Dubai

Dubayda baş çəkilməli olan yeni restoranlar

Dubayda baş çəkilməli olan yeni restoranlar http://www.visitdubai.com/az/articles/hot-new-restaurants 20161010T153253:636117103738700534 20161108T190401:636142286411988929 Dubayda mətbəxləri kəşf edin Qida məsələsinə gəldikdə siz Dubayda istədiyiniz yeməyi tapa bilərsiniz. Son il yarım ərzində burada açılan 2000-dən çox restoranların içərisində sizin sevimli restoranınız yoxdursa, tezliklə onun açılacağından şübhəniz olmasın. Burada yalnız gözümüzə dəyən, son bir neçə ay ərzində açılmış (və damaq zövqümüzü oxşayan) nümunələri təqdim edirik. Dubaydakı ən dadlı yeni restoranlarda nahar etmək vaxtıdır

Qida məsələsinə gəldikdə siz Dubayda istədiyiniz yeməyi tapa bilərsiniz. Son il yarım ərzində burada açılan 2000-dən çox restoranların içərisində sizin sevimli restoranınız yoxdursa, tezliklə onun açılacağından şübhəniz olmasın. Burada yalnız gözümüzə dəyən, son bir neçə ay ərzində açılmış (və damaq zövqümüzü oxşayan) nümunələri təqdim edirik.



Muchachas


Bu coşqulu yeni məkan, Dubayın ən sevilən kafelərini bizə bəxş etmiş, yemək qəhrəmanları Tom və Sergin ən son açdıqları məkandır (Tom Arnel avstraliyalıdır, Sergio Lopez isə İspaniyadandır). Turkuaz rəngli kafedə gözəl üslubda təqdim olunan təzə takolar, quesadilla və Çili mal əti kimi əsas Meksika yeməkləri təklif olunur. Ananas kəsimi üzərində verilən diablo krevetkalarını və ya məşhur köz cücəsini sifariş edin. Daha cəsursunuz? Onda Muchachas fiesta menyusunu sifariş edin və qoy aşpazlar sizin əvəzinizə düşünsünlər.

Holiday Inn Express Dubay, Safa Park, Al Safa
+971 4 3275878

in-article-muchachas


Namu


Müasir W Hoteldə yerləşən bu yüksək-səviyyəli restoranda müxtəlif Asiya təamları vardır. Rəqib yapon və koreya mətbəxlərinin ən yaxşı nümunələri Namuda cəmlənib. Burada suşi, saşimi ilə yanaşı, sifariş əsasında bişirilən kabab steyk və vaqyu qabırğa təklif olunur. 31-ci mərtəbədə yerləşən bu məkanda qonaqlar Şeyx Zayed şossesinin mənzərəsini izləyə bilərlər.

W Hotel, Al Habtoor City
+971 4 4366677

in-article-namu


Carnival by Tresind


Təzəlikcə bu sentyabr ayında açılmış Carnival by Tresind, Dubay qida səhnəsinə müasir hind mətbəxini gətirməyi hədəfləyir. DIFC kafesi, şəhərdəki ən yüksək-səviyyəli restoranlardan biri olan Tresindin müəlliflərinin açdıqları ikinci məkandır. Happy Halloween (balqabaq ilə doldurulmuş yumşaq hind çörəyi) və "Life is Short", "Eat Dessert First" (ənənəvi hind şirniyyatı jalebi ilə birgə verilən qatıqdan ibarət yemək), kimi yeməkləri aşpaz Himanshu Saini sanki teatrdakı kimi təmtəraqla və gözəl dadda təklif edir.

Podium Level, Burj Daman, DIFC
+971 4 421 8665

in-article-carnival-tresind-1


Firebird Diner, aşpaz Michael Mina


Bu yeni kafedə Amerikanın sevimli qidaları yerli üslubda təqdim olunur. (Təmtəraqlı Four Seasons otelində yerləşən) bu məkanın aparıcı qüvvəsi Michelin ulduzu qazanmış, misirli-amerikalı aşpaz Michael Minadır. Rahat guşələr və 50-ci illərin jetonlu musiqi stansiyasına malik Firebird-də rahat yemək mühiti sizi ötən illərin ABŞ-na, azacıq dəbdəbə əlavə olunmuş şəkildə aparacaq. Qonaqlar klassik, qızardılmış, istiotlu cücə qanadları, qarğıdalı unlu hot-doqlar və burqerlərdən ləzzət ala, meyvəli dondurma və ya bir fincan qəhvə ilə bu həzzi tamamlaya bilərlər.

Four Seasons Hotel, DIFC
+971 4 506 0000

in-article-firebird-1


Miss Lily’s


Bu ən son Yamayka restoranı Nyu-Yorkdan gəlmədir. Çimərlik və nahar sevərlərin məkanı kimi reklam olunsa da qətiyyən çimərliyə yaxın deyil. Asta reqqi və divarları vinil plastinkalar ilə dolu olan (bu nədir, Bob Marlinin səsi gəlir?) bu məkanda qonaqlar istiotlu cücə əti, karrili keçi əti və çox tövsiyə olunan kokos dadlı "jerk corn platter" (kərə yağlı qızartma qarğıdalı) yeyə və yalnız burada olan Yamaykanın məşhur qreypfrut soda içkisinin tamına baxa bilər.

5-ci mərtəbə, Sheraton Grand Hotel, Sheikh Zayed yolu
+971 4 354 4074

in-article-miss-lilys


Ramusake


Qərb üslubunda yapon təamı: əslən Londondan olan bu restoran özünü belə reklam edir. Ramasuke yapon ənənəsi olan izakayanı (qeyri-rəsmi yeməkxana) yeni bir şəkildə təqdim edir. Onun zəngin mətbəxi ənənəvi suşidən tutmuş “chilli j-dogs” - vaqyu mal əti və marinad ilə doldurulmuş hot doqa, saşimi pizzasına qədər bir çox şey təklif edir.

DoubleTree by Hilton, The Walk, JBR
+971 4 559 5300

in-article-ramusake

506
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing

Booking Widget Title

Otelləri və uçuşları axtarın

Flight Title

Bunlar da xoşunuza gələ bilər
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Şəhərin görməli yerlərinə Avtobus Turu və Helikopter Gəzintisində 185 dirhəmə qədər qənaət edin
Dubay Alış-Veriş Festivalı 2017 Tədbirlər
Dubay Alış-Veriş Festivalı 2017
Tezliklə açılacaq
Tədbirlər
Global Village 2015-2016
Tədbirlər
Elton Con canlı ifa
Milyonlarla albomu satılmış, piano musiqisi əfsanəsi Dubayın günəşli sahillərinə gəlir
XVA ART HOTEL’S CAFÉ-YƏ BAŞ ÇƏKİN Kafe həyatının ləzzəti
Yeyilə bilən incəsənət əsərləri
XVA ART HOTEL’S CAFÉ-YƏ BAŞ ÇƏKİN