naif Souq Dubay bazarları
Souk-da (bazarda) pula qənaət edin
Naif Souk-da sərfəli təkliflərdən istifadə edin
One&Only Spa Dubay hamamları
Dincəl. Tarazlıq əldə et. Dəyiş
One&Only Royal Mirage Spada qəlbinizi oyadın
Timeless Spa Dubayda ixtisaslaşmış spalar
Sakitlik sizi gözləyir
Timeless Spa mərkəzində həyat yenidən başlayır
Souk Madinat (Madinat Bazarı) Dubay bazarları
Ərəb üsulu ilə alış-veriş
Souk Madinat- (Madinat Bazarını) sınaqdan keçirin
Eataly Dubay Kafe həyatının ləzzəti
Bura elə də kiçik olmayan İtaliyadır
Eataly italiya möcüzələr aləminə baş çəkin