Dubai
Dubayda Qapalı Məkan Əyləncəsi http://www.visitdubai.com/az/articles/indoor-thrills-in-dubai 20150925T110017:635787756178515738 20161108T185459:636142280990849726 Qapalı məkanda əyləncələr

Civə yüksələndə və hərarət artanda tezliklə açılacaq IMG Worlds of Adventure da daxil olmaqla bir çox qapalı məkan əyləncəsindən ləzzət alın. Uşaqlar maneəli məşğələ yerləri, trampolin parkları və qapalı xizək yamaclarında sərinlənə və sualtı zooparkın möcüzələrini kəşf edə bilərlər. Hətta yayın ən qızmar çağında belə, macəra aludəçiləri qapalı "səmadan tullanma" və ekstremal qayaya dırmanma təklif edən Dubay ticarət mərkəzlərində əylənə bilərlər.

IMG Worlds of Adventure və digər qapalı məkan təcrübələri ilə istinin öhdəsindən gəlin.

İstirahət parkları, akvariumlar, ticarət mərkəzləri və daha nələr


Əyləncə idmanının ölkə miqyasında sevildiyi bir yerdə ticarət mərkəzlərini gəzərkən nə əldə edirsiniz? Qapalı xizək yamacları, nəhəng trampolin mərkəzləri və ticarət mərkəzindəki akvarium sadəcə bir başlanğıcdır. Çimərlik klublarından özünüzü ayırıb Dubayın ən həyəcanverici qapalı məkan həyəcanından zövq alın.



Worlds-of-adventure İMG Macəralar dünyası

Dünyanın ən böyük qapalı mövzu parkı 15 avqust 2016-cı ildə öz qapılarını qonaqların üzünə açacaq. Məhşur Cartoon Network qəhrəmanlarının, MARVEL super qəhrəmanlarının və əlbəttə ki, dinozavrların olduğu, adrenalin artıran "amerikan təpələri" karuselləri, ekstremal və həyəcanlandırıcı attraksionların yer aldığı dörd möhtəşəm macəra zonasına hazır olun. Orada həmçinin ata-ananın məşğuliyyəti üçün pərakəndə satış mağazaların, nahar etmək üçün yerlərin və kinoteatrın olması da nəzərdə tutulub. Elə indi bilet sifariş verin!

City of Arabia, Şeyx Məhəmməd Bin Zayed Şossesi
600 500 962


Indoor-thrills-in-Dubai Dubay Akvariumu və Sualtı Zoopark

Bir şəhərdən gözləyəcəyiniz kimi bizim Aquarium & Underwater Zoo hər əyləncənin ən yüksək səviyyəsini təklif edir. Bu nəhəng akvarium, dünyanın ən böyük asma çəni 33000-dən çox su heyvanının yuvasıdır. Kənarda dayanıb sualtı tamaşanı seyr edin və ya 48 metrlik gəzinti tunelində gəzişin. Ən mütləq əyləncə üçün birbaşa suya baş vurun və köpəkbalıqlarını yemləyin! Adrenalin həvəskarları ya qəfəsdə nəfəsverici ilə üzə və suya dalma çəninə kəmərlə bağlanmaqla suya baş vura bilərlər.

Dubay Mall
+971 4 448 5200


Indoor-thrills-in-Dubai Ski Dubay

Bənzərsiz təcrübə üçün Mall of the Emirates-də yerləşən Ski Dubaya gəlin. Bütün ləvazimatlar verilir və təlimatçılar xizək və ya snoubord dərsləri ilə yardımçı olmağa hazırdırlar. Yamacları xoşlamayanlar, qar parkının 16 metr hündürlüyündə yerləşən asma kəmər olan Snow Bullet-dən istifadə edə və ya əlbəttə ki yaxınlıqdakı ticarət mərkəzində alış-veriş mərkəzinə gedə bilərlər.

Mall of the Emirates Ticarət Mərkəzi
800 386


Indoor-thrills-in-Dubai İtirilmiş Saray, Atlantis The Palm

Atlantis, The Palm-dakı The Lost Chambers akvariumunun şüşə tunellərini gəzdikcə 65,000 su heyvanına yaxın olun. Köpəkbalıqları, skatlar və meduzalar bu sehrli sualtı dünyada görülməsi mümkün olan məxluqlardan sadəcə bir neçəsidir. İtmiş şəhər Atlantisdən ilhamlanan akvariumun sualtı tunellləri sizə gəmi qalıqlarını və şəhər xarabalıqlarını sualtı həyatın ən heyrətamiz və rəngarəng dünyasını birgə seyr etmək imkanı verir. Bu nəhəng akvariumun sirrlərini kəşf etmək və hətta heyvanlaırın bəzilərinin yemlənməsinə kömək etmək üçün səhnə arxası tura yazılın.

Atlantis, "The Palm"
+971 4 426 1040


Indoor-thrills-in-Dubai KidZania

İnteraktiv, xəyali dünya olan KidZaniada, uşaqlar döşənmiş yolları, maşınları, xəstəxanası, gözəllik salonu, bankı, televiziya stansiyası, və pizza kafesi və başqa məkanlarla dolu olan bir şəhərdə bir-birləri ilə ünsiyyət qura bilərlər. Valideynlər uşaqlarının müxtəlif peşələri sınayaraq böyüklər kimi işləməsini seyr etməkdən zövq alacaqlar. Pilotlar təyyarə sürür, polislər detektiv işi görür və aşpazlar yemək bişirirlər. Bu, tədrisli əyləncənin Dubaydakı ən gözəl nümunəsidir.

Dubay Mall
+971 4 448 5222

Indoor-thrills-in-Dubai iFly Dubay

Dünyanın bir ticarət mərkəzindəki ilk külək tuneli olan iFly Dubayda sərbəst düşmə təcrübəsini yaşayın. "Düşmə" hər hansı ikili paraşütlə tullanmadan daha uzun müddət çəkir və üstəlik ilk solo tullanma üçün sizə təcrübə lazım deyil. Bununla belə, təlimçilər öz yardımlarını göstərmək üçün hazırdırlar.

Mirdif Şəhər Mərkəzi
+971 4 231 629


Indoor-thrills-in-Dubai Bounce Yaxın Şərq

Al Quoz-dakı nəhəng trampolin Bounce parkında 100-dən çox bir-biri ilə əlaqəli olan trampolinlərdə hoppanın, dartılın və sıçrayın. The Wall adlı divara çıxmağınızdan, Big Bag-dən faydalanmağınızdan və ya pulsuz tullanma sahəsində dincəlməyinizdən asılı olmayaraq, Bounce həm asan həm də çətin ola bilər.

Al Quoz 1
+971 4 321 1400


Sega Republic SEGA Republic

Regionun ən böyük qapalı tematik parklarından birinə adrenalin dolu səyahət üçün kəmərlərinizi bağlayın. SEGA Republic-də attraksionların, oyunların və əyləncələrin geniş seçimi vardır və bənzəri olmayan Xyclone təcrübəsini, mexaniki tornado və ya sizi başgicəlləndirən sürətlə fırladan attraksion olan Robotniki sınayın.

Dubay Mall
+971 4 448 8484


Indoor-thrills-in-Dubai Adventure HQ

Başqa yerdə qapalı dağadırmanma fərqli, Dubayda isə tamam fərqlidir. Adventure HQ-də alpinizm həvəskarları bütün təcrübə səviyyəsi üçün münasib olan müxtəlif kombinasiyalara malik doqquz metrlik divara dırmana bilərlər.

Alternativ olaraq, sallanan təkərlərə yapışmağa məcbur edən maneəli Cable Climb-ı keçərək qeyri-sabit lövhələr üzərində tarazlığı saxlayın və ya kəmərlərdən möhkəm yapışın. Bütün bunları edərkən havada asılı qalın.

Müxtəlif Məkanlar
+971 4 346 6909

Uşaqlarınıza unudulmaz səyahət bəxş etmək istəyirsiniz? Dubayda uşaqlar üçün nəzərdə tutulmuş ən yaxşı fəaliyyətləri nəzərdən keçirin və mütləq şəhərin ən görməli yerlərini öz gəziləsi yerlər siyahınıza daxil edin.

669
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing

Booking Widget Title

Hotel Title

Flight Title

Bunlar da xoşunuza gələ bilər
Combo Saver (Qənaətcil Kupon) Sövdələr
Combo Saver (Qənaətcil Kupon)
Avtobusla "Dubay Mənzərələri" Şəhər Turunda və "Ərəb Macəraları" Səhra Safarisinə birgə kuponlar ilə 225 dirhəmə qədər qənaət edin
"Armani Spa" Dubay hamamları
Şıq bir spa günü
ARMANİ/SPA-da hazırlanmış istirahət
Palm Jumeirah Dubay Möcüzələri
Həqiqi vadinin şahidi olun
Palm Jumeirah-nı aşkar edin
Deyra Şəhər Mərkəzi Alış-veriş həvəskarları birləşin
Ailə üslubunda alış-veriş et
Deyra Şəhər Mərkəzinə baş çək
Tarixi Əl Fahidi Məhəlləsi Dubay Möcüzələri
Qədim ərəb küçələrini kəşf edin
Tarixi Əl Fahidi məhəlləsində köhnə Dubayın dadı