Dubai

Avro 2016 oyunlarını Dubayda harada seyr etməli?

Avro 2016 http://www.visitdubai.com/az/articles/euro-2016 20160613T121034 20161108T190505:636142287054181733 Sport In Dubai Dubayda yaşamağınızdan və ya buraya qısa-müddətli səfər etməyinizdən asılı olmayaraq, öz sevimli oyunlarınızı seyr etməyinizüçün burada çoxlu yerlər var. Bu məqalədə bizDubayda həyəcanlı futbol oyunlarına baxarkən öz dostlarınızla yaxşı vaxt keçirmək üçün 7 ən yaxşı yer barədə yazmışıq. Bütün bu məkanlarda UEFA Avropa Çempionatı (Avro 2016) oyunları göstəriləcək. Futbol oyunlarını seyr etmək və öz sevimli komandanıza dəstək vermək üçün Dubaydakı 7 yeri təqdim edirik.

Həyəcanlı oyunları seyr etmək üçün dostlarınızsla görüşün!


Dubay bir çoxbeynəlxalq tədbirlər və fəaliyyətlərə ev sahibliyi edir. Beynəlxalq tədbirləri seyr edərkən, şəhərdə həyat xüsusilə idman tədbirləri zamanı qaynayır. UEFA Avropa Çempionatı bu mövsüm çox gərgin keçir, və şübhəsiz ki, Dubay sakinləri və ziyarətçiləri çempionatı böyük həvəslə izləyəcəklər! Əgər siz də onlardan birisinizsə və siz ən son oyunlarıhəyəcanverici amma rahat mühitdə harada izləyə biləcəyinizi düşünürsünüzsə, oyunları seyr etmək üçün ən yaxşı 7 yer ilə sizi tanış edirik. Öz sevimli komandanıza azarkeşlik etmək şansınızı əldən buraxmayın!



Real Madrid Cafe


Bu kafenin adı beynəlxalq futbol tədbiri üçün əlbəttə ki münasib addır. Bura həmçinin kafenin dekoru və təklif etdiyi geniş çeşiddə qidalara görə UEFA Avropa Çempionatını seyr etmək) üçün ən yaxşı yerlərdən biridir. Real Madrid kafesi The Beach, JBR-da yerləşir. Bu məkan futbol azarkeşləri xüsusilə İspaniya komandası Real Madridi dəstəkləyənlər üçün əla bir yerdir. Buranın dizaynı futbol xatirə əşyaları ilə bəzədilibvə burada qonaqlaracanlı oyunları nümayiş etdirmək üçün iki böyük ekran var.

Yeri: The Beach, JBR
Rezervasiya üçün: +971 4 277 5625


Real-Madrid-Cafe-Dubai


Zero Gravity çimərliyi


Zero Gravity futbol azarkeşləri üçün bu ilin ən böyük tədbirini qarşılamağa hazırlaşır və Avro 2016 oyunlarını canlı olaraqböyük ekranlarda həm içəridə həm də çöldə oturanlar üçün yayınlayacaq. Burada həmçinin yarışlar və azarkeşlər arasında PlayStation oyunlarının da keçirilməsi nəzərdə tutulub.

Məkan: Dubai Marina
Rezervasiya üçün: +971 4 399 0009


Zero-Gravity


Barasti bar


Barasti Club Avro 2016-nın bu mövsüm həyəcan və əyləncə üçün dizayn olunmuş oyunlarını öz böyük ekranlı, kondisionerli çadırında nümayiş etdirəcək. Sevimli komandalarınıza azarkeşlik edərkən öz ailəniz və dostlarınızlaçoxlu vaxt keçirdiyinizə əmin olun.

Məkan: Mina Seyahi
Rezervasiya üçün: +971 4 399 3333


Barasti


Belgian Café


Belgian Café Dubayda öz həyəcanlı mühitinə görə tanınırvə il boyu futbol azarkeşləri tərəfindən ziyarət olunur. Kafe, öz qonaqlarına UEFAAvropa Çempionatını (Avro 2016) seyr etmək üçün təkrarsız bir mühit yaradır. Azarkeşlərin canlı oyunları seyr etməsi üçün böyükekranlar təmin olunmaqla yanaşı, burada həmçinin bütün zövqlərə uyğun Belçika və beynəlxalq mətbəx də təklif edilir.

Məkan: Grand Millenium Hotel, Tecom
Rezervasiya üçün: +971 4 429 9999


Belgian-Cafe


Reform Social & Grill 


Reform Social & Grill restoranı öz müştərilərinə Fransanın paytaxtı Parisdən ilhamlanmış bir mühitdə rahat bir vaxt keçirmək imkanı verir. Böyük ekranlar bütün zövlərə uyğun xüsusi hazırlanmış menyudan həzz alarkən azarkeşlərin diqqətini cəlb edəcək.

Məkan: Emirates Hills, Dubai
Rezervasiya üçün: +971 4 454 2638


ReformSnG


Warehouse


Qarşıdan gələn futbol mövsümündə Warehouse Dubayda həyəcanlı mühitə siz də qoşulun. Le Meridien otelində Warehouse futbol azarkeşləri üçün həyəcanlı bir mühit təklif edir. Məkanda azarkeşlərə canlı oyunları seyr etməyə imkan verən 12 ekran var və buraya 250 adam sığışır! Zövqünüzü oxşayan innovativ menyudan ləzzət alarkən həyəcanlı mühit və müasir dekordan da həzz alın. Warehouse-da sizlərə böyük sürprizlər yaşadacaq maraqlı oyunları izləmək şansınızı əldən buraxmayın.

warehouse-dubai.com



Dubliners


Dubliners bütün il boyu xüsusilə də UEFA Avropa Çempionatının (Avro 2016) qarşıdan gələn mövsümündə futbol azarkeşlərini cəlb edir. Məkan, oyunları canlı nümayiş etdirmək üçün əla qurulub və burada dadlı irland yeməkləri təklif edilir. Dubliners azarkeşlərə oyunları qarışıqlıq olmadanseyr etməyə imkan verən böyük sahəsi ilə tanınır.

Rezervasiya üçün: 04 702 4255

488
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing

Booking Widget Title

Hotel Title

Flight Title

Bunlar da xoşunuza gələ bilər
La Serre Bistro & Boulangerie (Bistro və Bulka dükanı) Kafe həyatının ləzzəti
Zərif Fransa mətbəxini kəşf edin
La Serre-da fransız delikatesləri
Emirates Kart Zone Sürət ehtiyacı
Ürəyinizin sürətlə döyünməsinə nail olun
"Emirates Kart Zone" kartinqi ətrafında sürətlə dolanın
Bateaux Dubay Yeni qida tendensiyası
Dənizdə Nahar edin
Bateaux Dubayda Nahar Kruizi
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Avtobusla "Dubay Mənzərələri" Şəhər Turunda və "Ərəb Macəraları" Səhra Safarisinə birgə kuponlar ilə 225 dirhəmə qədər qənaət edin
Souk Al Bahar (Al Bahar Bazarı) Dubay bazarları
Mənzərəli bazar
Souk Al Bahar-ı (Al Bahar bazarını) aşkar edin