Dubai

Şam yeməyi üçün Dubayın ən yaxşı məkanları

Şam yeməyi üçün ən üstün məkanlar http://www.visitdubai.com/az/articles/high-tea-in-dubai 20160225T130856 20161108T190250:636142285700576689 Yeni qida tendensiyası

Günortadan sonrakı çay süfrəsi ingilislərə xas vaxt keçirmə üsulu olsa da, Dubayın da çaysevərlərə müvafiq təklifləri vardır. Geyinib keçinin və çay dəstgahı ilə müşayiət edilən erkən şam yeməyi üçün bu məkanlardan birinə gedin. 

Çox sayda olan Dubay ətrafı restoranlardan birində çay süfrəsi sifariş edin

Səhrada sevimli ingilis çay süfrəsindən həzz alın


Günortadan sonrakı çay süfrəsi ingilislərə xas vaxt keçirmə üsulu olsa da, Dubayın da çaysevərlərə müvafiq təklifləri vardır. Geyinib keçinin və çay dəstgahı ilə müşayiət edilən erkən şam yeməyi üçün bu məkanlardan birinə gedin.


Sahn_Eddar Sahn Eddar

Həddindən artıq dəbdəbəsi ilə çox az sayda yerlər Dubayın yeganə yeddi ulduzlu oteli olan Burc Əl Ərəblə müqayisə oluna bilər. Otelin birinci mərtəbəsində yerləşən Sahn Eddar restoranında verilən günortadan sonrakı çay süfrəsi zəriflik və iltifat nümunəsidir. Günün üç vaxtında (13:00, 15:00 və 17:00) təqdim olunan xidmət nəfis sendviçləri, şirniyyat və tort seçimləri ilə hər zaman qüsursuzdur.

Burc Əl Ərəb oteli, birinci mərtəbə
+971 4 301 7600


"At.mosphere"

Burc Xəlifə otelinin 122-ci mərtəbəsində yerləşən At.mosphere restoranında siz sözün əsl mənasında erkən şam yeməyi yeyə bilərsiniz. Gözəl şəraitin və heyranedici mənzərənin fonunda dünyanın bütün guşələrindən gətirilmiş geniş şay çeşidlərindən ibarət qurman menyusundan həzz ala bilərlər. Çay süfrəsi arxasında oturub əvəzolunmaz şəhər panoramasını seyr etmək üçün bir qədər artıq pul xərcləməyə dəyər.

 

122-ci mərtəbə, Burc Xəlifə, Downtown Dubay
+971 4 888 3828


AL-BAYT Əl Bayt

Möhtəşəm Palace Downtown otelindən Al Bayt restoranına doğru irəliləmək sanki Ərəb saraylarında gəzməyə bənzəyir. Kanapelər və yenicə sobadan çıxmış kremli və ya cemli kökələrlə təqdim olunan ingilissayağı çay süfrəsi ilə yanaşı burada dəvə südündən hazırlanmış fıstıqlı krem brüle ilə birlikdə ərəbsayağı çay süfrəsi də təqdim olunur.

Lobby Level, The Palace Downtown oteli Dubay
+971 4 888 3444


Al-Fayrooz Əl Fayrooz Lounge

Nəhəng Əl Qəsr istirahət mərkəzinin daxilindəki çimərlik boyu uzanmış Mədinə Jumeirah kompleksində yerləşən Al Fayrooz Lounge restoranı ənənəvi ingilis çay süfrəsini bir sənət əsəri kimi təqdim edir. Məşhur Burc Əl Ərəb otelinin mənzərəsi fonunda sendviç, kökə və ingilis meyvə piroqlarından ibarət dadlı qəlyanaltıdan həzz alın.

Lobby Lounge, Əl Qəsr, Madinat Jumeirah
+971 4 366 6730


Kambaa

İşıqlı, havalı interyeri, parlayan mərmər döşəmələri və müasir mebelləri ilə zərif vestibüllü istirahət mərkəzi olan Kambaa insanların çay dəstgahı ilə yanaşı Dubay Marinanı müşahidə edə bilməsi üçün gedilməli olan ideal məkandır. Canlı piano musiqisi, dadlı qəlyanaltılar, nəfis şirniyyatlar və geniş çay seçimi ilə buranın hər kəs üçün əlverişli ola bilməsindən əmin olun.

Lobby Level, The Address, Dubay Marina
+971 4 436 7777


Peacock Xiyabanı

Əslində Nyu-Yorkdakı Waldorf ilə Astori otellərini birləşdirən sütunların oxşarı olan Peacock Xiyabanı’ yüksək təbəqəli insanların gündəlik müntəzəm olaraq əyləndiyi məkandır. Otelin əsrarəngiz mərkəzi bağçalarına nəzər saldıqda The Palm Jumeirah otelinin filialında özünün zəngin çay irsinə layiq, və hətta daha artıq səviyyədə xidmət göstərdiyinin şahidi olmaq olar. Siz artıq öz imzası olan çay qarışıqlarının, hətta öz şəxsi istəyiniz əsasında qarışdırılmış çayların dadına baxa bilərsiniz.

Waldorf Astoria, Dubay Palm Jumeirah, Crescent Şossesi
+971 4 818 2222


Raffles_Salon_Afternoon_Tea-(1) Raffles Salonu

Şübhəsiz ki, Əmirliyin ən dəbdəbəli çay dəstgahı salonu hələ girişdə insanı öz dizaynı ilə valeh edən Raffles Salonunun Dəbli Günorta çay dəstgahıdır. Ən gözəl libasınızı geyinib dəbli geyimlərdən ilhamlanaraq şokoladdan hazırlanmış əl çantası və ya ağ şokoladdan hazırlanmış hündürdaban ayaqqabının dadına baxın.

Raffles Dubay
+971 4 324 8888

Dubaya birinci dəfədir gəlirsiniz? Şəhərin mütləq görülməli atraksionlarından birinə baş çəkin və Dubayın ən fotogenik yerlərindən birində öz möhtəşəm selfinizi çəkin.

505
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing
Bunlar da xoşunuza gələ bilər
Global Village Dubayın incəsənət qalereyaları
Qlobal Macəra yaşayın
Global Village-də dünyanı görün
CƏ Atıcılıq Klubu Sport In Dubai
Hazır ol, Tuşla, Atəş
CƏ Atıcılıq Klubuna yönəl
Tom & Serg Kafe həyatının ləzzəti
Şəhərdə Ən Sərin Qəhvə
Tom & Serg-də yemək dadı kimi fotogenikdir
Qızıl və Almaz Parkı Dubay bazarları
Cəvahir tap
Qızıl və Almaz Parkını aşkar et
Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim Sövdələr
Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim
24-48-72 saat müddətində Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim