Dubai
Dubayın tarixi http://www.visitdubai.com/az/articles/history-of-dubai 20160225T153025 20161108T185401:636142280418969936 İrs və Mədəniyyət

50 illik qısa vaxt ərzində kiçik balıqçı kəndini dünyanın ən qaynar şəhərinə çevirmək nə dərəcədə realdır? Bax bu, Dubayın tarixidir. 

Sadə dəniz sahilindən müasir metropolisə

Yoxsul dənizçi kəndindən dünyanın ən möhtəşəm metropolisinə


Nizamsız şəkildə salınmış səhra şəhərindən sayrışan hündürmərtəbəli qüllələrlə əhatə olunmuş bu günki Dubaya nəzər saldıqda onun kiçik balıqçı kəndindən bu cür müasir şəhərə çevrlidiyinə inana bilmirsən. 1950 və 1960-cı illərdə burada neftin kəşf edilməsi Dubayın inkişafında dönüş nöqtəsi oldu. Əslində Dubay fakt olaraq əsrlər öncə başlayan zəngin tarixə malikdir.


Dubai-history-heritage-sheik-zayed-road-(3) Səhra regionunun qədim tarixi

Dubayın tarixi kökləri e. ə 3000-ci illiyə gedib çatır. Bu günki Dubayın ərazisi o zamanlar nəhəng qamışlıq və bataqlıq bürümüş sahə idi. E. ə 3000-ci ildə insanlar bu bataqlığı qurudularaq bu ərazilərdə məskunlaşmağa başladılar. Belə güman edilir ki, Bürünc Dövründə köçəri mal-qara sahibləri e. ə 2500-cü ildə ilk dəfə bu ərazilərdə məskunlaşaraq burada xurma plantasiyası saldılar və ilkdəfə olaraq torpağı əkib-becərməyə başladılar.

Minilliklər boyu bu torpaqlardan kənd təsərrüfatı məqsədilə istifadə olunub. Nəhayət b. e 5-ci əsrindən etibarən bu gün möhtəşəm sahilyanı villaları ilə məşhur olan Jumeirah kimi tanıdığımız ərazi Omandan İraqa gedən ticarət yolunun üstündə yerləşən karvan dayanacağı idi.

Dubay haqqında ilk yazılı qeydə 1095-ci ildə Əndəlüslü Ərəb coğrafiyaşünası Əbu Abdullah Əl Bəkrinin "Coğrafiya Kitabında" rast gəlinir. Venesiyalı mirvari taciri olan Qaspero Balbi 1580-ci ildə bu əraziyə səyahət etmiş və Dubayın (Debeyin) mirvari sənayesi barədə söz açmışdır.

Ərazidə məskunlaşmış insanlar yaşayış vasitələrini təmin etmək üçün balıqçılıqla, mirvari çıxarmaqla, gəmi düzəltməklə məşğul olur, eləcə də yolu bu ərazidən düşən, hazırda müasir Dubayın bazarında müxtəlif bol çeşidlərinə rast gəlinən qızıl, ədviyyat və parça ticarəti ilə məşğul olan tacirlərə kirayə otaq verməklə təmin edirdilər.

BƏƏ tarixinin növbəti mərhələsi 1793-cü ildə Əbu Dabidə məskunlaşan Bəni Yas tayfasının siyasi hakimiyyəti ələ alması və Dubayı müstəqil elan etməsi oldu. Hakimiyyət uğrunda otuz ildən artıq davam edən mübarizə ərazini tayfalararası müharibə meydanına çevirdi ki, bu da öz növbəsində əcnəbi tacirlərin bu ərazilərdən uzaqlaşması və iqtisadiyatın çökməsilə nəticələndi.

Bu gün Dubay Muzeyinin yerləşdiyi Əl Fahidi qalası təxminən o dövrlərdə tikilib və qaynaqlar göstərir ki, 1800-cü ilin əvvəllərində Dubay artıq qala divarları ilə əhatə olunmuş şəhər idi. Bur Dubay tərəfdən şəhərin qala divarı Əl Fahidi Tarixi Əyalətindən Əl Fahidi qalasınadək uzanaraq qədim Bazarda bitirdi. Deira tərəfdən isə Əl Ras ərazisi divarla əhatəyə alınmışdı.

Belə ki, 1820-ci ildə ingilislərlə yerli hakimiyyət arasında ticarət yollarının açılmasını və biznesinin inkişafını nəzərdə tutan dəniz ticarətinə dair razılıq əldə olundu.


Souks in Dubai Balıqçılıq, mirvari çıxarma və beynəlxalq ticarət

1833-cü ildə Bəni Yas tayfasından olan Məktum ibn Butti tayfasının camaatı ilə birlikdə Dubay Körfəzinin mənsəbində yerləşən Şindağa yarımadasında məskunlaşaraq bu şəhəri Əbu Dabidən ayırıb müstəqil elan etdi. Bu səbəbdəndir ki, o zamandan bu vaxtadək bütün massiv dəyişsə də, Əmirlik sürətlə inkişaf etsə də, Əl Məktum nəsli hələ də Dubayın hakimləridir.

Əl Məktumun rəhbərliyi altında Dubay inkişaf etməyə başladı və 1894-cü ildə ərazidəki ticarət mühacirlərin vergidən azad edilməsilə bağlı verilən yeni qərarla növbəti inkişaf mərhələsinə çatdı. Əla biznes mühitinin imtiyazlarından yararlanmaq üçün hindistalı və pakistanlı tacirlər də daxil olmaqla əcnəbi işçilərin əraziyə böyük axını başladı.

Bu mərhələ Dubay tarixində uğurlu dövr olsa da, iqtisadiyyat hələ də tamamilə balıqçılıqdan, ticarətdən və mirvari çıxarılmasından asılı idi və 1950-ci ildə Yaponiyada süni mirvari kəşf edildikdən sonra regionun iqtisadiyyatının zəif cəhəti üzə çıxdı. Lakin maliyyə çöküşü uzun sürmədi, 1966-cı ildə Dubayda hər şey birdən-birə dəyişdi: Neft fontan vurdu.


Müasir Dubay

Şeyx Rəşid ibn Səid Əl Məktum Dubayı inkişaf etdirərək şəhəri Dubay Körfəzinin ətrafındakı kiçik rayonlardan müasir liman şəhərinə və ticarət mərkəzinə çevirdi.

Neft gəlirləri sayəsində Şeyx Rəşid infrastrukturu inkişaf etdirməyə başladı ki, bu da öz növbəsində Dubayın aparıcı ticarət mərkəzinə çevrilməsi kimi qarşıya qoyulan məqsədə öz töhfəsini verdi. Rashid Limanı, Jebel Ali Limanı, Dubay Drydock, Dubay Körfəzinin genişləndirilməsi və Dubay Ümumdünya Ticarət Mərkəzinin inşası o dövrdə başa çatmış əsas layihələrdəndir.

Neftin tükənə biləcəyini anlayan Şeyx Rəşid, Dubayı neftdən asılı vəziyyətə salmamaq qərarına gəlir. "Mənim babalarım dəvədə gəziblər, atam da dəvədə gəzib, mən isə Mersedesdə gəzirəm, oğlumsa Land Rover sürür, onun da oğlu Land Rover sürəcək, lakin oğlumun oğlu yenidən dəvəyə qayıdacaq" deyən Şeyx Rəşid əhalinin diqqətini bir gün neftin tükənəcəyinə yönəldir.

Ərazinin iqtisadi yüksəlişini qorumaq və yenicə kəşf olunmuş nəhəng sərvətlərin ədalətlə paylanmasından əmin olmaq məqsədilə 1971-ci ildə Birləşmiş Ərəb Əmirlikləri yaradıldı. Ədalət naminə deməliyik ki, BƏƏ yaradıldıqdan bəri ölkə geriyə boylanmamışdır.

Liderliyi və baxışları BƏƏ-nə ambisiyalı tikililəri və sosial layihələri ilə irəli atılmağa imkan yaratdı və hazırda Dubayla assosiasiya olunan Burc Əl ƏrəbBurc Xəlifə kimi müasir möcüzələrin inşası onun yarım əsrlik qısa bir dövr ərzində iqtisadi sıçrayışına səbəb oldu.

Bu cür sürətli inkişafın diqqətəlayiq cəhəti ondan ibarətdir ki, hökumətin uzaqgörən siyasəti nəticəsində yaradılmış infrastruktur Dubayın gələcəkdə də çiçəklənməsinə səbəb olacaqdır. Birləşmiş Ərəb Əmirliklərinin Vitse Prezidenti və Baş Naziri, Dubay hakimi Əlahəzrət Şeyx Məhəmməd ibn Rəşid Əl Məktum demişdir: “Mümkünsüzlük fikirlərdə yuva salmış bir illüziyadır". Mümkünlük ruhunu özündə yaşadan Dubayın inkişafının əsasını məhz bu tendensiya təşkil edir.

Dubaya birinci dəfədir gəlirsiniz? Şəhərin mütləq görülməli atraksionlarından birinə baş çəkin və Dubayın ən fotogenik yerlərindən birində öz möhtəşəm selfinizi çəkin.

791
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing
Bunlar da xoşunuza gələ bilər
Qbara Restaurant, Lounge & Bar (Qbara Restoranı, Zal və Bar) Yeni qida tendensiyası
Məqribin dadları
Qbara Lounge-da ərəb naharı
Emirates Qolf Klubu İrəli atılın
Günü qolfla əyləncəli edin
Emirates Qolf Klubu
CƏ Atıcılıq Klubu Sport In Dubai
Hazır ol, Tuşla, Atəş
CƏ Atıcılıq Klubuna yönəl
Nasimi Çimərliyi Çimərliyin ətrafında lounge-lar
Əyləncə, Günəş və Ulduzlar
Nasimi Çimərliyində səhnəni görün