Dubai

Dubayın ən yaxşı qolf meydanları

Dubayın ən yaxşı qolf meydanları http://www.visitdubai.com/az/articles/golf-in-dubai 20150623T060215 20161108T190208:636142285289323348 İrəli atılın

Qolf həvəskarları, Yaxın Şərqdə və bütün dünyada ən yaxşı qolf meydançalarının məkanı olan Dubayda bir top atmalıdırlar. Bu yaşıllıqların çoxu idman əfsanələri tərəfindən dizayn olunub və hər ilin fevral ayında keçirilən Dubay Desert Classic ilə yalnız həvəskarları deyil həmçinin əsas qolf istedadlarını da cəlb edir.

Öz vuruşunuzu Dubayın ən yaxşı qolf meydanlarında təkmilləşdirin

Öz vuruşunuzu bizim heyrətamiz yaşıllıqlarımızda təkmilləşdirin


Səhra qumlarında salınmış şəhər olan Dubayda çox sayda qolf meydanları mövcuddur. Dubay Desert Classic yarışlarının hər il fevral ayında dünyanın əsas qolf icmasını şəhərə gətirməsi sayəsində yeni başlayanlardan tutmuş usta qolf oyunçularına qədər müxtəlif səviyyədə həvəskarlar, şəhərin təklif etdiyi heyrətamiz meydanlardan zövq ala biləcəklər. Buradakı ən yaxşı dörd meydança.



The Address Montgomerie, Emirates Hills


Dubayın Beverly Hills variantı kimi tanınan Emirates Hills adlı görməli məkanda yerləşən Address Montgomerie, Yaxın Şərqin ən dəbdəbəli və arzuolunan qolf məkanlarından biridir.

Oteli öz adı ilə adlandıran əfsanəvi qolfçu Kolin Montgomeri, bu meydançanı dünyaca məşhur qolf meydançası dizayneri mərhum Desmond Muirheadin köməyi ilə işləyib hazırlamışdır. Meydançanın ümumi sahəsi 107 hektar təşkil edir ki, bunun da 20 hektar sahəsi süni gölləri, 37 hektar sahəsi mükəmməl bəzədilmiş bağlar və 81 böyük maneədən ibarətdir. Bu da həmin 18 çuxurdan ibarət meydançada keçirilən standart Çempionatı çətin olduğu qədər də maraqlı edir.

Meydançaya giriş haqqı: 375 dirhəmdən başlayır

+971 4 390 5600


Gulf in Dubai


Els Club, Dubay İdman Şəhəri


Peşəkar qolfçunun dəstəklədiyi digər bir meydança olan Els Club, Ernie Els Big Easy tərəfindən düşünülmüş fikirdir. Birləşmiş Krallığın meydançalarından ilhamlanan Cənubi Afrikanın keçmiş dünya birincisi, hətta ən üstün qolfçular üçün də çətin tapşırıq olan unikal bir meydança yaratmaq üçün həmin klassik Britaniya xüsusiyyətlərinin bəzilərini səhra təbiətində birləşdirmişdir.

Şəhərdən bir az kənarda, Sport City-də yerləşən meydança, Royal Melburn maneələri və dünyada məşhur ABŞ meydançası olan Pinehurst No. 2 meydançasına bənzəyən dalğalı yaşıllıqlar da daxil olmaqla bütün dünyada Els favoritlərinin təcəssümüdür. Bu meydançada bir tur atmaq üçün şəhərdən kənara qısa bir gəzintiyə çıxmaq lazımdır.

Giriş haqqı: BƏƏ vətəndaşları üçün 695 dirhəm; qonaqlar üçün 895 dirhəm

+971 4 425 1000


Els Club


Emirates Qolf Klubu, Emirates Hills


Avropa Turu icazəli Omega Dubay Desert Classic və eləcə də Omega Dubay Ladies Masters kimi turnirlərə ev sahibi seçilməsi Emiratest Qolf Klubu barədə çox şey deyir.

Giriş haqqı: 350 dirhəmdən başlayır, qiymətlər meydan və tələbat vaxtlarından asılıdır

+971 4 380 2222


gulf-in-dubai


Dubay Creek Qolf və Yaxta Klubu, Dubay Körfəzi


Körfəzə mənzərəsi açılan Dubay Körfəzi, Dubai Creek Golf & Yacht klubu şəhərin mənzərəli sahilinə baxır. Klubun 18 çuxurlu standart Çempionat meydançası təxminən 7000 baxımlı farvater, kokos ağacları və çox mürəkkəb su və qum çətinliklərindən ibarətdir.

Peşəkar Qolf Assosiasiyası Çempionatında vaxtilə qalib olan və rekord hesabı 63 saxlayan Lee Westwood və Darren Clarke ilə meydança, bir vaxtlar elit səviyyəli yarışlara ev sahibliyi etmişdir. İndi burada iddialı hədəf vardır.

Giriş haqqı: adi vaxtlarda 625 dirhəm və pik vaxtları 725 dirhəm.

+971 4 380 1234


Dubai Creek Golf
406
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing
Bunlar da xoşunuza gələ bilər
Səhra Reyncerlərinin Big Red (böyük qırmızı) qumlarında sürüşmə Dubayda Səhra Macəralarını kəşf edin
Big Red təpəsindən qorxmamağa hünəriniz çatırmı
Səhra Reyncerləri ilə qumda sürüşmə
Barasti Gecə uzun ikən rəqs edin
Bonanza Çimərliyi
Barasti-də Çimərlik Əyləncəsi
Qədim Sirrlər Aşkar Edilir Dubay muzeyləri
Qədim Sirrlər Aşkar Edilir
Muzeydə Bir Gün
İMG Macəralar Dünyası Dubay Möcüzələri
İMG Macəralar Dünyası
Həyatınızın Ən Maraqlı Anlarına Hazır Olun
Beachcombers Yeni qida tendensiyası
Çimərlikdə Branç (gecikmiş səhər yeməyi)
Beachcombers-də ailəvi nahar