Dubai
Dubay, Gələcəyin şəhəri http://www.visitdubai.com/az/articles/future-city 20160829T110848:636080657286024161 20161108T190142:636142285020571038 Dubayda müasir memarlıq Kosmik era memarlığından tutmuş dizayn və rəqəmsal innovasiyalar mərkəzlərinə kimi, bir çox sahədə Dubay sürətlə inkişaf edir. Biz gələcəkdə şəhərin necə görünüş alacağına nəzər salırıq.

Dubay üçün planlaşdırılmış gələcək innovasiyalar və texnologiyalar 

Öz elmi fantastikaya oxşayan mənzərəsi ilə Dubay mütərəqqi səhra metropolisi kimi inkişaf edir. Holivud rejissorları keçən il buraya gələrək, gələcəkdən bəhs edən Independence Day: Resurgence (Müstəqillik günü: Dirilmə) və bu yaxınlarda, Star Trek Beyond, filmlərinin səhnələrini burada çəkmişlər. Şəhər Hollivudun yüksək liqasında ulduz rolunu oynayır, bunun yanaşı, işıqlar və kameralar arxasında Dubayın qabaqcıl innovasiyaları və planları şəhərin gələcəyə sərmayə qoyduğunu göstərir.  

in-article-Dubai-Eye-Ferris-Wheel

Kosmik era memarlığı


Memarlıq əfsanələrinə gəldikdə, belə bir faktı inkar etmək olmaz ki, dünyada ən yüksək binalar - Burj Khalifa, Cayan Tower (və ya yerlilər arasından 'burulmuş bina' kimi tanınan) və yelkən formalı Burj Al Arab Dubayın landşaftının parlaq simvollarıdır. Onlar bu futurist məkanı Expo 2020 üçün tikilməsi nəzərdə tutulan, hündürlüyü Burj Kalifa ilə müqayisə edilə biləcək, Dubay Körfəzi limanında mil formasında The Tower binası ilə bölüşməli olacaq. Bundan başqa, buludlara qalxan 100 metrlik Dubay Pillələri və dünyada ən yüksək şeytan çarxı, JBR-ın Bluewaters Island tikinti sahəsində yerləşən Ain Dubai üçün də planlar hazırlanır. Bu arada Dubay Körfəzində yerləşən Ələddin Şəhəri nəhəng cin lampaları formasında üç bitişik qüllədən ibarət olacaq. 


in-article-Aladdin-City-Dubai

İnfrastruktur


Dubayın infrastrukturuna innovasiyalar və təkmilləşmələr artıq aparılmaqdadır və planlar artıq forma almağa başlayıb. Şeyx Zayed Şossesində Biznes Körfəzini Ərəbistan Körfəzi ilə birləşdirmək üçün Dubay Körfəzinin uzadılmasını nəzərdə tutan Dubay Kanalı layihəsi 2023-cü ildə tamamlanacaq. Buraya payalar üzərində tikiləcək 200 su evi, körpülər, o cümlədən üzən restoranlar daxil olacaq.
Dubayın Expo 2020 müsabiqəsində qalib gəlməsi ilə əlaqədar Əmirlik dünyanın ən bağlantılı və etibarlı şəhərlərindən biri olmaq məqsədilə Smart City (İnteraktiv Şəhər) layihəsini elan etdi. Layihə "İnternet of Things", başqa sözlə, məişətdə, cəmiyyətdə, hərəkətdə, mühit və iqtisadiyyatda interaktiv infrastrukturu inkişaf etdirmək üçün maşınlarla, insanlarla və verilənlərlə artırılmış rabitə və intellektual rabitədən istifadə edəcək. Dubay rabitəni asanlaşdırmağı təklif edir və bu baxımdan, əsas yerlərdə, o cümlədən alış-veriş mərkəzlərində, hökumət binalarında və hətta çimərlikdə pulsuz Wi-Fi zonaları təşkil edilmişdir.


in-article-The-Tower-at-Dubai-Creek-Harbour-1

Texnologiya təşəbbüsləri


İnkişaf üçün əsas məsələ plan hazırlamaqdır. Dubay artıq bu il bir sıra innovasiya yönümlü innovasiyalar elan etməklə, bir addım qabaqdadır. BƏƏ Vitse-prezidenti və Baş Naziri, Dubayın Hakimi Əlahəzrət Şeyx Məhəmməd Bin Rəşid Əl Maktumun sözlərinə görə Dubay binalarının 25 faizi 2030-cu ilə 3D formatında çap ediləcək. Keçən ay işə salınmış Dubayın "Gələcəyi Sürətləndirənlər" proqramı şəhərdə konsepsiyaları inkişaf etdirmək üçün dünyanın ən qabaqcıl novatorlarını dəvət edəcək, əsas diqqəti inkişafa, tədqiqata, müasir texnologiyalara və təbliğata verəcək. Birinci layihə olan Gələcəyin Muzeyi 2018-ci ildə açılacaq və səhiyyə, elm, tədris, enerji və texnologiyalarda nailiyyətləri tədqiq edəcək.  


in-article-museum-of-the-future-9

İnnovasiya mərkəzləri


2021-ci ildə başa çatdırılacaq Dubay Dizayn Rayonu, yaxud d3, Dubayın yaradıcı icmasının mərkəzi, yerli dizayn sənayesinin inkişafını dəstəkləmək məqsədi güdən dəb sevənlər qovşağı olacaq. Yerli rəssamlar, memarlar, dizaynerlər və musiqiçilərin qlobal dizayn icması ilə qaynayıb-qarışması üçün şəhər anklavı olacaq. Bu arada isə onlar bir sıra illik dizayn, dəb və incəsənət tədbirlərini və sərgiləri, o cümlədən Dubay Dizayn HəftəsinəFashion Forward sərgisini təşkil etməkdədirlər. Eyni zamanda, ağıllı texnologiya, robotlar və geyinilə bilən texniki vasitələr Accenture qlobal rəqəmsal agentliyin bir qolu olan Dubay İnternet Şəhərciyində yeni rəqəmsal innovasiya mərkəzində diqqət mərkəzindədir. Rəqəmsal Sürətləndirmə Mərkəzində tələbələr və peşəkarlar üçün seminarlar və kurslar keçirilir və müştərilər qabaqcıl yeni texnologiyaları mənimsəməyə həvəsləndirilir. 
Bu haqda Dubayın Destination Innovation (Məqsəd innovasiyadır) layihəsində oxuyun – bu, dünyanın hər yerində innovativ şəhərlər yaradılmasında innovasiya, bilik zəncirləri və coğrafiya kimi amillərin rolunu nəzərdən keçirən Economist (İqtisadçi) nəşri ilə birgə layihədir.


in-article-Design-district-D3

Nəqliyyat


Əmirliyin planlarında möhtəşəm nəqliyyat innovasiyalarının olduğunu öyrənmək üçün Dubayın super-qəhrəmanlara yarayan dəbdəbəli polis avtomobilləri parkına ani nəzər kifayət edər. Əlahəzrət Şeyx Məhəmməd deyir ki, Dubay nəqliyyatı marşrutunun 25 faizi 2030-cu ilə intellektual (smart) və sürücüsüz olacaq. 10 nəfərlik sürücüsüz avtomobilin sınaq yürüşləri artıq başa çatdırılmışdır.
580
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing

Booking Widget Title

Hotel Title

Flight Title

Bunlar da xoşunuza gələ bilər
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Avtobusla "Dubay Mənzərələri" Şəhər Turunda və "Ərəb Macəraları" Səhra Safarisinə birgə kuponlar ilə 225 dirhəmə qədər qənaət edin
Dubayda Bir Günlük Safariyə 15% endirim Sövdələr
Dubayda Bir Günlük Safariyə 15% endirim
DDCR-in tam mərkəzində tam-inklüziv möhtəşəm düşərgəyə 15% endirim
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Şəhərin görməli yerlərinə Avtobus Turu və Helikopter Gəzintisində 185 dirhəmə qədər qənaət edin
Dubay Alış-Veriş Festivalı 2017 Tədbirlər
Dubay Alış-Veriş Festivalı 2017
Tezliklə açılacaq
Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim Sövdələr
Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim
24-48-72 saat müddətində Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim