Dubai

Dubaydakı ən yaxşı ailəvi çimərlik klubları

Ailəvi çimərlik əyləncəsi http://www.visitdubai.com/az/articles/guide-to-dubai-top-family-beach-clubs 20161105T083427 20161108T185654:636142282148359527 Günəşin şüalarına qərq ol Sonsuz qızılı sahillər və il boyu günəş Dubayı ailəvi çimərlik klublarından həzz almaq üçün dünyadakı ən yaxşı yerlərdən birinə çevirir. Avar çəkməyə, avadanlıqlarla oynamağa və uşaqlar üçün məşğələ klublarına hazır olun. Bir çox məkanlar həftə içi qiymətləri aşağı salır, odur ki, daha ucuz giriş əldə etmək üçün bazar günü ilə cümə axşamı arasında baş çəkin. Burada, biz ailəvi əyləncə üçün Dubayın ən yaxşı çimərlik klublarını nəzərdən keçiririk. Dubayda ailələr üçün ən yaxşı çimərlik klubları və dənizkənarı məkanlar

Dubayda hansı çimərlik klubları ailələr üçün daha münasibdir? Ən yaxşı seçimlər üçün bələdçimizi oxuyun.


Tam bir ailə tətili üçün Dubayın qızğın çimərlik klubu səhnəsinə daxil olun. Bir çox fəaliyyətləri, fərqli qiymətləri və mənzərəli yerləri olan bu məkanlar dünya-səviyyəlidir və sahil xətti isə təmizdir. Gündəlik qiymətlərlə, siz Fairmont the Palm kimi lüks otellərdə və ya yaxınlıqdakı Riva kimi çimərlik klublarında əla günəşlənmə yeri seçə bilərsiniz. Əksər klubların çox çeşiddə hovuzları, su fəaliyyətləri, restoranları, lounge-ları və hətta çimərlikləri də var. Avar çəkməyə, avadanlıqlarda oynamağa və uşaqlar üçün məşğələ klublarına hazır olun. Bir çox məkanlar həftə içi qiymətləri aşağı salır, odur ki, daha ucuz giriş əldə etmək üçün bazar günü ilə cümə axşamı arasında baş çəkin. Burada, biz ailəvi əyləncə üçün Dubayın ən yaxşı çimərlik klublarını nəzərdən keçiririk.


Riva Çimərlik Klubu


Palm Jumeirahın sahil xəttində gizlənmiş bu üslublu, dəniz mövzulu vadi, cavan ailələr üçün həftəsonu məkana çevrilmişdir. Uşaq hovuzu, kiçik qruplar üçün açıq havada lounge yeri, avar çəkmək üçün gözəl çimərliyi və keyfiyyətli italyan restoranı olan bu məkanda əsl Aralıq dənizi ab-havasını hiss edəcəksiniz.

Bina 8, sahil xətti, Palm Jumeirah
+971 4 430 9466 və yainfo@riva-beach.com


in-article-RIVA-Pool

Jumeirah Beach oteli


Dubayda çox az otel tam yanında Burj Al Arabın olması ilə lovğalana bilər. Ərəb körfəzinə gözəl mənzərəsi açılan bu dalğa formalı oteldə 2km-lik çimərlik, beş üzmə hovuzu, və yaxınlıqdakı Wild Wadi Waterpark-da sürüşkənlər və boru şəkilli attraksionlar var. Əlavə haqq ödəməklə Sinbad's Kids' Club-da incəsənət, idman, üz rəngləmə və nəzarət altında oyun və üzmə sahələrindən yararlana bilərsiniz.

Jumeirah yolu
+971 4 348 0000 or jbhinfo@jumeirah.com


in-article-Jumeirah_Beach_Hotel-Club-Executive-Pool

Le Royal Meridien Beach Resort & Spa


Dubay Marina geniş bir ərazidə yerləşir və özəl çimərliyi, üç tənzimlənən temperaturlu hovuzları və oynamaq üçün geniş tropik bağları var. Burada eləcə də doqquz deşikli qolf, otlu futbol sahəsi, böyük uşaqlar üçün çimərlik volleybolu, dırmanma blokları, sürüşkənlər və yelləncəklər olan oyun meydançası da var.

Al Sufouh yolu
+971 4 399 5333


in-article-Le-Royal-Meridien-Beach-Resort-and-Spa-

Fairmont The Palm


Əgər meyvə kababları, buzlu şirnilər və eynəyin silinməsi xidməti sizi heyrətləndirmək üçün yetərli olmazsa, ailəvi istirahət məkanları mütləq olacaq. İki təmiz açıq hava hovuzu ilə yanaşı, su idmanı məkanı və 800 metrlik, qaçış üçün münasib ayrıca çimərliyə malik Fairmont Falcon Juniors' Club su əyləncəsi parkı, balacalar üçün oyun evi və dırmanma divarı təklif edir.

Palm Jumeirah
+971 4 457 3388 və ya pulsuz +1 888 380 2224 və yapalmdubai@fairmont.com


in-article-Fairmont-The-Palm--Dubai-Marina-View

JA Jebel Ali Golf Resort & Spa


Dubay Marinadan 15 dəqiqəlik məsafədə yerləşən bu ailəvi çimərlik klubunda mükəmməl məkanları kəşf etmək üçün daha çox gəzməyə dəyər. Böyüklər üçün təmiz su və duzlu hovuzları ilə yanaşı, otel körpələr və yeniyetmələr üçün iki uşaq klubu, balacalar üçün iki hovuz, üzən Wibit Water Park və mini qolf, at sürmə, kriket, dəvə sürmə, stolüstü tennis, su polosu və petanq kimi oyunlar təklif edilir.

Jebel Ali
+971 4 814 5555 və ya reservations@jaresorts.com


in-article-JA-Jebel-Ali-Golf-Resort-_-Spa

Sofitel Dubai The Palm Resort & Spa


Yaxınlıqdakı coşqulu məkanlardan fərqli olaraq daha sakit bir mühitin olduğu bu sakit kurortda giriş haqqının bir hissəsini yemək və içkilər təşkil edir. East Crescent of Palm Jumeirah-da yerləşən bu kurortda 500 metrlik özəl çimərlik, altı temperaturu tənzimlənən hovuz var, şnorkel və avarlı lövhə kimi su idmanlarından isə əlavə ödəniş etməklə yararlanmaq olar. Çətir altında yeri təmin etmək üçün öncədən sifariş edin

Palm Jumeirah
+971 4 455 6677 və ya H6541@sofitel.com


in-article-sofitel-the-palm

Dubayda mükəmməl bir çimərlik tətili planlaşdırırsınız? Ən yaxşı çimərlik kafelərinə və su kənarında məşğuliyyətlərə nəzər salın.

552
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing

Booking Widget Title

Hotel Title

Flight Title

Bunlar da xoşunuza gələ bilər
JA Jebel Ali Golf Resortda Qolf İrəli atılın
Əsl peşəkar kimi oyna
JA Jebel Ali Golf Resortda Qolf
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Avtobusla "Dubay Mənzərələri" Şəhər Turunda və "Ərəb Macəraları" Səhra Safarisinə birgə kuponlar ilə 225 dirhəmə qədər qənaət edin
Tədbirlər
Global Village 2015-2016
Valleydez, Sunset Mall Ticarət Mərkəzi Dubayda butikləri kəşf edin
Moda Macərasına Yollanın
Valleydez-də Eklektik Zəriflik
Emirates Qolf Klubu İrəli atılın
Günü qolfla əyləncəli edin
Emirates Qolf Klubu