Dubai
Dubayda Qalereya Gəzintisi http://www.visitdubai.com/az/articles/gallery-hopping 20160225T112004 20161212T172023:636171600239892372 Dubayın incəsənət qalereyaları

Dubayda ən müasir incəsənət əsəri tapdığınıza təəccüblənirsiniz? Özünüzü buna öyrəşdirin! Bizim yaradıcı səhnəmiz sadə taxçadan şəhərin mədəni və sosial həyatının tərkib hissəsinədək təkmilləşmişdir. Bənzəri olmayan incsənət əsərləri tapmaq istəyirsinizsə, bələdçimizi oxumağa davam edin.  

Şəhərin ən yaxşı müasir incəsənət nümunəsinin axtarışında.

Müasir incəsənətdən xəbərdar olmaq üçün Dubayın incəsənət yoluna bələd olun


Art Dubai, həmçinin yerli və regional istedadlardan ibarət icmaların təşəbbüs və rəhbərliyi ilə keçirilən incəsənət festivalları Dubayı, xüsusilə Yaxın Şərqdə mədəniyyət və incəsənət sevərlər üçün mühüm əhəmiyyət kəsb edən məkana çevirir. Əksər şəhər qalereyaları üç əsas incəsənət mərkəzləri arasında paylanılıb və hər birinin özünün özəl xüsusiyyəti vardır. Mart ayı Dubayda rəsmi incəsənət ayı hesab edilsə də, burada il boyu açılışlar və sərgilər olur. Haraya və nə vaxt gedəcəyinizdən xəbərdar olmaq üçün Tədbirlər təqvimimizə baxın.

dubai-art-galleries-culture-guide-Al-Quoz-(1) Əl Quoz

Sənaye zonası olan Əl Quoz son vaxtlarda özünün boş anbarların daxilində və ətrafında ucalan çoxsaylı qalereyaları, kafeləri və konseptual mağazaları ilə dəbli incəsənət rayonuna çevirilmişdir.

Alserkal Avenue Dubayda incəsənətə dair hər şeyin tapıldığı ünvandır. Bura böyük minimalist məkanlarını təşkil edən qalereyalara, studiyalara və sərgi salonlarına ev sahibliyi edir. Əlavə olaraq The Fridge kimi mədəniyyət mərkəzi, hər tində gözə çarpan restoranlar və müxtəlif yerli tədbirləri ilə Alserkal Avenue mədəniyyətsevər səyahətçilər üçün dayanılacaq məkandır.

Əl Quozda yerləşən bəzi diqqətəlayiq qalereyalar bunlardır: Courtyard, 1x1 Gallery, Carbon 12 və Green Art Gallery.


DIFC Dubay Beynəlxalq Maliyyə Mərkəzi (DIFC)

Elit kateqoriyalı Dubay Beynəlxalq Maliyyə Mərkəzi (DBMM) banklar və maliyyə institutları ilə yanaşı yüksək səviyyəli qalereyalara və şəhərin ən gözəl restoranlarından bəzilərinə ev sahibliyi edir. DBMM-da görməli yerlərdən biri də İslam mədəniyyət və incəsənətinin daha da dərindən anlaşılması üçün yerli və beynəlxalq təşkilatların cəlb olunmasında təşəbbüs göstərən Farjam Fondudur.

Digər böyük məkanlara Cuadro Fine İncəsənət qalereyası, Opera qalereyası və The Empty Quarter - bədii fotoqrafiyaya həsr edilmiş məkan aiddir.

dubai-art-galleries-culture-guide-Bastakiya-(2) Tarixi Əl Fahidi məhəlləsi

Dubay Creek-in yaxınlığında yerləşən tarixi Əl Fahidi məhəlləsi kiçik otaqlarda və tarixi evlərin həyətlərində yerləşən incəsənət qalereyalarına ev sahibliyi edir.

Buradakı ən qədim qalereyalardan biri Yaxın Şərq incəsənəti ilə yanaşı yerli ruhda bəzədilmiş otaqlara malik butik oteli olan XVA qalereyasıdır.

Siz bir qədər də irəliyə gedərək fotoşəkillərdən tutmuş heykəltaraşlıq nümunələrinədək müxtəlif sərgilərin keçirildiyi Majlis qalereyasına baş çəkə bilərsiniz. Tarixi Əl Fahidi məhəlləsi hər il mart ayında keçirilən Sikkə sərgisinə ev sahibliyi edir.



Dubaya birinci dəfədir gəlirsiniz? Şəhərin mütləq görülməli atraksionlarından birinə baş çəkin və Dubayın ən fotogenik yerlərindən birində öz möhtəşəm selfinizi çəkin.

348
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing

Qrafik sifariş elementləri

Otelləri və uçuşları axtarın

Uçuşları axtar

Bunlar da xoşunuza gələ bilər
Dubay Avtobus Turlarında eksklüziv endirimlər Sövdələr
Dubay Avtobus Turlarında eksklüziv endirimlər
Dubay avtobus turları visitdubai.com müştəriləri üçün eksklüzivdir
City Walk Dubay Möcüzələri
Avropa ab-havası
City Walk-da gəzintiyə çıxın
Dubay Akvariumu və Sualtı Zoopark Dubay Möcüzələri
Köpəkbalıqları ilə üzün
Dubai Akvariumuna baş çəkin
Qızıl bazarı (Gold Souk) Dubay Möcüzələri
Parlayın
Qızıl Bazarında alış-veriş edin
Jumeirah Beach çimərliyi Günəş, qum və sörfinq
Bu çimərliyi özünüzünkü edin
Jumeirah Beach çimərliyinin qumlarına baxın