Dubai

Qaynar bal-ayı siyahısı

Qaynar bal-ayı siyahısı http://www.visitdubai.com/az/articles/honeymoon-hot-list 20150615T015850 20161108T190051:636142284519629505 Dubay Möcüzələri Dünyanın ən həyəcanlı, dəbdəbəli və yadda qalan məkanları kimi Dubayın yeni ailə həyatında dincəlmək, sevincə qərq olmaq və ondan ləzzət almaq istəyənlər üçün çox sayda yadda qalan bal ayı seçimləri vardır. Zəngin spa otaqlarından tutmuş yüksək səviyyəli səhra safarilərinə qədər bu kurortlar və fəaliyyətlər Dubayda unudulmaz bal ayı təklif edən nüfuzlu yerlərdir. Dubayda bal ayı keçirənlər üçün ən yaxşı mehmanxanalar və təcrübə

Bal ayı üçün otaqlar


Dünyanın ən həyəcanlı, dəbdəbəli və yadda qalan məkanları kimi Dubayın yeni ailə həyatında dincəlmək, sevincə qərq olmaq və ondan ləzzət almaq istəyənlər üçün çox sayda yadda qalan bal ayı seçimləri vardır. Zəngin spa otaqlarından tutmuş yüksək səviyyəli səhra safarilərinə qədər bu kurortlar və fəaliyyətlər Dubayda unudulmaz bal ayı təklif edən nüfuzlu yerlərdir.





Jumeirah Zabeel Sarayda Grand Imperial Otağı


Jumeirah Zabeel Sarayda 310 kvadrat metri əhatə edən otaq həqiqətən saray hissini yaradır - möhtəşəm mərmər spa hamam otağından tutmuş kral üslubundə işlənmiş əsas yataq otağına qədər. Böyük qarderob, özəl sauna, Asprey London ləvazimatları və özəl qulluqçunun xidmətləri bu dəbdəbəni daha da artırır. Bütün otaq boyu uzanan əsas eyvandan heyrətamiz dəniz mənzərəsini görmək olar.

Crescent Şossesi, Palm Jumeirah
+971 4 453 0000


Honeymoon-hot-list


Al Maha Səhra Kurortu & Spa


Al Maha Desert Resort & Spa mehmanxanasının bədəvi üslublu otaqları dəbdəbəni azaltmadan Ərəb səhrasına ahənglə qovuşir. Hər bir otaqda əldə işlənmiş mebel, öz şəxsi nahar eyvanı və səhranı nəzərdən keçirməklə dincəlmək üçün hovuz vardır. Mehmanxanada yerləşən zərif xörək azarkeşləri üçün restoran və spa hazırdır və sizi gözləyərək, qaldığınız müddətə əlavə zövq qatacaq.

Dubay Səhra Konservasiya Qoruğu, Dubay - Al Ain Şossesi
+971 4 832 9900


Al_Maha_Desert_Resort_Spa 


Meydan Mehmanxanasında iki nəfərlik prezident otağı


Meydan mehmanxanasının Prezident Otağında qalmaq zövqlə qalmaq deməkdir. İki mərtəbəni tutan və qonaq otağında döşəmədən tavana qədər pəncərələri olan otaq dünyanın ən zəngin at yarışları və keçirilən Meydan Cıdır meydanına baxır. Pulsuz limuzin xidməti və özəl qulluqçu paketə daxildir.

Meydan Cıdırı, Al Meydan Şossesi, Nad Al Şeba
+971 4 381 3231


The Meydan Hotel

Jumeirah Beach-də Four Seasons Resort Dubay mehmanxanasında Kral Otağı


Four Seasons mehmanxanasında Kral Otağı, lap başlanğıcdan dəbdəbəli səhnəni təqdim edən böyük, zərif işlənmiş qoşa qapıları ilə diqqəti dərhal cəlb edir. Daxildə otaq mərmər vestibül də daxil olmaqla, 600 kvadrat metri əhatə edir. Burada həmçinin tam işlək mətbəx, özəl spa, media mərkəzi, çoxsaylı böyük qarderoblar və cəmi dörd hamam otağı var.

Jumeirah Beach Şossesi, Jumeirah 2
+971 4 270 7777


Four Seasons

Palace Downtown Dubay mehmanxanasında İmperial Otaq


Özəl eyvanda dayanaraq, mənzərəli Dubay Fəvvarəsini və Burj Xəlifənin unikal görünüşünü nəzərdən keçirən zaman özünüzü şəhərin ən yaxşı teatrında kral lojasında hiss edəcəksiniz. Palace Downtown Dubay mehmanxanasının bu iki mərtəbəli otağı sizi öz zəngin rəngləri və regional bəzəkləri ilə 1001 gecə səhifələrinə aparacaq. Cakuzzi və bir yox, iki eyvandan ibarət otaqlardan sonra buranı tərk etmək istəməyəcəksiniz.

Məhəmməd ibn Rəşid Bulvarı, Dubay Şəhər Mərkəzi
+971 4 436 8888


The Palace Downtown Dubai


İki nəfərlik ən yaxşı məşğuliyyət



Özəl yaxta icarəsi


Sevgilinizi dəbdəbəli yaxtada uzaqlara aparın və Ərəbistan Körfəzinin isti sularından Dubayın heyrətamiz mənzərəsindən ləzzət alın. Xclusive Yachts iki heyət üzvü olan 48 futluq yaxtadan tutmuş daxili kababxanası və həcmli musiqi sistemi olan 86 futluq yaxtalara qədər istədiyiniz hər şeyi təklif edir. Sonuncu yaxta 40 nəfər tutur - beləliklə, ikiniz üçün kifayət qədər yer olacaq - ya da istədiyiniz qonaqları da dəvət edə bilərsiniz.


private_yacht_charter-Honeymoon-Hotlist


Sevgililərin spa təcrübəsi


Süd və bal vannaları, qızıl güllər, şamlar, həzin musiqi və solğun işıq - bal ayı üçün nəzərdə tutulmuş spadan daha romantik nə ola bilər. Jumeirah Zabeel Saray mehmanxanasının Talise Spasında təklif edilən 1001 Qızıl gül paketi Cakuzi və sauna ləvazimatları olan özəl otağa daxil olan sevgililərə həqiqi unudulmaz anlar təklif edir.


couple_spa_experience_-Jumeirah_Zabeel_Saray-_Talise_Ottoman_Spa-Romantic_Setup-(1)


Göylərə səyahət


Əlbəttə ki, bir qədər daha həyəcanlı və - hətta cazibə qüvvəsini rədd edən əyləncələrə üstünlük verən cütlər də vardır. Skydive Dubai ilə Palm Jumeirah üzərində 13,000 fut hündürlükdə uçan təyyarədən atılaraq yerə yaxınlaşan anda sahil xəttinin möhtəşəm mənzərəsini seyr edin. Təyyarədə qalmağa üstünlük verirsiniz? Onda dəbdəbəli təyyarədən Dubaya yuxarıdan baxın. Kondisionerlə təchiz edilmiş, doqquz nəfərlik Seawings’ Cessna 208 Caravan Seaplane təyyarəsinə daxil olduğunuz andan özünüzü VİP hiss edəcəksiniz.


seawings_plane-Honeymoon-Hotlist


Sevgililərin görüş axşamı üçün restoranlar



Pierchic restoranı


Al Qasrda dəniz körpüsünü keçərək bir-birinin ardınca zövqlü anları təklif edən şəklə oxşayan mühitə düşürsünüz. Burj Al Arabın və Ərəbistan Dənizinin maneəsiz görüntüləri, heyrətamiz ərəb üslublu bəzək və qəlbə toxunun musiqi bu restoranı hamının arzuladığı bir yerə çevirir. Yeməyə gəldikdə isə, Şotland qızıl balığı, Atlantika paltusu və Kristal kürüsü tam nahar təcrübəsini artırır.

Əl Qəsr, Madinat Jumeirah
+971 4 366 6705


Date night in Dubai


Al Mahara


Gur cığırlardan çıxıb qızıl tağın altından keçərək, dad hisslərinizdən də artıq hissləri stimullaşdıran sualtı nahar sahəsinə gedin. Burj Al Arabda Al Mahara döşəmədən tavana qədər yüksələn akvariumda xanı balıqları, elektrik skatı və köpək balıqları ilə sehrli gecə yaradır. Menyuya yenicə tutulmuş omar konsome, zərif kral dəniz ilbizinə qədər müxtəlif xörəklər daxildir. Bu, iki nəfərin bayram etməsi üçün kifayətdir.

Burc Əl Ərəb
+971 4 301 7600


Al_Mahara_Burj_Al_Arab-Honeymoon-Hotlist


Marşrutunuza Dubayın ən romantik masalarını əlavə edin.
731
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing
Bunlar da xoşunuza gələ bilər
Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim Sövdələr
Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim
24-48-72 saat müddətində Dubayın min-düş avtobus turlarına 25% eksküziv endirim
XVA ART HOTEL’S CAFÉ-YƏ BAŞ ÇƏKİN Kafe həyatının ləzzəti
Yeyilə bilən incəsənət əsərləri
XVA ART HOTEL’S CAFÉ-YƏ BAŞ ÇƏKİN
Dubayda Bir Günlük Safariyə 15% endirim Sövdələr
Dubayda Bir Günlük Safariyə 15% endirim
DDCR-in tam mərkəzində tam-inklüziv möhtəşəm düşərgəyə 15% endirim
Dubay Alış-Veriş Festivalı 2017 Tədbirlər
Dubay Alış-Veriş Festivalı 2017
Tezliklə açılacaq
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Avtobusla "Dubay Mənzərələri" Şəhər Turunda və "Ərəb Macəraları" Səhra Safarisinə birgə kuponlar ilə 225 dirhəmə qədər qənaət edin