Dubai

Qlobalizasiya Şirkətin Strukturuna Necə Təsir Edir?

Qlobalizasiya Şirkətin Strukturuna Necə Təsir Edir? http://www.visitdubai.com/az/articles/globalisation-and-company-structure 20161024T154716:636129208360432968 20161108T185409:636142280496626768 Biznes və sərmayə İnkişaf etməkdə olan bazarlar genişlənmək istəyən şirkətlər üçün vacib amildir, amma təşkilati və liderlik çağırışlarının öhdəsindən gəlmək və uğur qazanmaq üçün yerli biznes modelə ehtiyac ola bilər. Niyə genişlənəndə şirkətlər öz qlobal korporativ planlarını yenidən nəzərdən keçirməlidirlər

İnkişaf etməkdə olan bazarlar genişlənmək istəyən şirkətlər üçün vacib amildir, amma təşkilati və liderlik çağırışlarının öhdəsindən gəlmək və uğur qazanmaq üçün yerli biznes modelə ehtiyac ola bilər.


Nəticələr


1. Dubay kimi inkişaf etməkdə olan bazarlar üçün biznes modelinin dəyişdirilməsi

2. Şirkətlər qloballaşanda nə baş verir?

3. Şirkətlər necə öz qlobal korporativ planlarını yenidən düşünürlər?


Böyük beynəlxalq şirkətlərin öz gələcəyini Asiya, Afrika və Latın Amerikasının inkişaf etməkdə olan bazarlarında görmələri artıq aksiomaya çevrilib.

Buna görə də bir çox şirkətlər öz ofislərini və hətta baş ofislərini inkişaf etmiş bazarlardan kənarda, inkişaf etməkdə olan ölkələrin orta-ölçülü şəhərlərində açırlar.

Bəs şirkətlər beynəlxalq şirkətə çevriləndə nə baş verir?

Afrika, Cənubi Asiya və Avropadakı istehlakçılara bənzərsiz çıxışın olduğu Dubayda da böyük sərmayələr qoyulması aşkar görünür.

Bir çox "Fortune 500" şirkətləri öz baş ofislərini Dubaya köçürmüşlər və bəzi təxminlərə görə ən varlı 100 şirkətin 70 faizi bu addımı atıb.

Onlar Dubayda yerləşməklə 2 milyarddan çox insanın yaşadığı bazarlardan 4 saatlıq uçuş məsafəsi qədər yaxınlaşıblar.

in-article-Frits-van-Paasschen-Getty

Starwood Otellərinin keçmiş icraçı direktoru Frits van Paassxen, bir dəfə Qrupun baş ofislərindən birini bir aylıq müddətə öz korporativ düşüncə tərzini daha qlobal olaraq dəyişmək məqsədi ilə, Starwood-un ən uğurlu bazarlarından biri olan Dubaya köçürmüşdü.

Cənab van Paassxen Harvard Business Review jurnalında bu barədə belə yazırdı: " Burada olma səbəbimiz dünyanın ən dinamik regionlarından birinə dalmaq və öz qlobal biznes fəaliyyətimizə daha iti olan yerli prizmadan baxmaqdır".

“Biz burada olanda Səudiyyə Ərəbistanı, Kuveyt, Qazaxstan, Livan, Qətər və Hindistana səfər etmək üçün Dubay mərkəz rolunu oynayacaq,” - deyə o bildirib.

“Yer dəyişməyimiz həm qlobal həm də "multi-lokal" şirkət olmaq istiqamətində düşüncə tərzimizi dəyişmək istəyimizlə bağlıdır.”

Eyni ilə Starwood kimi, bir çox qlobal şirkətlərin Dubay kimi sürətlə inkişaf etməkdə olan bazarlara köçmələri əla kommersiya qərarıdır.

Beynəlxalq Valyuta fondu inkişaf etməkdə olan iqtisadiyyatların dünyanın ən sürətlə inkişaf edən on ən böyük iqtisadiyyatı olacağını proqnozlaşdırır.

Və 2025-ə qədər, inkişaf etməkdə olan ölkələr dünyanın istehlak xərclərinin yarısını yəni 25 trilyon ABŞ dollarını təmin edəcək.

2007-ci ildə öz ikinci mərkəzini Dubayda açmış nəhəng neft sahəsi xidməti şirkəti Halliburton üçün şəhərin yerləşdiyi yer onun qlobal genişlənmə planları üçün önəmli idi.

“Biz əvvəllər okeanın bu tayında fəaliyyət göstərən ABŞ şirkəti olmuşuq. Mən Halliburton-u qlobal təşkilata çevirmək istəyirdim” -deyə Baş Direktor David Lesar Wall Street Journal-a danışıb.

“Biz öz görünüşümüzü, hərəkətlərimizi və mədəniyyətimizi dünya miqyasında fəaliyyət göstərən bir şirkət kimi yenidən təşkil etməliyik.”

Amma bu sual ilə bağlı yüzlərlə direktordan müsahibə almış McKinsey konsultantı Martin Dewhurst-un, sözlərinə görə inkişaf etməkdə olan bazarlara köçmək qlobal şirkətin performansına təhdidlər yarada bilər.

Və nəticədə bir-birinə rəqib brendlərə malik yerli şirkətlər daha məşhur qlobal rəqibləri ilə müqayisədə özləri üçün daha rəqabətcil mövqelər əldə edə bilərlər.

Bu çağırışı həll etmək üçün cənab Dewhurst qlobal şirkətlərin menecerlərinin bir neçə təkrarlanan məsələlərə diqqət yetirməli olduğunu bildirib.

Biznes

"Qloballaşmaq aydın strateji faydalar verir: yeni müştəri bazarlarına, yeni təchizatçılar və yeni tərəfdaşlara çıxış imkanı yaradır", - deyə o, bildirib. "Lakin qloballaşmaq həm də strateji problemlər də gətirir... Xüsusilə, strategiya hazırlamaq və vəsait ayırmaq prosesləri bazarlar, müştərilər və kanallarla bağlı artan müxtəlifliyin öhdəsindən gəlmək iqtidarında olmaya bilər".

Praktikada bu, qlobal firmaların üzləşdiyi oxşar kompleks daxili idarəetmə məsələləri ilə qarşılaşmayan yerli rəqiblərin lokal bazarı və öz müştərilərinin ehtiyaclarını anlamaqda çox vaxt daha uğurlu olması deməkdir.

İnkişaf etməkdə olan bazarlarda qlobal şirkətin üzləşdiyi problemlərin özəyində yerli şəraitdə və mərkəzdə fundamental gərginliyin olması və ya nəyin lokallaşdırılması və nəyin mərkəzləşdirilməsi dayanır.

Bu gərginlik özünün ən güclü dayaq nöqtəsini qlobal şirkətin ortaq funksiyaları kimi ideal görünən şeylərdə, insan resurslarında, maliyyə və marketinqdə və bazarlarda tapır.

Bu, qlobal şirkətin müxtəlif bazarlarda yardımçı ofis funksiyalarını bölüşdürməklə miqyas effektindən faydalana biləcəyi sahələrdir.

Amma təcrübədə adətən belə olmur.

Çoxları bu sahələrdə mövcud aktivlər və imkanların paylaşılmasından daha çox öz marketinqini lokallaşdırmalı olduğunu, öz məhsullarını istehlakçılara uyğunlaşdırmalı olduğunu və hətta öz elmi-araşdırma proqramlarını dəyişdirməli olduğunu düşünür.

Məsələn, fərqli biliklərə və bacarıq səviyyəsinə malik qlobal işçi qüvvəsindən istifadə etmək bir çox müdirlər üçün çətin görünür.

“Eyni zamanda, bir çox şirkətlər yeni yaranmaqda olan bazarlarda istedadların tapılması və inkişaf etdirilməsini böyük bir çətinlik hesab edirlər,” - deyə Dewhurst bildirib.

Onun müsahibə götürdüyü 17 qlobal şirkətin sadəcə yarısı özlərinin "müxtəlif məkanlar üçün işə qəbul, işçini saxlama, təlim və inkişaf proseslərini uyğunlaşdırmaqda" uğurlu olduqlarını bildiriblər.

Bəzi təxminlərə görə, "Fortune 500" şirkətlərinin yalnız 15%-inin direktorları təsisçi ölkədəndir. Üstəlik bir çox menecerlər gələcəkdə böyük satışları təmin edə biləcək ölkələrdə yerləşməyiblər.

Starwood kimi şirkətlər McKinsey-nin araşdırması zamanı müəyyənləşdirilmiş bir çox çağırışları gözləyirmişlər.

Qrup, W, Sheraton, the Westin və St Regis kimi lüks otel və kurort brendləri ilə qlobal liderdir; və inkişaf etməkdə olan ölkələrin ortaya çıxması şirkətin qlobal əməliyyatlarını dəyişdirməkdədir.

“Qloballaşma şirkətlərin düşüncə tərzini dəyişir. Yeni liderlik üslubu yaranmaqdadır. "Hamar" dünyada biz artıq heç vaxt mərkəzləşmək və ya mərkəzləşməmək barədə düşünmürük” - deyə cənab van Paassxen bildirdi.

“Yerdəyişmələr şirkətimizə yeni bir səviyyəyə çatmağa, daha çox dialoqa, daha ağıllı qərarlara və daha yaxşı nəticələrə açıq edir.” Qloballaşma ilə bağlı bu fikirləri Halliburton-un direktoru da təsdiqləyir.

“Ofisim Dubayda olacaq və mən bütün dünya üzrə əməliyyatlarımızı o ofisdən idarə edəcəyəm,” - deyə cənab Lesar Bahrain-da bir konfrans bildirdi.

“Şərq Yarımkürəsində əsasən neft tədqiqi və istehsal imkanları önəmli yer tutur. Burada biznesimizi inkişaf etdirməyimiz, Halliburton-un ümumi portfelinə daha çox tarazlıq gətirəcək.”

Bir çox ayrı-ayrı qlobal şirkətlərin çevikliklərinə və uğurlarına baxmayaraq, şirkətlərin qloballaşan zaman üzləşdikləri problemlər hələ də qalmaqdadır.

“Artıq get-gedə daha çox şirkətlər üçün qloballaşma tələbi intensivləşməkdədir və bu, hələ də tam başa düşülməyən əlavə təşkilati və liderlik çağırışlarını ortaya çıxara bilər,” - deyə cənab Dewhurst bildirib.

482
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing

Booking Widget Title

Hotel Title

Flight Title

Bunlar da xoşunuza gələ bilər
"Aquaventure" Atraksion və akvaparklar
Əyləncəyə atılın
Aquaventure su parkında yaş olun
Balloon Adventures Emirates Hava şarı ilə uçmaqdan vaxtında zövq alın
Bütün bunların üzərindən uçün
Dubayın üzərində hava şarı gəzintisi həyata keçirin
Dubayda Apple Store Dubayda Mağazalar
Dubayda Apple Store
Geek Chic
Qədim Sirrlər Aşkar Edilir Dubay muzeyləri
Qədim Sirrlər Aşkar Edilir
Muzeydə Bir Gün
Bloomingdale’s, Dubay Mall Dubayda Mağazalar
Stil ikonası kimi alış-veriş edin
Bloomingdale’s mağazasında fərdi alış-veriş