Dubai

Dubayda Eid Al Adha (Qurban) bayramı

Dubayda Eid Al Adha (Qurban) bayramı http://www.visitdubai.com/az/articles/five-reasons-to-celebrate-eid-al-adha 20160829T111634:636080661945906085 20161108T190320:636142286000735482 Qurban bayramı ailələri və dostları bir araya gətirən vaxtdır və həmişə bayram cazibəsinin olduğu Dubaydan daha yaxşı bu bayramı harada keçirmək olar! Operadan tutmuş ərzaq maşınlarına qədər, bu Qurban bayramında hamı üçün nə isə yeni şey var.

Qurban bayramı, hər il müsəlmanların Həcc ziyarətinin sonunu qeyd etdikləri, İslam dininin əsas bayramlarından biridir. Həmçinin qurban bayramı kimi tanınan bu bayram bir araya gələrək, bayram etmək üçün mükəmməl vaxtdır. Bu il niyə də ticarət mərkəzlərinin (və adamla dolu yerlərin) əvəzinə yeni yerləri aşkar etməyəsiniz? Bir neçə seçim buradadır.


Özünüzü mədəniyyətə qərq edin


Dubay müasir Dubay Operasının açılışı ilə sosial səhnədə öz yerini qeyd etmişdir. İlhamverici qayıq formalı bina Əmirliyin mədəniyyət tacında ən son daş-qaşdır və burada əfsanəvi tenor Plasido Dominqo kimi ifaçıların dünya səviyyəli tamaşaları səhnələşdirilir. Bu tenorun açılış gecəsinə bütün biletlər satılıb. Qurban bayramı zamanı Jizel tamaşasında kəndli qızın sınmış qəlbindən söz açan romantik baletə baxın və ya Coppelia tamaşasında insan ölçüsündə gəlinciyin səfərini izləyin. Hər iki tamaşa Sibir Orkestrinin müşayiəti ilə Rus Dövlət Baleti tərəfindən ifa ediləcək.
Kimin üçün nəzərdə tutulmuşdur: Mədəniyyət axtaranlar
Harada: Dubay Operası
Nə vaxt: 15, 16 və 17 sentyabr


in-article-dubai-opera-supplied

Tarixə dərindən qərq olun


BƏƏ səhrasının dərinliklərində gizlənmiş Saruq Al Hadidarxaeoloji sahəsi  ilk dəfə 2002-ci ildə BƏƏ Vitse-prezidenti və Baş naziri, Dubayın Hakimi Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Əl Maktum tərəfindən aşkar edilmişdir. Qədim sahədə Dəmir dövründən başlayan min illik sivilizasiyanın açarı aşkar edilmişdir və indi onun artefaktları Dubayın tarixi Şindaqa məhəlləsində yerləşən yeni interaktiv muzeydə nümayiş etdirilir. Müsafirlər insan tarixinə dərindən qərq ola və muzeydə nümayiş etdirilən alətlərdən, zinət əşyalarından və daşlaşmış qalıqlardan ləzzət ala bilərlər.
Kimin üçün nəzərdə tutulmuşdur: Tarix həvəskarları
Harada: Saruq Al Hadid Muzeyi, Şindaqa 
Nə vaxt: 8.00 - 14.00, Şənbə - Cümə axşamı




Yeni şəhər mərkəzini tədqiq edin


City Walk iddiaya görə Dubayın ən qaynar yeni nahar və əyləncə qovşağıdır və bu yer, heç də sizi məyus etməyəcək. Dubayın işgüzar mərkəzi və yüksək səviyyəli Jumeirah rayonu arasında yerləşən zərif işlənmiş açıq-hava alış-veriş mərkəzi bu ilin əvvəllərində yeni artırılmış sahəsini təqdim etdi. O, Karl Lagerfelddən Missoniyə qədər dəbdəbəli alış-veriş mağazalarını və molekulyar qatronomiya məktəbindən və The Brass qəhvə bilicilərindən ilham almış Farzi Kafe kimi eksperimental restoranları bir araya gətirir. City Walk mərkəzinin enli, döşənmiş səkiləri Avropa əhval-ruhiyəsi yaradır. Uşaqlar Mattel Play! Town Dubay zonasında qısa müddətli dayanacağı, yaxud "Geek Nation" pop-mədəniyyət və komik kitab mağazasına səfəri sevəcəklər!  
Kimin üçün nəzərdə tutulmuşdur: Təsadüfi alıcılar
Harada: City Walk 
Nə vaxt: 10:00 - 22:00


in-article-city-walk-supplied

Qəlbinizdəki kiçik uşağı azadlığa buraxın


Yeni açılmış arkada və əyləncə kompleksi "Hub Zero" City Walk mərkəzində yerləşir. 15,000 kvadrat metrdən çox ərazini tutan Hub-ın 18 atraksionu həm yeni başlayanlar, həm də peşəkar oyunçular üçün interaktiv oyunları təklif edir. Nə təklif edilir? Burada virtual mağara, lazer tüfəngləri, 3D qərq olma tuneli, qapalı yerdə Amerikan təpəcikləri, uşaqlar üçün "go-kartin" yarış cığırı və yeni başlayanlar üçün karaoke otaqları vardır. Oyun başlayır!
Kimin üçün nəzərdə tutulmuşdur: Oyun Həvəskarları üçün
Harada: Hub Zero, City Walk
Nə vaxt: 12:00 - 00:00


in-article-hub-zero-supplied

Ərzaq avtomobilində səyahətə çıxın


Təhlükəsizlik kəmərini taxın, sevimli musiqinizi işə salın və Şeyx Zayed Yolunun Son Çıxışına üz tutun. Bu ərzaq avtomobili dayanacağı öz klassik bəzəyi, retro mebeli və qastronomik ləziz xörəkləri ilə sizi 1950-ci illərin Amerikasına aparacaq unikal məkandır. Ərzaq parkında yerləşən Dubayın 11 sevimli yeməkxanada siz burqerlər, hot doq (qızardılmış sosiska), vafli, üstəgəl takolar və falafellər kimi Amerikanın məşhur yeməklərinin dadına baxa bilərsiniz. Ən yaxşı cəhət də bundan ibarətdir ki, o, həftənin 7 günü, günün 24 saatı açıqdır.
Kimin üçün nəzərdə tutulmuşdur: Yemək sevənlər
Harada: E11
Nə vaxt: 24 saat açıqdır


in-article-last-exit-supplied

BONUS: Dubay klassikasının dadına baxın


Bayram əhval-ruhiyyəsində olan zaman atəşfəşanlıqdan yan keçmək çətindir. Hər il olduğu kimi, bu Qurban bayramında da Əmirlik gözəl hava şəraitində sehrli qırmızı, yaşıl, mavi və qızılı işıqlara qərq olacaq.
Kimin üçün nəzərdə tutulmuşdur: Hər kəs üçün
Harada: The Beach, JBR
Nə vaxt: Sentyabr 11-16, 20:00-dan başlayaraq


in-article-fireworks
595
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing
Bunlar da xoşunuza gələ bilər
Marina Walk (Esplanada xiyabanı) Dubayda ekoturizm
Gəzişin
Marina Walk-da keçirdiyiniz gündən ləzzət alın
Dubay Fəvvarəsi Dubay Möcüzələri
Su və işığın rəqsi
Dubay Fəvvarəsində şouya bax
Ədviyyat Bazarı Dubay Möcüzələri
Xüsusi rəng qatın
Ədviyyat Bazarında dərindən nəfəs alın
"Armani Spa" Dubay hamamları
Şıq bir spa günü
ARMANİ/SPA-da hazırlanmış istirahət
Dubay Parkları və Kurortları Dubay Möcüzələri
Dubay Parkları və Kurortları
Yeni meqa parkımızdan zövq almağa hazır olun