Dubai

Dubayın Bazarlarına Bələdçi

Dubayın Bazarlarına Bələdçi http://www.visitdubai.com/az/articles/guide-to-dubai-markets 20150925T105655:635787754154219271 20161108T190003:636142284031031427 Dubayda alış-veriş Dubaya gələr qonaqlar, şəhərin bazarlarının cazibədarlığı və inanılmaz dərəcədə böyüklüyünə heyrətlənəcəklər. Dubay, icma hissi yaradan və yerli məhsul və malların nümayişini təşkil edən tədbirlərin çoxluğu ilə ticarət uğuru yaşayır. Təqviminizə bərkitməli olduğunuz bazarlar buradadır.
Sizin qədim tapıntıları və ya qabaqcıl dizaynerlərin yeni əsərlərini seyr etmək üçün gəlmənizdən asılı olmayaraq bu bazarlar Dubayda mükəmməl həftə sonu ekskursiyaları təqdim edir.

Sizin qədim tapıntıları və ya qabaqcıl dizaynerlərin yeni əsərlərini seyr etmək üçün gəlmənizdən asılı olmayaraq bu bazarlar mükəmməl həftə sonu ekskursiyaları təqdim edir.


Dubaya gələr qonaqlar, şəhərin bazarlarının cazibədarlığı və inanılmaz dərəcədə böyüklüyünə heyrətlənəcəklər. Dubay, icma hissi yaradan və yerli məhsul və malların nümayişini təşkil edən tədbirlərin çoxluğu ilə ticarət uğuru yaşayır. Təqviminizə bərkitməli olduğunuz bazarlar buradadır:



Ripe Market | Zabil Park və Al Barşa Park


Bəli, bu bazarın özəlliyi burada satılan məhsulların yerli fermerlər tərəfindən becərilən orqanik məhsullar olmasıdır, lakin cümə səhərləri Zabil Parkda və ya şənbə günləri Əl Barşa Parkda yerləşən Ripe Bazara həmçinin özünəməxsus cəvahirat geyimlərindən tutmuş əl işi olan köynəklər, çantalar və çit parçaların satıldığı bir çox yerli dizayner köşklərinə baş çəkmək üçün də gəlməyə dəyər.

dubay-bazarları


Dubay Flea Market | Dubay ərazisində müxtəlif məkanlar


Əgər kimsə sizə Dubayda ikinci əl məhsulların olmadığını deyirsə deməli o heç vaxt Dubay Flea Marketə getməmişdir. Zabil Park və İbn Battuta Ticarət Mərkəzi də daxil olmaqla bir ay ərzində müxtəlif məkanlarda keçirilən bu yarmarka mövsümi bazar ziyarətçiləri üçün idealdır. Mebel, parça, keramika, geyim, əl işləri və antikvar malların satıldığı köşklərin olduğu bu yarmarkada çox ciddi ikinci əl qaydasına əməl olunur. Burada alınacaq şox şey var, lakin müəyyən səbr və güclü alver bacarıqları ilə siz bu bazardan çox dəyərli sərvətlə çıxacaqsınız. 


dubay-bazarları


Market of Everything | Arxiv, Safa Park  


Adından da göründüyü kimi Market of Everything, ikinci əl məhsullar, dizayner məhsulları və insanın ağlına gələ biləcək hər cür bəzək-düzək məhsullarının satıldığı bazardır. Çoxlu köşklər, əla yemək və gözəl canlı musiqi Səfa Parkda gözəl bir gün keçirmək üçün bir araya cəmləşir. Qonaqlar həmçinin satmaq və ya yerli satıcılarla ticarət etmək üçün özlərinə aid olan ikinci əl malları da özləri ilə gətirə bilərlər.


dubay-bazarları


Urban Market | Alserkal prospekti


2014-cü ilin dekabr ayında açılmış, Urban Market bu sahədə çox yeni olsa da bazar və yaradıcılıq sevənlər üçün fərqli bir tədbirdir. Alserkal prospektindəki çoxlu sayda ərzaq furqonlarından birinin qarşısında canlı musiqi dinləyərək yeməyə başlamazdan əvvəl, çoxlu əldə hazırlanmış incəsənət, əl işi və dəb məhsulları köşklərini də nəzərdən keçirin. Hədiyyə olaraq bu məkanın qalereyalarının bir çoxu gec saatlara qədər açıq olur və siz də orda olduğunuz müddətdə ora gedərək incəsənətdən faydalana bilərsiniz. Növbəti tarixlər üçün Alserkal prospekti veb səhifəsini daim nəzərdən keçirin.

dubay-bazarları



Prime Market |Beach Park Plaza


Əgər sizin alış-verişiniz yüksək səviyyəli dizayner markaları üzərində qurulubsa o zaman siz birbaşa Jumeirahda yerləşən Beach Park Plazadakı Prime Marketə üz tutun. Hər ayın ikinci şənbə günü keçirilən bu bazar, dizayner çantaları, ayaqqabıları və başqa bəzək-düzək əşyaları həvəskarları olan tam dəbdəbə sevənlər üçündür. Onların arasında yerlı dizaynerlərin köşkləri də vardır ki, bu da həmin bazarın növbəti məşhur yerli dizaynerin seçilməsi üçün mükəmməl olduğunu göstərir.

dubay-bazarları

433
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing

Booking Widget Title

Hotel Title

Flight Title

Bunlar da xoşunuza gələ bilər
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Şəhərin görməli yerlərinə Avtobus Turu və Helikopter Gəzintisində 185 dirhəmə qədər qənaət edin
XVA ART HOTEL’S CAFÉ-YƏ BAŞ ÇƏKİN Kafe həyatının ləzzəti
Yeyilə bilən incəsənət əsərləri
XVA ART HOTEL’S CAFÉ-YƏ BAŞ ÇƏKİN
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Avtobusla "Dubay Mənzərələri" Şəhər Turunda və "Ərəb Macəraları" Səhra Safarisinə birgə kuponlar ilə 225 dirhəmə qədər qənaət edin
Tədbirlər
Global Village 2015-2016
Tədbirlər
Elton Con canlı ifa
Milyonlarla albomu satılmış, piano musiqisi əfsanəsi Dubayın günəşli sahillərinə gəlir