Dubai
Dubaya Michelin bələdçisi http://www.visitdubai.com/az/articles/michelin-starred-dining 20150803T021350 20161108T185520:636142281203664037 Dubayda Restoranlar

Michelin mükafatlı aşpazlar üçün cazibədar səyahət məkanı olan Dubayda Yaxın Şərqdəki ən yaxşı restoranların bir qismi vardır. Özümüzün Michelin bələdçimiz olmasa da sizə ulduz səviyyəli yemək təklif edə biləcək bir sıra kulinariya mərkəzlərimiz var. 

Möhtəşəm beynəlxalq göstəricilərə malik Dubay restoranları

Dubayda ən yaxşı restoranlar


Dubayın ən heyrətamiz restoranları dünyaca məşhur Michelin Bələdçisində öz yerlərini hələ tutmasalar da, məşhur aşpazlar və ulduz şeflər öz restoranlarını açmaq üçün buraya gəlirlər və yüksək səviyyəli naharın miqyası heyrətamizdir. Əksər yerlərdə olduğu kimi, ən yaxşı yeməyi şəhərin harasında tapacağınızı bilmək faydalıdır.



Clé Dubai


Melburn doğumli livanlı şef və müəllif Greg Malouf Dubaydakı ilk restoranını 2014-cü ildə açıb, ulduzlarla dolu açılışda Kloe Kardaşyan və Hilton bacıları kimi ulduzlar iştirak edib. Malouf, Londonda Petersham Nursery-ə öz Michelin ulduzunu məşhur Orta Şərq menyusu ilə saxlamağa kömək edəndən sonra gəlib. Clé, zəif işığı, zövqlü mebel və lalə çalarlı incə dekor ilə işlənmiş müasir ərəb yeməkxanasıdır. Malouf, labneh ilə quzu əti və düyü ilə doldurulmuş tənək yarpaqları və İnstaqrama qoyulası küncüt qaymaqlı şokolad tortu, portağallı rahatlokum və vafli ilə birgə təklif edərək ənənəvi ərəb yeməklərinə yeni bir həyat bəxş edib.

Tower 1, Al Fattan Currency House, DIFC

+971 4 352 5150


Cle Dubai

Social, müəllif Heinz Beck


Waldorf Astoria Dubay Palm Jumeirah ünvanında yerləşən aşpaz Beckin restoranında incə və sadə nahar əsas məqsəddir. Roma restoranı La Perqolaya görə üç Michelin ulduzu almış dünyaca məşhur şef xərçəng və zukkini və Aralıq dənizi ətirli, razyana və qırmızı soğanlı İtaliya təamlarını Dubaya gətirir. Dubayın Cümə Brançı ənənəsini saxlamaqla, Social’s Signature Brançı antipasti, istridyə və kəsim lövhəsi və tortlu, xırda desertli à la carte menyusu ilə əsl aralıq dənizi restoranıdır.

Waldorf Astoria Dubay Palm Jumeirah, Crescent Şossesi

+971 4 818 2222



Rhodes W1


Məşhur Böyük Britaniyalı aşpaz Qeri Rhodes o qədər uzun müddətdir Dubayın nahar bazarında mövqeyini qoruyur ki, onu yerli hesab etmək olar. Onun ötən il açılmış müəssisəsi Britaniyanın kulinariya klassikasına həsr olubub və incə divarkağızı, məsaməli arakəsmələr və süni ot - bunların hamısı İngiltərə ab-havasını gücləndirir. Hisə verilmiş Şimali Atlantika morina balığı ilə hazırlanmış və salat ilə təklif edilən nadir Uels yeməyi hər dişləmində nostalji anları yaşadır

Grosvenor House, Dubay Marina

+971 4 317 6000


Rhodes W1

Reflets par Pierre Gagnaire


Bu romantik Paris nahar məkanı fransız aşpaz Pier Qanyerin Dubaydakı ustalığının təzahür etdiyi yerdir. Üç Michelin ulduzlu aşpazın, bənövşəyi xalılarla örtülmüş məkanı həddən artıq lüksdür. Yeməkdən öncə xırda qəlyənaltılar təklif olunduğu anlarda müştərilərin başlarının üzərində xalıların rənginə uyğun barok üslublu çilçıraqlar yellənir. Menyuda mövsümi yeməklərə üstünlük verilib və yeddi yeməkli menyu nümunələrinə okun balığı, kərəvizli ravioli və mal əti yanaqları daxildir.

İnterContinental Dubay Festival City

+971 4 701 1111


Reflets par Pierre Gagnaire

İndego by Vineet Dubayda


2001-ci ildə Vineet Bhatia London və daha sonra Cenevrədəki restoranlarına görə Michelin ulduzu almış ilk hindistanlı aşpaz oldu. O, hind və qərb yeməklərini ustalıqla hazırladığı Dubay Grosvenor House-dakı restoranına öz adını verib. Hisə verilmiş dəniz yeməkləri yeməyə başlamaq üçün yeganə yoldur. Buraya ballı təndir qızılbalığı, razyanalı meduza və chutney hammour daxildir. Qızılgülü ləçəyi və vanila toxumlu smuzi kimi fərahlandırıcı desertlərə yer saxlamağı unutmayın.

Grosvenor House, Dubay Marina

+971 4 317 6000


Indego by Vineet in Dubai

Dubayda La Petite Maison


This Provence import and share-style dining concept has come a long way since it opened as a bistro in Nice 20 years ago, where it was awarded a Michelin star. La Petite Maison now has branches from London to Istanbul, with two more set to open in Abu Dhabi and Miami this year. The menu is seasonal, the service slick and they manage to turn the stuffy reputation of French cuisine on its head, with contemporary share plates of everything from green breams with foie gras to scallop carpaccio.

Gate Village No. 8, DİFC

+971 4 439 0505

561
Azeri Dubai Corporation of Tourism & Commerce Marketing

Qrafik sifariş elementləri

Otelləri və uçuşları axtarın

Uçuşları axtar

Bunlar da xoşunuza gələ bilər
Tarixi Əl Fahidi Məhəlləsi Dubay Möcüzələri
Qədim ərəb küçələrini kəşf edin
Tarixi Əl Fahidi məhəlləsində köhnə Dubayın dadı
Dubayda Gecə Safarisinə Endirim Sövdələr
Dubayda Gecə Safarisinə Endirim
Onlayn rezerv zamanı Dubayda Gecə Safarisinə 10% endirim
Burc Əl Ərəb Dubay Möcüzələri
Dəbdəbəyə doğru üzün
Burc Əl Ərəbi tədqiq edin
Bloomingdale’s, Dubay Mall Dubayda Mağazalar
Stil ikonası kimi alış-veriş edin
Bloomingdale’s mağazasında fərdi alış-veriş
Dubayda dəvə sürməyə onlayn eksklüziv endirimlər Sövdələr
Dubayda dəvə sürməyə onlayn eksklüziv endirimlər
Onlayn rezerv zamanı Dubayda Dəvə Sürməyə 10% endirim