Dubai
Uşaqların sevəcəyi dörd məkan http://www.visitdubai.com/az/articles/four-places-the-kids-will-love 20150925T105619:635787753792138715 20161108T190040:636142284408378452 Qapalı məkanda əyləncələr

Ailəvi tətillər, uşaqların əylənməsi, valideynlərin istirahət etmələri və xoş zaman keçirmələri üçündür və Dubay, övladların həqiqətən əylənməsi üçün kifayət qədər seçim təklif edir. Burada, akvaparklardan tutmuş Ski Dubay və daha fərqli məkanlara qədər Dubayda uşaqların sevəcəyi dörd əsas məkan vardır.

Bura gəldikdə uşaqlarınızı aparmalı olduğunuz dörd gözəl yer

Qapalı məkanda xizək sürmək, su təpələrindən sürüşmək və daha nələr



Ski Dubay


Nə qədər qəribə səslənsə də bu səhra şəhərində həqiqətən xizək yamacı vardır. Emirates Mall-da yerləşən Ski Dubayda, dünyada ilk qapalı qara cığır (mürəkkəb xizəksürmə yamacı) da daxil olmaqla 22 500m2 qapalı xizəksürmə sahəsi vardır. Mürəkkəb xizəksürmə imkanları ilə yanaşı bu yamac, uşaqlar üçün də toboqqan yamaclar, ikicığırlı dağdan sürüşmə meydançası və hətta müəyyən fasilələrlə oynamağa çıxan Ski Dubayın sakinləri olan pinqvinləri görmək şansı kimi müxtəlif əyləncələr təklif edir.


uşaqların-sevəcəyi-dörd-məkan


"Wild Wadi" Akvaparkı


Bütün ailə üçün kifayət qədər həyəcanlandırıcı olan Dubayın əsil akvaparkı, ailələr arasında həmişə çox sevilir. Böyük yaşda uşaqlar və yetkin insanlar Jumeirah Sceirah da daxil olmaqla çoxlu su təpələrindən sürüşərək adrenalin ala bildikləri halda, azyaşlı uşaqlar dalğalı hovuzlarda çimməkdən və ailəvi oyun sahələrini kəşf etməkdən zövq alacaqlar.


uşaqların-sevəcəyi-dörd-məkan


KidZania


KidZania adlı atraksionlar parkı təəccüblü deyil ki, Dubayda uşaqlar üçün ən məşhur əyləncə məkanıdır. Dubay Mall ərazisində olan bu interaktiv əyləncə mərkəzində uşaqlar, real şəhər mühitində baş aşpazdan tutmuş, yanğınsöndürən və pilota qədər 80-dən artıq rolları təcrübədən keçirərək həm öyrənir həm də təcrübə əldə edirlər.


uşaqların-sevəcəyi-dörd-məkan


Dubay Akvariumu və Sualtı Zoopark


Digər bir uşaq yönümlü atraksion KidZaniadan çox uzaqda deyildir. Dubay Mall-da bir neçə eskalator aşağı endikdə siz təsirli Dubay Akvariumu və Sualtı Zooparkı görəcəksiniz. Köpəkbalıqları, skat balığı və nəhəng timsah kimi müxtəlif gözəl məxluqların evi olan bu geniş heyvanxananın ticarət mərkəzində yerləşdiyinə inanmaq çətindir. Həyəcana daha yaxın olmaq istəyən üzgüçülər üçün akvarium, qorxunc pələng köpəkbalıqları ilə üzbəüz gəlmək şansı verir. Əgər bu addım çox həyəcanlandırıcıdırsa sualtı qəfəs də təşkil oluna bilər.

uşaqların-sevəcəyi-dörd-məkan
257
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing

Booking Widget Title

Hotel Title

Flight Title

Bunlar da xoşunuza gələ bilər
WAFI mall ticarət mərkəzi Alış-veriş həvəskarları birləşin
Alış-verişinizi təmtəraqlı şəkildə edin.
WAFI Mall ticarət mərkəzində həzz alın
Global Village Dubayın incəsənət qalereyaları
Qlobal Macəra yaşayın
Global Village-də dünyanı görün
Dubay Dizayn Rayonu Dubayda butikləri kəşf edin
Dizayner Dünyası Tikilir
Tezliklə: Dubay Dizayn Rayonu
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Avtobusla "Dubay Mənzərələri" Şəhər Turunda və "Ərəb Macəraları" Səhra Safarisinə birgə kuponlar ilə 225 dirhəmə qədər qənaət edin
Times Square Mərkəzi Dubayda butikləri kəşf edin
Tech Chic
Times Square Mərkəzində alış-veriş edin