Dubai

Yerli xüsusiyyətə malik Qarışıq Yemək

Yerli xüsusiyyətə malik Qarışıq Yemək http://www.visitdubai.com/az/articles/fusion-food-with-a-local-twist 20160817T113130 20161108T190300:636142285807921346 BƏƏ mətbəxi Şəhərin özü kimi menyusu da mədəniyyətlərin qarışıqlarından ibarətdir. Ərəbistan mətbəxi, ən yaxşı xırdalıqları Levanta və Mərakeş yeməklərindən götürmüş və dəvə südü və zəfəran teli kimi yerli əlavələri ilə əsil qaradərili mətbəxidir. Onun dadına baxmaq üçün biz şəhərin sevimli yerlərini açırıq. Ərəbistanın mütləq dadına baxılmalı qarışıq xörəkləri

Mədəniyyətlə dolu Dubay xörəkləri


Şəhərin özü kimi, Dubayın menyuları da qarışıq mədəniyyətin bəhrəsidir. Livan (lavaş və məzə) və Mərakeş xörəklərinin (tajin və ət soyutması) ən yaxşı hissələrini götürərək, dəvə südü və zəfəran telləri kimi Əmirlik səciyyəsi əlavə edilmişdir. Əslində, Əmirliklərdə bişirilən düyü xörəklərinin əksəriyyəti ilhamı Hind biryanisindən almışdır, laym, limon və gülabdan istifadə isə İrandan gəlmə ənənədir.



Qwaider Al Nabulsi: DXB üslubda səhər yeməyi (Fələstin təsirləri)


Yüzlərlə yerli sərnişin kimi siz də səhərinizi pendirli şirniyyatın ərəb versiyası olan künəfə yemək üçün Qwaider Al Nabulsiyə gedərək başlayın. Xırçıldayan doğranmış peçenye ilə örtülmüş, yumurtaya bükülmüş kənarlarından süzülən əridilmiş pendiri, məktəb uşaqları, işçilər və dövlət qulluqçuları da sevir. Hər yerdə tapılan buzlu limonlu-nanəli içki ilə birlikdə səhər yeməyində kəsməklə mükəmməl qovuşan səhər tezdən susuzluğunu yatırın.

Emirates NBD yaxınlığında, Al Muraqqabat, Dubay
+971 4 227 7760


550x350

Logma: Müasir Khaleeji mətbəxi (Əmirliyin təsiri)


Keyfiyyətli tərkib hissələrini götürüb onlara üslub və mühit əlavə edin ... və budur! Siz Logma restoranının Khaleeji yeməyini aldınız! Bu yemək təqdim edildiyi yer kimi cazibədardır. Logma həftəsonunu keçirmək və belə tənbəl gündə arzuladığınız xörəyi yemək üçün əsl yerdir.
Gününüzü baith tamat, balaleet, khameer, chebab, regag-la doldurulmuş, xurma şirəsi və qaymaq əlavə edilmiş ‘Ənənəvi səhər yeməyi boşqabı’ ilə başlayın. Günorta ağzınıza Lugaimat & Gahwa dadını gətirin və, mədənizdə yer qalıbsa, axşamı müasir səciyyə əlavə edilmiş ənənəvi olaraq sevimli yemək hesab edilən CHEBAB KATAYEF – kövrək chebab kökəsi, xurma, maskarpone, zəfəran və hil şirəsi ilə salamlayın və günü böyük vanil dondurması porsiyası ilə başa vurun.

BOXPARK, Al Wasl Şossesi, Al Safa, Dubay
800 56462


Logma

Zaroob: Dubayın Hip İncəsənəti Məhəlləsində bir tikə çörək kəsin (Livan təsiri)


Günorta sizi Zaroobda insanların arasında çörək bölən görmək olar. Man'oushe (lavaş çörəyinin bişirilməsi və bükülməsi üçün ümumi termin) ilə ixtisaslaşmış və 24 saat açıq, yerli vətəndaşların əmlakı olan yeməkxanalar, öz geniş çeşiddə məzə və manqal menyusu ilə Levant erasını yenidən canlandırmağa çalışır. İçərisi küçə sənətkarlarının əl işləri ilə bəzədilmişdir, bayır tərəfləri isə bir az günəş işığı axtaran yerlilərlə doludur. Nəzərə alın ki, rasionlar çox böyükdür, lakin sizin yeməyin qalanını özünüzlə apara bilməniz üçün avtomatik olaraq paketlənə bilər.

Mağaza # 1, Birinci mərtəbə, Jumeirah Tower Binası, Şeyx Zayed Şossesi boyu
+971 4 327 6262


Zaroob

Al Tawasol: Ailə üslubunda qonaqlıqlar (Yəmən təsiri)


Böyük qrupla nahar edirsiniz? Deiranın ənənəvi çadır otaqlarının birində döşəkcəni altınıza çəkin və qərb çəngəl-bıçağından istifadə etmədən ailə üslubunda yeməyinizi paylaşın. Al Tawasol shorbat adas (mərcimək şorbası), chicken machboos (qızardılmış ədva və ya besar qarışığı ilə bişirilmiş düyü və toyuq) və laban (qatılaşdırılmış ayran) kimi qarın dolduran yemək rəngarəngliyindən ləzzət almaq istəyən sakinlər və qonşuluqdan gəlmiş müsafirlər arasında sevilir. Həddindən artıq çox acmış şəxslər üçün hətta qoyunun yarısından hazırlanmış xörək də vardır. Yeməyinizi bir fincan yaşıl dənələrdən hazırlanmış və bir neçə damcı şəkər şirəsi tökülməklə içilən, hil qatılmış qəhvə ilə bitirin. Bateel-dən gətirilmiş qəhvə qarışığı köçəri tayfaların ruhuna uyğundur və kafenin şirəli içi doldurulmuş xıdrı xurması ilə daha da ləzzətlidir.

Saatlı qüllənin yanında, Abu Baker Siddiq Küçəsi, Al Rigga
+971 4 295 9797


Al Tawasol

Al Samadi Şirniyyatı: Deirada desertlər (Livan təsiri)


Nisbətən daha çox şirniyyat sevənlər Əl Muraqqabat küçəsinə geri qayıdaraq Əl Samadi Şirniyyatı dükanına gedib çoxlu peçenye və un məmulatları əldə edə bilərlər. Burada müştərilər, piramida şəklində və rəflərdə yığılmış şirniyyatlardan ala bilərlər. Bura tez-tez, gözlənilməz qonaqlara ehtiyat saxlamaq üçün topdan şirniyyat sifariş etməyə sakinlər də gəlir. Ma’amoul (ədviyyatlı xurma şirniyyatı) və bukajın (keşyu doldurulmuş paxlava şirnisi) dadına baxın, bunların hər ikisi bayram süfrələrinin sevimli şirniyyatıdır.

Al Muraqqabat Küçəsi
+971 4 269 7717


AL Samadi Sweets
572
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing

Booking Widget Title

Hotel Title

Flight Title

Bunlar da xoşunuza gələ bilər
Palm Jumeirah Dubay Möcüzələri
Həqiqi vadinin şahidi olun
Palm Jumeirah-nı aşkar edin
Burc Əl Ərəb Dubay Möcüzələri
Dəbdəbəyə doğru üzün
Burc Əl Ərəbi tədqiq edin
Balloon Adventures Emirates Hava şarı ilə uçmaqdan vaxtında zövq alın
Bütün bunların üzərindən uçün
Dubayın üzərində hava şarı gəzintisi həyata keçirin
Dubayda Apple Store Dubayda Mağazalar
Dubayda Apple Store
Geek Chic
Marina Walk (Esplanada xiyabanı) Dubayda ekoturizm
Gəzişin
Marina Walk-da keçirdiyiniz gündən ləzzət alın