Dubai

Dubayın ən yaxşı yemək maşınları

Dubayın ən yaxşı yemək maşınları http://www.visitdubai.com/az/articles/food-trucks 20161010T152042:636117096429107907 20161108T185538:636142281381790480 Dubayda mətbəxləri kəşf edin Yemək maşını Dubayda indi də dəbdədir və yaxşı qarşılanır. Burada dünyanın bir çox mətbəxindən nümunələri dada bilərsiniz. Əmirlikdəki ən yaxşı yemək maşını seçimlərimizə baxın və onları sosial mediada izləməyi və bu maşınlara baş çəkməyi unutmayın. Dubayın ən qələbəlik yemək maşınlarında təamları dadın.

Özünüzlə yemək aparmaq üçün tam yeni bir üsul


Dubay küçələrində bir inqilab baş verməkdədir - bu, yemək inqilabıdır. Səyyar mətbəxlərin sayəsində Dubayın gənc aşpazları dəmir manqal üzərində bişirməyə başlayıblar. Nə bişirildiyini görmək üçün biz küçələrə gedirik.



GObai


Nə bişirirlər Hindistanın cənub ştatı olan Goa-nın təamlarını Dubay küçələrinə gətirir (GO + bai = GObai. Başa düşdünüz?), burada tako və parata üzərində təklif edilən çox çeşiddə karri və novator burqerləri tapa bilərsiniz.
Bizim sifarişimiz: Biz, mal ətindən çorizonu çox sevirik: Goan üslublu marinadlı, incə bişmiş, Goan çörəyi pao-nun içində ət — çox dadlıdır.
Sosial ol: @GObaiFoodTruck


Gobai


Moti Roti


Nə bişirirlər: Həddən artıq yağı və ədviyyatı karridən götürməklə ona yeni sima verdiyini iddia edən Moti Roti, yerində bişirilmiş ev-üslublu karri doldurulmuş, üzərində isə dadlı, çox çeşidli chutney olan rotilər təklif edir.
Bizim sifarişimiz: Cəmi 300 kalori olan toyuq ətindən tikka roti həm damaq dadınız həm də artıq kilonuz üçün əladır. Nanəni qatıqla daha da ləzzətli olur. Əgər yanında bir şey arzu etsəniz, bhaji soğan halqaları xüsusilə ləzzətlidir.
Sosial ol: @motirotime


Moti-roti-food-truck


Melt


Nə bişirirlər: Melt yağsız dondurulmuş qatıq, 100 faiz saf meyvəli sorma konfet daxil olmaq sağlıqlı dondurulmuş qidalar və bir sıra süd məhsulları, qlütensiz içkilər təklif edir. Üstəlik, yaraşıqlı, zolaqlı ağ-qara dizaynlı Melt vaqonları kütlədən seçilir.
Bizim sifarişimiz: Şokolad, banan və ya qəhvə tamlı Coconut Mylks içkisi olar. Sağlıqlı olduğundan çox düşünməyə ehtiyac yoxdur - odur ki, qoymayın qalsın!
Sosial ol: @meltfydxb


Melt


Salt


Nə bişirirlər: Bu məşhur, gümüşü, retro üslublu yük maşını bir çox qurman burqerləri təklif edir. Uzun müddətdir ki, bu maşın, Kite Beach yaxınlığında yerləşir və hazırda Jumeirah Corniche yaxınlığında, üzü çimərliyə doğru əla bir məkan təklif edir. Salt sayəsində burqer yemək əsl qonaqlığa çevrilib - beləliklə, sakinlər özlərini turistlər kimi və əksinə, turistlər isə özlərini sakin kimi hiss edirlər.
Bizim sifarişimiz: Duzlu, əridilmiş pendirli, üzərində jalapeno dilimləri olan 2 unsiya vaqyu mal əti burqeri.
Sosial ol: @findsalt


SALT

Calle Tacos


Nə bişirirlər: Los Ancelesin Meksika qida ənənəsini yaşadan bu məkanda takolar, naçolar, burritolar və quesadillaları əldə edə bilərsiniz. Parlaq portağal və sarı rənglər Meksikanı təcəssüm etdirir. Bununla yanaşı, rənglənmiş palma ağacları və dəvə karvanı sizə buranın Dubay olduğunu xatırladacaq.
Bizim sifarişimiz: Kalifornia burritosuna heç nə çatmaz – Monterey pendirli, çeddar pendirli un məmulatı tortilla və eləcə də, pico de gallo guacamole ilə toyuq, dana əti və ya vegetarian dolması, kartof qızartması ilə verilir.
Sosial ol: @calletacosuae


Calle-Tacos

Ghaf Kitchen


Nə bişirirlər: Ghaf Prawn Cocktail və “Posh Fish Finger Sandwich” kimi menyu seçimləri ilə buranın bahalı bir yer olduğunu güman edə bilərsiniz. Hətta hotdoqlar da təmtəraqlı görünür - mal ətindən hotdoq avakado ilə verilir.
Bizim sifarişimiz: Qarmarışıq olsa da biz molyusk və çipsiləri xoşlayırıq. Amma hisə verilmiş çili salsalı xərçəng burqeri də dadlıdır.
Sosial ol: @ghafkitchen


Ghaf-Kitchen


Dubayda belə təamlara hazırsınız? Dubayın ən yaxşı büdcə restoranlarınımüasir kafelərini nəzərdən keçirin.

456
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing
Bunlar da xoşunuza gələ bilər
Dubay Alış-Veriş Festivalı 2017 Tədbirlər
Dubay Alış-Veriş Festivalı 2017
Tezliklə açılacaq
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Şəhərin görməli yerlərinə Avtobus Turu və Helikopter Gəzintisində 185 dirhəmə qədər qənaət edin
XVA ART HOTEL’S CAFÉ-YƏ BAŞ ÇƏKİN Kafe həyatının ləzzəti
Yeyilə bilən incəsənət əsərləri
XVA ART HOTEL’S CAFÉ-YƏ BAŞ ÇƏKİN
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Avtobusla "Dubay Mənzərələri" Şəhər Turunda və "Ərəb Macəraları" Səhra Safarisinə birgə kuponlar ilə 225 dirhəmə qədər qənaət edin
Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim Sövdələr
Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim
24-48-72 saat müddətində Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim