Dubai

Eviniz üçün dizayner bəzəyi

Dubayda ev əşyaları alın http://www.visitdubai.com/az/articles/finds-for-your-home 20151027T070331 20161212T162357:636171566370702269 Dubayda alış-veriş

Dubaydan geri gətirmək üçün nə isə unikal və yadda qalan bir şey istəyirsiniz? Nədən eviniz üçün bir şey almayasınız? Şəhərin əla inkişaf etmiş alış-veriş səhnəsi mebel və bəzəyi də daxil edərək, iri Amerika və Skandinaviya dizaynerlərinin və yerli Ərəb brendlərinin daxil olduğu ev əşyalarının hərtərəfli mağazalarını da əhatə edir. Hər hansı interyer layihəsinə uyğun gələcək unikal parçaların satıldığı mağazalar bunlardır.

Dubayda bu mağazalardan eviniz üçün bəzək suvenirləri alın

Dubayda lüks ev dekoru və suvenirlər


The One | İsveç dizaynları


The One İsveç mağazasıdır, lakin Ikea səviyyəsini gözləməyin. Əsas diqqəti əhatəli və dəbdəbəli mallara verən bu mağazada diqqətlə seçilmiş (etika nöqteyi-nəzərindən) mallar dünyanın hər yerindən gətirilir. Mövsümi, meylə əsaslanan kolleksiyalar müxtəlif mövzulara, məsələn Kənd Həyatı, yaxud Bohemiya Parıltısı mövzularına həsr edilmişdir və beləliklə, məhsulların bütün çeşidləri – boşqablardan, stəkanlardan və döşək ağlarından tutmuş, künc masalalarına və lampalara qədər – bir-birinə əla uyğunlaşır. Metal və ya dəbdəbəli parça ilə işlənmiş drama hissini duyun – və mağazada hətta "The One"-ın özünə məxsus musiqi parçaları səslənir. Daha böyük ölçülü mağazalarda hətta əfsanəvi yeməkləri təklif edən kiçik kafelər də var.


Luxury Home Décor

Dubayın müxtəlif yerlərində

+971 4 395 5889


S*uce dizayn mağazası | diqqət cəlb edən orijinal parçalar


Əvvəllər S*uce Gifts adlanan və Dubayın böyük hörmətə malik dəb şəxsiyyəti Zayan Ghandour tərəfindən yaradılmış bu dizayn və ev əşyaları mağazası S*uce dəb butikinin qəribə, orijinal estetikaya malik bir qoludur. Burada dizayner şamdanlarından və retro-tikişli döşəkcələrdən tutmuş qablara və ixtiyari incəsənət parçalarına qədər diqqətlə seçilmiş, sizin interyerə ani olaraq imic əlavə edən qəribə və gözəl ev əşyalarını aşkar edəcəyinizi gözləyin. 


Luxury Home Décor

Vasl Meydanı, Jumeirah-da yerləşir

+971 4 346 3393


Crate & Barrel | Qab-qacaq mütəxəssisləri


Bu Amerika zənciri tezliklə heyrətamiz qab-qacaq alma yerlərindən birinə çevrilərək, əsas diqqəti parlaq rəng sxemlərinə və müasir dizaynlara verirdi. Stol örtükləri və ya çay dəsmalları, qab-qacaq, yaxud çəngəl-bıçaq, salat kasaları və ya gümüş əşyalar axtarmanızdan asılı olmayaraq, onların təravətli, müasir üslubu bu mağazanı qida stilistlərinin birinci seçiminə çevirir. Mağaza həmçinin müasir, minimalist dizaynlarda yüksək keyfiyyətli mebel təklif edilir.


Luxury Home Décor

Əmirliklər Ticarət-Əyləncə mərkəzində http://www.visitdubai.com/az/pois/mall-of-the-emirates; və Mirdiff Şəhər mərkəzində yerlər


Comptoir 102 | Eklektik eksklüziv mağazalar


Dubayda yaşayan iki Fransız qadınının ehtiras layihəsi olan Comptoir 102 villada yerləşərək, gözəl – və həqiqətən xoşagələn - dəb və ev əşyaları məskənidir. Konsepsiya mağazası dizayn sevən sahibkar cütlüyünün dünyanın müxtəlif yerlərinə səfərindən gətirdiyi eksklüziv parçaları təklif edir. Burada qab-qacaq dəstləri, vaza və çilçıraqlar, incəsənət əsərləri və bəzək əşyaları, həmçinin dramatik mebel parçaları vardır. Burada yerləşən kafe sağlıqlı yemək təklif edir, mağaza həmçinin həftədə bir dəfə keçirilən fermer bazarını da qəbul edir. Kifayət deyilmiş kimi, Comptoir həmçinin bölgənin aparıcı dizaynerlərinin keçirdiyi tədbirləri də təklif edir, məsələn, bu yaxınlarda məşhur Livan mebel dizayneri Nada Debs tərəfindən təşkil edilmiş tədbir. Təəccüblü deyil ki, bu yer Dubayın incə zövqlü müsafirləri arasında məşhurdur.


Luxury Home Décor

102 Jumeirah Yolu, Jumeirah

+ 971 4 385 4555

388
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing

Booking Widget Title

Otelləri və uçuşları axtarın

Flight Title

Bunlar da xoşunuza gələ bilər
Boutique 1, Mall of the Emirates Dubayda butikləri kəşf edin
Boutik Şik
Boutique 1-də dəbdəbəyə daxil olun.
Balloon Adventures Emirates Hava şarı ilə uçmaqdan vaxtında zövq alın
Bütün bunların üzərindən uçün
Dubayın üzərində hava şarı gəzintisi həyata keçirin
Jumeirah Məscidi Dubay Möcüzələri
Vüqarlı İslam irsi sahəsi
Jumeirah Məscidini gəzin
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Avtobusla "Dubay Mənzərələri" Şəhər Turunda və "Ərəb Macəraları" Səhra Safarisinə birgə kuponlar ilə 225 dirhəmə qədər qənaət edin
Al Mamzar Parkı Görünən Mənzərə
Bir hissəsi park, bir hissəsi çimərlik
Al Mamzar Parkında ailəvi istirahət