Dubai
Müsahibə: Zayan Qandur http://www.visitdubai.com/az/articles/interview-zayan-ghandour 20150925T105736:635787754563185072 20161222T111257:636180019779446605 Dubayda butikləri kəşf edin

Moda dizayneri, işgüzar qadın və yerli dizayn ikonası olan Zayan Qandur Dubayın çiçəkləyən yaradıcı cəmiyyətinə rəhbərlik edir. BƏƏ-də öz doqquz S*uce butiki və öz dəbdəbəli eyniadlı markası ilə beynəlxalq uğur əldə etmiş Zayan, Dubayda işə başlamağın yollarını bilir. Biz onunla şəhərin yoluxucu enerjisi haqda və onun yaradıcılıq üçün niyə xeyirli olduğunu müzakirə edəcəyik.

Novator dizayner öz hekayəsini və öz Dubayını bizimlə bölüşür

Novator dizayner öz hekayəsini və öz Dubayını bizimlə bölüşür


Mükafatlar alan, çox markalı moda və həyat tərzi konsepti olan S*uce butiklərinin təsisçisi və sahiblərindən biri Zayan Qandur, on ildən artıq bir vaxtdır ki, Dubayın inkişaf edən dizayn cəmiyyətinin önündə olmuşdur. BƏƏ ərazisində doqquz S*uce butikinin təsisatına nəzarət etdikdən sonra Zayan, 2011-ci ildə Paris Moda Həftəsində debüt edən, öz eyniadlı markasının dizaynına başladı.

Mağazalara yeni daxil olmuş Ramazan Kapsul kolleksiyası və yolda olan Payız/Qış kolleksiyası, sözsüz olaraq Zayan Qandurun çox məşğul olduğunu göstərir. Bundan başqa, dizayner, sahibkar və moda sahəsində böyük təsirə malik olan Zayan həmçinin, yaradıcı insanların öz işlərini görə bilməsi üçün yaşayış və istirahət yeri təklif edən yeni, inkişaf etməkdə olan məkan Dubai Design District (Dubay Dizayn Rayonunun)(d3) əsas hissəsidir. Burada Zayan, Dubayın yaradıcı səhnəsi və bu şəhərdə ən çox sevdiyi yerlər haqqında danışır.



Dubayda ilk butikinizi açmağa sizi nə həvəsləndirdi?


Bu qeyri-ixtiyari baş verdi. Mən Livandan yenicə Dubaya köçmüşdüm və səyahət və yeni markalar kəşf etmək istəklərini mənimlə paylaşan şəriklərimlə qarşılaşmışdım. Biz BƏƏ-də axtardığımızı və əlbəttə ki, nə də bu cür pərakəndə satış təcrübəsi təklif edən yer tapa bildik. Ona görə də biz özümüzün olanı açmaq qərarına gəldik. Biz, yalnız Dubaya özəl əyləncəli ticarət mühiti yaratmaq niyyəti ilə öz ilk mağazamızı Jumeirah Beach Şossesində Village Mallda açdıq. Bu bir hobbi kimi başlamışdı, çünki biz ruhlanmaq və ruhlandırmaq istəyirdik... Biz onun indi olduğu kimi inkişaf edəcəyini gözləmirdik.


Müsahibə-Zayan-Qandur


Sizin markanız nə ilə fərqlənir?


Zayan the Label (ZTL) dizayn elementlərinə zidd olaraq, rahat uyğunlaşan gözlənilməz detalları və bəzəkləri ilə fərqlənir. ZTL parçası həmişə asan və daimidir. Tendensiya ilə məhdudlaşmır, əksinə onunla uyğunlaşır. Biz həmçinin hər mövsümdə öz parçalarımızı və aplikasiyalarımızı yaradırıq. Misal üçün, AW15 üçün biz, üç xüsusi şəkil yaratmaq üçün əvvəllər Vogue və Miu Miu ilə çalışmış, tanınmış isveç illüstratoru Lizelot Vatkins ilə əməkdaşlıq etmişik. Onlar kolleksiya içərisində müxtəlif formalarda görünür.


Müsahibə-Zayan-Qandur


Sizin sevimli markalarınız hansılardır?


Sayı çoxdur! Biz, hər biri özünəməxsus və istedadlı olan 80-dən artıq regional dizayner toplamışıq. Biz həmişə regionda olan istedada inanmışıq. Dubay gənc dizaynerlər yetişdirir.



Sizi, Dubayda dizayn sahəsində ruhlandıran nədir?


İndi dizayn və moda üçün həyəcanlandıran zamandır. Burada həmişə dizayna maraq olmuşdur, ona görə də biz Jumeirahda Wasl meydanında S*uce dizayn və həyat tərzi konseptimizi yaratdıq. Biz regionda yaradıcı insanlardan gələn maraqlı və novator parçaların artdığını görürük və bu hərəkatın bir hissəsi olmaq və onları dəstəkləyən platforma təklif etmək çox gözəldir. 10 il bundan əvvəl modada baş verənlər indi dizayn sahəsində baş verir.


Müsahibə-Zayan-Qandur


Dubay niyə yaradıcı insanlar üçün gözəl şəhərdir?


Yoluxucu enerjisinə görə. Əgər Dubayda hər bir kəsin yeni bir biznesə başlayıb uğur qazanması əminliyi olmasaydı mən heç vaxt indiki nailiyyətlərimi əldə edə bilməzdim. Burada, insanları öz arzularına inandıraraq və onları həyata keçirmək üçün çoxlu işləməyə vadar edərək sahibkarlığa həvəsləndirən gözəl enerji vardır.



d3 kimi yerlərin potensialı barədə sizi təsirləndirən nədir?


İcmanın eyni fiziki məkanda işləməsi. Biz tez-tez başqa dizaynerlər və yaradıcı insanlarla əməkdaşlıq edirik və hamımızın fiziki olaraq yaxınlıqda olmağımız bizim üçün üstünlükdür. Bu, vahid olanın ayrı-ayrı hissələrin cəmindən daha yaxşı olması misalına bənzəyir. d3 və eləcə də Dubayda moda sənayesinin potensialını dəstəkləmək və onu tanımağa yönəlmiş Dubay Dizayn və Moda Şurası təşəbbüskarları və digər hökumət mandatı ilə bizim birlikdə nail ola biləcəyimiz çox şeylər vardır.



Siz Dubayda əsasən harada yeməyi sevirsiniz?


Mən həmişə La Petite Maison məkanını sevmişəm və əlbəttə ki, biz hər həftəsonunda qızımla Baskin Robbinsə gedirik.



Sizi Dubayda ilhamlandıran nədir?


Dubayın qədim yerləri məni hələ də ruhlandırır - Satva, Deira və Creekdə kiçik mağazalar – və eləcə də daim işıldayan günəş işığı.

571
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing

Qrafik sifariş elementləri

Otelləri və uçuşları axtarın

Uçuşları axtar

Bunlar da xoşunuza gələ bilər
Dubay Avtodromu Sürət ehtiyacı
Mühərriki işə salın
Dubay Avtodromunda həyəcanlı anlar yaşayın
DIFC Gate Village Dubayda müasir memarlıq
İncəsənət, Mətbəx və Ticarətin Birləşdiyi Yer
Gate Village - Üstün Təcrübə
"Armani Spa"
Şıq bir spa günü
ARMANİ/SPA-da hazırlanmış istirahət
Bambah and The Zoo Concept Dubayda alış-veriş
İkisi birində Butik
Bambah And The Zoo Concept-də alış-veriş edin
Dubai Outlet Mall Dubayda alış-veriş
Öz təcrübəli alıcınızı yönləndirin
Dubai Outlet Mall-da sərfəli alış-veriş