Dubai

Dubay cümə günündə səhər yeməkləri

cümə günündə səhər yeməyi http://www.visitdubai.com/az/articles/friday-brunch-families 20150925T105631:635787753915022479 20161108T185322:636142280023341560 Dubayda Restoranlar Dubayın kulinariya ənənəsini təcrübədən keçirin - cümə günündə səhər yeməyi. Bazar günündən cümə axşamına qədər davam edən iş həftəsindən sonra cümə günü Dubayda həftə sonunun başlanğıcıdır. Lakin bu yalnız yemək ziyafəti ilə kifayətlənmir, Dubayda səhər yeməyinə gözaldadan sehrbazlardan tutmuş uşaq zooparklarına qədər hər şey daxildir - bu da valideynlərə səhər yeməklərindən zövq almaları üçün kifayət qədər vaxt verir. Aşağıda yalnız beş inanılmaz ailəvi səhər yeməkləri təqdim olunmuşdur. 

cümə günləri uşaqları hara aparmaq olar


Dubayın kulinariya ənənəsini təcrübədən keçirin - cümə günündə səhər yeməyi. Bazar günündən cümə axşamına qədər davam edən iş həftəsindən sonra cümə günü Dubayda həftə sonunun başlanğıcıdır. Lakin bu yalnız yemək ziyafəti ilə kifayətlənmir, Dubayda səhər yeməyinə gözaldadan sehrbazlardan tutmuş uşaq zooparklarına qədər hər şey daxildir - bu da valideynlərə səhər yeməklərindən zövq almaları üçün kifayət qədər vaxt verir. Aşağıda yalnız beş inanılmaz ailəvi səhər yeməkləri təqdim olunmuşdur. 


1. Jumeirah Çimərlik Otelində Beachcombers restoranı

Ailə tədbirləri üçün Jumeirah Çimərlik Otelinin restoranında toplaşın. Simvolik Burj Əl Ərəbin misilsiz mənzərəsinin sağ sahilində yerləşən otelin ətraf şəraiti ailə üçün idealdır. Menyu əsasən, Tayland, Hindistan və Çin də daxil olmaqla Asiya mətbəxini əhatə edir, lakin onlar desertlər haqda unutmayıblar və şokolad sevənlər birbaşa şokolad fontanına doğru gedəcəklər. Gözaldadan sehirbazlar, şar üfürən artistlər və klounlar uşaqları çox əyləndirəcək. Uşaqlar özləri üçün ayrılmış ayrıca video oyunlar otağında da vaxt keçirə bilərlər. Burada çox ecazkar sakitləşdirici energetika mövcuddur.

beachcombers cümə günündə səhər yeməyi təsviri


2.  Bubbalicious Vestində

Bu səhər yeməyinin əfsanəvi mənzərəsi, suşidən tutmuş steyk və dəniz yeməklərinə qədər çoxsəviyyəli təkliflər təşkil etmək üçün üç restoranın kulinariya imkanlarını birləşdirir. Ayrıca şokolad stolu ilə tamamlanan şirniyyat desert stolunu qaçırmayın. Əgər uşaqlar gözlərini yeməkdən ayıra bilsələr, onları, üç nəfərdən ibarət qrup, uşaq zooparkı (sərin aylarda), gözaldadan sehirbazlar və akrobatlar dəstəsi əyləndirəcək.


3. Al Bahou səhər yeməyi Mövenpick ibn Battuta Gate otelində

Ailənizi Ibn Battuta Ticarət Mərkəzində yerləşən Mövenpick ibn Battuta Gate Otelindəki Mərakeş tərzində qapalı həyəti olan Əh Bahuda səhər yeməyinə aparın. Kiçiklərin əylənməsi üçün üzdə rəsim çəkən rəssamlar, kino və şardan qəsrlər də daxil olmaqla çoxlu sayda əyləncə növləri vardır. Sizin, uşaqlarınızın əyləncəsi barədə düşünməyə ehtiyacınız qalmır və siz qarşınızdakı dadlı yeməklərdən zövq ala bilərsiniz.

cümə günündə səhər yeməyi təsviri əl bahu


4. At.mosphere Burj Xəlifədə

"Yalnız Dubayda" Burj Xəlifə qülləsinin 122-ci mərtəbəsində At.mosphere təcrübəsindən zövq alın. Dubayın mənzərəsi heyrətamizdir (siz təyyarələrə baxmaq üçün aşağı boylanacaqsınız!) və siz öz səhər yeməyinizi şəhərin Palm kimi digər görməli yerlərini seyr etməklə keçirəcəksiniz. Biz bunu yaşı daha böyük olan uşaqlı ailələr üçün tövsiyə edirik (altı yaşdan yuxarı).

cümə günündə səhər yeməyi təsviri at-mosphere


5. Bab Al Shams Səhra Kurortu

Dubaydan kənar dəbdəbəli səhra qalasında cümə günündə səhər yeməyindən zövq alın. Burada əsasən Asiya və Ərəb yeməklərindən ibarət geniş bufet vardır və siz sakitlikdən zövq alarkən uşaqlarınız at və ya dəvə sürərək öz iştahlarını artıracaqlar. Bir gün burada qalın və hovuz və səhra mühitindən zövq alın.

cümə günündə səhər yeməyi təsviri bab al shams

380
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing
Bunlar da xoşunuza gələ bilər
Deyra Şəhər Mərkəzi Alış-veriş həvəskarları birləşin
Ailə üslubunda alış-veriş et
Deyra Şəhər Mərkəzinə baş çək
Dubay Alış-Veriş Festivalı 2017 Tədbirlər
Dubay Alış-Veriş Festivalı 2017
Tezliklə açılacaq
Beach Alış-veriş həvəskarları birləşin
Çimərlik kənarında alış-veriş və nahar edin
Beach-də açıq hava həyatından zövq alın
Ədviyyat Bazarı Dubay Möcüzələri
Xüsusi rəng qatın
Ədviyyat Bazarında dərindən nəfəs alın
Al Makan BƏƏ mətbəxi
Ənənə Zövqü
Müasir Madinat Jumeirahda real komfortlu qidalanma